Məhkəmə qərarları › İş №2(067)-1605/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1605/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1605/2023 16.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Məhərrəm, Əliyeva Güleyma, X7, “Əliyev Elman Məhəmməd oğlu”, X6 və Əliyev Elçin Məhəmməd oğlunun adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-047A seriyalı, 30220067 kodlu şəhadətnamənin mərhum valideynləri Əliyev Məhəmməd və X4, digər ailə üzvləri Əliyev Elman Məhəmməd oğlu, X8 və Şadiyeva (Əliyeva) Sevda Məhəmməd qızı ilə birgə ona, Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun şəxsiyyəti Ərizəçi olmaqla xx xxxx 1977-ci ildə Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsində anadan olmuşdur. Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Onun valideynləri Əliyev Məhəmməd və X11 olmuşlar. Valideynlərinin hər ikisi vəfat etmişlər. Rayonlarda aparılan Aqrar islahat zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, saylı qərarına əsasən valideynləri Əliyev Məhəmməd və X11 ailə üzvləri- övladları olaraq onun, qardaşları X15 oğlu, X8 və bacısı Şadiyeva (Əliyeva) Sevda Məhəmməd qızının paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsi ərazisindən cəmi 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə mərhum valideynlərinin və onların mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-047A seriyalı, 30220067 kod şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə mərhum atası Məhəmməd Əliyevin adı səhvən Məhərrəm, ata adı olmadığı halda Əli, mərhum anası X5 adı səhvən Güleyma kimi yazılmış, atasının adı yazılmamış, eləcədə onun adı “Elşan” olduğu halda səhvən qardaşının adı kimi “Elmon” yazılmışdır. Həmin vaxt valideynləri və onlar hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Xahiş edir ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-047A seriyalı, 30220067 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Əliyev Məhərrəm, Əliyeva Güleyma, X9, X7, X6 və X1 mülkiyyətinə Xaçmaz rayonu Yeni-həyat qəsəbəsi ərazisində 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat X13 arayışından müəyyən olunur ki, X10 xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat X13 arayışından müəyyən olunur ki, Əliyev Məhəmməd xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, JN-047A seriyalı, 30220067 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi anası X2 adı səhvən “Əliyeva Güleyma”, atası Əliyev Məhəmmədin adı səhvən “X12”, həmçinin ərizəçinin öz adı səhvən “Əliyev Elmon” kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan şəhadətnamədə yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə öz hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin atasının, anasının və özünün adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıqlar ərizəçinin atasının,anasının, ərizəçinin özünün sənədlərində göstərilən həqiqi adları nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, 0.08 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-047A seriyalı, 30220067 kodlu şəhadətnamənin digər hüquq sahibləri ilə birlikdə Əliyev Məhəmməd və X4, eyni zamanda Ərizəçi da məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. 0.08 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-047A seriyalı, 30220067 kodlu şəhadətnamənin digər hüquq sahibləri ilə birlikdə Əliyev Məhəmməd və X4, eyni zamanda Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar