Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1619/2024 27.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 11 fevral 1988-ci il təvəllüdlü övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 11 fevral 1988-ci il təvəllüdlü övladı X5 psixi xəstəlikdən əziyyət çəkdiyinə görə öz hərəkətlərini dərk edə bilmir. Oğlu uzun müddətdir Quba rayon PNRM-da, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında və digər yerlərdə qeydiyyatdadır. O, üzvi mənşəli şəxsiyyət pozuntusu, orta dərəcəli depressiv epizod diaqnozu ilə bağlı olan psixi xəstədir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Məhkəmə hazırlıq iclasında, ilkin dinləmələr zamanı Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə izahatında göstərmişdir ki, 1988-ci il təvəllüdlü oğlu Fərman psixi xəstəlikdən əziyyət çəkir, faktiki olaraq ruhi xəstədir. O, öz hərəkətlərini dərk edə bilmir. Özünə xəsarət yetirir. Oğlu hazırda həbsxanadadır və onun müalicə olunması üçün həbsxananın xəstəxanasına yerləşdirilmişdir. Bundan başqa Rusiya Federasiyasının Tümen şəhərinin xəstəxanasında da 8 ay yatmışdır. Oğlu Quba rayon Psixonevroloji Reabilitasiya mərkəzində, Xaçmaz rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadır. İş üzrə Ərizəçi və maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Ərizəçi və MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yeni nəsil AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Xaçmaz rayonunun Qaraçı kəndində anadan olmuşdur. Xİİİ-JQ seriyalı 253924 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 11 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası X4, anası Ərizəçidır. Quba rayon X1 18 yanvar 2024-cü il tarixli 72 saylı arayışından müəyyən olunur ki, 11 fevral 1988-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Quba rayon PNRM-də stasionar müalicədə olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 4(067)-20/2024 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü və 120.2.11ci maddələri ilə təqsirləndirilən şəxs X5 barəsində həbs etmənin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Komisyon Kompleks Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 09 mart 2024cü il tarixli, 670 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X3 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. F.S.Dəmirov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. X5 cinayət əməlini tamah məqsədi ilə törətmiş, onun emosionsl vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. X5 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışıdr. Məhkəmə Psixiatrik Ekspertiza X9 Şəxsin 11 oktybar 2024-cü il tarixli, 4546 saylı məktubundan müəyyən olunur ki, iş məhkəmə psixiatrik ekspertizası təyin olunmuş X5 təqdim olunmamışdır. Odur ki, iş üzrə qərar icrasız geri qaytarılmışdır. MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin hallarını araşdıraraq müəyyən etmişdir ki, 11 fevral 1988-ci il təvəllüdlü X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü və 120.2.11-ci maddələri ilə ********* nömrəli cinayət işi açılmış və Xaçmaz rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 4(067)-20/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. X2 iş üzrə istintaqı davam etdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 317.3-cü maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək müəyyən etmişdir ki, Ərizəçi iddia ərizəsində və izahatlarında övladı X3 üzvi mənşəli şəxsiyyət pozuntusu, orta dərəcəli depressiv epizod diaqnozu ilə bağlı olan psixi xəstə olduğunu bildirsə də, bu halı təsdiq edən mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı məhkəmə 11 fevral 1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs oub-olmadığını müəyyən etmək məqsədi ilə məhkəmə-psixiatriya ekpertizası təyin etmiş, lakin X5 ekspertizaya təqdim olunmadığından iş üzrə qərar icrasız geri qaytarılmışdır (Məhkəmə Psixiatrik Ekspertiza X9 Şəxsin 11 oktybar 2024-cü il tarixli, 4546 saylı məktubu). Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ********* nömrəli cinayət işi üzrə 11 fevral 1988-ci il təvəllüdlü X5 barəsində Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Fərrux əzimlinin 20 fevral 2024cü il tarixli qərarı əsasında komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza keçirilmişdir. Həmin ekspertizanın rəyinə əsasən X3 hərəkətlərinin Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmədiyi, F.S.Dəmirov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmadığı və X3 cinayət əməlini tamah məqsədi ilə törətməsi, onun emosionsl vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməməsi, habelə X3 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmaması müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq, 11 fevral 1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs oub-olmadığını Komisyon Kompleks Məhkəmə- Psixiatrik və Psixoloji Ekspertizasının 09 mart 2024-cü il tarixli, 670 saylı rəyinə uyğun müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 psixi pozuntusunun olduğu, öz hərəkətlərinə tam nəzarət edə bilməməsi və yaranmış şəraitin mahiyyətini tam dərk etməməsi, habelə Ərizəçi ərizədə göstərdiyi digər hallar təqdim olunmuş iş materialları və Komisyon Kompleks Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 09 mart 2024-cü il tarixli, 670 saylı rəyi ilə sübuta yetirilmir. Belə olan halda, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1619/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1619/2024
27.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver