Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1632/2022 25.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-nin ünvan 1 ünvanında yerləşən yaşayış evində quraşdırılmış qaz sayğacına görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və xx.xx.2020-ci il tarixli komissiya qərarı əsasında yazılmış 669.60 manat məbləğində əsassız olaraq hesablanmış ziyanın silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birgə Xaçamz şəhəri, Engels küçəsi, ev 7 ünvanında yaşayır. X4 atasıdır, o, xx.xx.2018-ci ildə vəfat edib. Həmin vaxtdan kommunal xərcləri övladı olaraq o, ödəyir. Hazırda istehlakçı kimi qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. 2020-ci ilin dekabr ayında Xaçmaz RQİİ-nin işçiləri evinə gələrək quraşdırılmış qaz sayğacına baxış keçirmiş və müəyyən sənədləşmə edərək getmişlər. Sonradan yaşadığı evə qaz borcuna görə bildiriş gələndə ona məlum olmuşdur ki, abonent olaraq 669.60 manat qaz sərfiyyatına görə borc hesablanıb. Bu barəd Qaz idarəsindənə gedib maraqlananda ona yoxlama zamanı qazdan qeyri-qanuni istifadə halı aşkar olunduğu bildirilmişdir. Onlar bu barədə xx.xx.2020-ci il tarixli 0278465№-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 6696 kub metr qaz sərfiyyata – 669.60 manat məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli 0278465№-li akt və “itirilmiş qazın bərpası üzrə” komissiya qərarı ilə qəti razı deyil. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi halının nə vaxt baş verməsi ona məlum deyil. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər, keçən müddət ərzində sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Məhkəmə iclasında çıxış edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, sayğac küçədə yerləşdiyindən onun saxlanması üçün məsuliyyət daşımır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evinə sayğacdan kənar qaz xətti çəkilib və həmin boru ilə qanunsuz olaraq təbii qazı evinə çəkmişdir. Bununla bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli akt tərtib olunub. İddiaçının özü akta imza etməsə də, idarənin əməkdaşları tərəfindən qanunsuz qaz xəttinin çəkilişi aşkarlanıb. Bu barədə foto və video çəkiliş də var. Qeyd olunan qanun pozuntusu nəticəsində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilib və abonentin saldosuna əsasən 669.60 manat ziyan hesablanıb. Hesab edir ki, həmin ziyan əsaslı olaraq hesablanıb. O,iddiaçının evinin həyətində quraşdırılmış qaz sayğacına keçirilmiş baxışla bağlı videoçəkiliş əks olunan diski məhkəməyə təqdim etmiş və məhkəmə iclasında nümayiş etdirilməklə, iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, ARDNŞ Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə AKT № MSK 29/1710-01269-1 xx.xx.2021-ci il tarixli rəyinə əsasən İTRON tipli 1602AZ**********5 nömrəli sayğacdan kənar qeyri-qanuni qaz xəttii vasitəsilə təbii qazdan istifadə halı aşkarlanmışdır. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 669.60 manat cərimə (pul) hesablanmışdır. İş materiallarından və cavabdehin nümayəndəsinin etiraz ərizəsi və məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, iddiaçı qaz xəttindən qeyri-qanuni istifadə etdiyi üçün cərimə olunmuşdur. Belə olan halda, iddia ərizəsi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1632/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1632/2022
25.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver