Məhkəmə qərarları › İş №2(067)-1638/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1638/2023

01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1638/2023 01.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı pul məbləğinin silinməsinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdim: İddiaçı Cavabdeh İB-nə qarşı pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, həm iddiaçı, həm cavabdeh Bakı şəhəri, Xətai rayonunda, cavabdehin qeydiyyatda olduğundan İddiaçı iddia ərizəsi Bakı şəhəri Xətai rayon məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı Cavabdeh İB-nə qarşı pul məbləğinin silinməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyatı üzrə Xətai rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar