Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-167/2023 22.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı2 vəkili və nümayəndəsi, digər İddiaçı1 vəkil və nümayəndəsi Vəkil1, Cavabdeh Allahverdiyeva (Bayramova) Əsmət Allahverdi qızının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Allahverdiyeva (Bayramova) Əsmət Allahverdi qızına qarşı vərəsilik işinin qismən etibarsız hesab edilməsi və sairtələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qoyan X12 yeganə vərəsəsi olmasına dair cavabdeh Xaçmaz rayonu, 1 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçılar İddiaçı2 və İddiaçı1 ataları X8, anası X12 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X16 məxsus olmuş Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində 1/4 payda X13 mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq qeydiyyatın aparılması, X12 ölümündən sonra Xaçmaz şəhər Bünyad Sərdarov küçəsi, 23 saylı evin fərdi mülkiyyət hüququ ilə X10 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın dəyişdirilməsi və həmin evin 3/4 payda Cavanşir Bayramova məxsus olması barədə qeydiyyatın aparılması, X3 ölümü ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi, 23 saylı evin 3/4 payın 1/4 hissəsi üzərində İddiaçı1, 1/4 hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar və X2 şəhəri, Bünyad Sərdarov küçəsi ev 23də qeydiyyatdadırlar. İddiaçı2 və İddiaçı1 nənəsi X23 xx.xx.2001-ci il tarixində vəfat etmişdir. Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23 X12 mülkiyyətində olmuşdur. X23 vəfat etdikdən sonra onun mərhum oğlu-X9 həyat yoldaşı X17, onun qızları İddiaçı1 və İddiaçı2 Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki olaraq başlamışdırlar. X23 vəfat etdiyi zaman mərhum X9 xx.xx.1986-cı il təvəllüdlü qızı İddiaçı2 yetkinlik yaşına çatmamışdır. X23 vəfat etdikdən sonra onun həyat yoldaşı X11 Cavabdeh2 ilə nikaha daxil olmuşdur. xx.xx.2016-cı il tarixdə X11 da .vəfat etmişdir. 2022-ci ilin yanvar ayında bayram tətili ilə əlaqədar iddiaçılar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə getdikdə, onlar evdə kirayəçinin qaldığını görmüşdürlər. İddiaçıları məsələni araşdırmağa başlamışlar. Bu zaman məlum olmuşdur ki, Cavabdeh2 mənzili kirayəyə vermişdir. Halbuki Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23 X11 ilə birgə nikahı dövründə əldə edilmədiyi üçün Cavabdeh2 əmlaka dair mülkiyyət hüququ mövcud olmamışdır. Bundan sonra Cavabdeh2 yaşayış evindən istifadə sahəsində iddiaçılara süni maneələr yaratmağa başlamış və yaşayış evinin ona məxsus olduğunu bildirmişdir. İddiaçılar məsələni ətraflı araşdırmağa və aidiyyəti qurumlara sorğular göndərməyə başlamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X23 xx.xx.2001-ci il tərixdə vəfat etdikdən sonra cavabdeh Xaçmaz rayonu, 1 saylı Notariat Ofisində 16 oktyabr 2003-cü il tarixli 2V/1- 241 və 2V/1-242 reyestr nömrəli vərəsəlik işi açılmış və X11 yalan məlumatları əks etdirən arayışla qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Belə ki, X1 Rayon İcra Hakimiyyətinin Xaçmaz Şəhər İnzibati Ərazi Vahidindən xx.xx.2003-cü il tarixli 4/20 nömrəli arayış almışdır və arayışda göstərilmişdir ki, güya Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-də yalnız X11 qeydiyyatdadır. Halbuki iddiaçıları İddiaçı2 və İddiaçı1 Rəşıd qızı qeyd olunan evdə qeydiyyatda olmuşdurlar və hal-hazırda qeydiyyatdadırlar. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, mənzildə qeydiyyatda olan şəxslərin uçotu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparıldığı halda notariat qurumu Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz Şəhər İnzibati Ərazi Vahidinin qanunsuz arayışı əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə əsasən notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub- olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Lakin göründüyü kimi notariat qurumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə ‘.əsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları naqqmda Təlimafın tələblərini kobud pozaraq, mirasda məcburi paya hüququ olan şəxslər'olub-olmadığını dəqiq aydınlaşdırmamışdır. Bundan sonra qeyd olunan vərəsəlik işi üzrə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən istifadə edərək, X1 şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə dair daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız olaraq çıxarış almışdır. Göründüyü kimi vərəsəlik işi zamanı qanunsuzluğa yol verildiyi üçün qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hüququ qüvvəsi yoxdur. Odur ki, Xaçmaz rayonu, 1 saylı Notariat Ofisi tərəfindən açılmış 16 oktyabr 2003-cü il tarixli 2V/1- 241 və 2 7/1-242 reyestr nömrəli vərəsəlik işinin və həmin vərəsəlik işinin ilə əlaqədar verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ə dair X5 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi zəruridir. Qeyd olunan vərəsəlik işi və həmin vərəsəlik işi ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız olmaqla iddiaçıların mülkiyyət hüququnu pozur. Yuxarıda göstərilənləri nəzərə alaraq, -X11r miras qoyan X12 yeganə vərəsəsi olmasına dair cavabdeh Xaçmaz rayonu, 1 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız sayılması; İddiaçılar İddiaçı2 və İddiaçı1 ataları X14 anası X12 ölümündən sor mirası faktiki qəbul etmə faktı tanınması; X16 məxsus olmuş Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi, 23 saylı ev üzərində 1/4 payda X9 mülkiyyət hüququ tanınsın və bu barədə daşınmaz əmlak dövlət reyestrində müvafiq qeydiyyat aparılsın; X12 ölümündən sonra Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi, 23 saylı evin fərdi mülkiyyət hüququ ilə X5 məxsus olmasına dair daşınmaz əmlak dövlət reyestrində aparılmış qeydiyyat dəyişdirilsin və həmin evin 3/4 payda Cavanşir Bayramova məxsus olması barədə qeydiyyat aparılsın; X3 ölümü ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi, 23 saylı evin 3/4 payın 1/4 hissə; üzərində İddiaçı1, 1/4 hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqları tanınsın və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi zəruridir. İddiaçılar miras əmlakın qəbulu və vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Xaçmaz rayonu, 1 saylı Notariat Ofisinə müraciət etsələrdə, lakin notariat ofisi müraciətlərinin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddia ərizəsinin xahiş etdi hissəsində bildirdiyi kimi, X3 miras qoyan X12 yeganə vərəsəsi olmasına dair Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız sayılmasını, iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X9 anası X12 ölümündən sonra mirası faktiki qəbul etmə faktı tanınmasını, X16 məxsus olmuş Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23 üzərində ¼ payda X9 mülkiyyət hüququ tanınsın və bu barədə DƏDRX-də müvafiq qeydiyyat aparılsın. X23 vəfat etdikdən sonra Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ün fərdi mülkiyyət hüququ ilə X5 məxsus olmasına dair DƏDRX-də aparılmış qeydiyyat dəyişdirilsin və həmin evin ¾ payda X5 məxsus olması barədə qeydiyyat aparılsın. X3 ölümü ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ün ¾ payın ¼ hissəsi üzərində İddiaçı2 və ¼ hissəsi üzərində İddiaçı1 mülkiyyət hüquqları tanınsın və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilişi barədə qanun qəbul edilsin. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, iddianı təbii ki, qəbul etmir. Məhkəmə çıxışları ilə bağlı maddələr də var. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 9-cu maddələri, Mülki Məcəllənin 152.1, 133.2, 133.1, 1059.1, 1242.2, 1243.1, 1246 və 1272-ci maddələrində əks olunub. Əsas maddələrdən biri də mirasın qəbulu ilə bağlıdır. Konstitusiya Məhkəməsinin 18 iyul 2014, 25 fevral 2021-ci il tarixli qərarları da bunu əks etdirir. Vərəsəlik qəbuletmənin iki üsulu var. Biri faktiki qəbuletmə, digəri hüquqi vəzifəli qəbul etmədir. Araşdırma zamanı aydın olmuşdur ki, miras faktiki qəbul edilib. Keçən məhkəmə iclasında qarşı tərəf vəsatət verərək, şahid dindirildi. Şahid çıxışı da hər şeyi aydınlığa çıxardı. Tam şəkildə aydın oldu ki, həmin vaxt Rəşid bəy ölkədə olmayıb. Dəfn xərclərini Cavanşir bəy qarşılayıb. Eyni zamanda Mülki Məcəllədə mirasın qəbulu və imtina edilməsi ilə bağlı 2 aylıq qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. Lakin iddia uzun müddət sonra qaldırılıb. Qarşı tərəf öz iddialarında qeyd edir ki, həmin evə 2022-ci ilin yanvar ayında gediblər və Cavabdeh2 onlara evin özünə məxsus olduğunu söyləmişdir. Fərz edək ki, yanvar ayında gəliblər. Ondan sonra fevral, mart var. Bayram günlərini də çıxsaq, lap aprelə gəlib çıxır. Bu artıq iddia müddəti deyil. İddiaçılar iddianı sentyabr ayında qaldırıblar. İşin ən əsas tətbiq olunmaması ilə bağlı maddə Mülki Məcəllənin 272-ci maddəsi ilə bağlıdır. Şəxs vəsəlik şəhadətnaməsinin etibarsız olduğunu 2 və ya 1 ay müddətində qaldıra bilər. Eyni zamanda iddianın tərtibi də düzgün deyil. Onlar öz fikirlərini bildirmək üçün baxışa təyini gözləmişlər. Çünki hazırlıq iclasında bu düzəldilə bilinər, amma baxışı iclasında bu mümkün deyildir. İddianın xahiş etdi hissəsində yanlışlıqlar öz əksini tapıb. Qeyd olunur ki, X3 miras qoyan X12 yeganə vərəsəsi olmasına dair Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız sayılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X9 anası X12 ölümündən sonra mirası faktiki qəbul etmə faktı tanınsın. X16 məxsus olmuş Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23 üzərində ¼ payda X9 mülkiyyət hüququ tanınsın və bu barədə DƏDRX-də müvafiq qeydiyyat aparılsın. X23 vəfat etdikdən sonra Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ün fərdi mülkiyyət hüququ ilə X5 məxsus olmasına dair DƏDRX-də aparılmış qeydiyyat dəyişdirilsin və həmin evin ¾ payda X5 məxsus olması barədə qeydiyyat aparılsın. X3 ölümü ilə əlaqədar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-ün ¾ payın ¼ hissəsi üzərində İddiaçı2 və ¼ hissəsi üzərində İddiaçı1 mülkiyyət hüquqları tanınsın və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilişi barədə qanun qəbul edəsiniz. Qeyd olunmayıb ki, hansı tarixdəki, hansı reysterdəki şəhadətnamə etibarsız sayılsın. Həmçinin göstərilməyib ki, hansı tarixli, hansl saylı, harada yerləşən çıxarışdır. Bu səbəbdən iddia ilə razılaşmır və iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, o, iddiaçıları tanıyır. İddiaçı1 və İddiaçı2 onun dayısı oğlunun qızlarıdır. X18 onun dayısı oğludur. X7 adında qardaşı da var idi. Dayısı isə X6r. Onlar Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi ev 23-də yaşayırdılar. Demək olar ki, uşaqlığı o evdə keçib. Dayısı oğlu X18 ticarətlə məşğul idi. Təranə adında bir dayısının qızı da var idi ki, o dünyasını dəyişib. Daha sonra dayısı oğlu qızına Təranə adını qoyub. Turan rəhmədə gedərkən yas xərclərini X17 çəkib. X37 şəhərdən kənarda işləyirdi. Daha sonra özü də gəlib. Rəşid teztez gəlib gedirdi o evə. Yalnız 2003-cü ildən sonra gəlməyib. Çünki atası evləndi. Evlənənə qədər atasına da pul göndərib. Rəşid mütəmadi olaraq evə, yoldaşına pul göndərirdi. İddiaçı1 və İddiaçı2 da mübahisə gedən evdə yaşayıblar. Orada məktəbə gediblər. Onlar babası evlənəndən bir müddət sonra o evdən çıxdılar. X17 uzun illər dayım arvadına baxıb. O yataq xəstəsi idi. Cavabdeh1nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi və üçüncü şəxs DƏDRX-nin onlar məhkəmə iclaslarına gəlməmişlər və gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddia ərizəsinin xahiş etdi-nəticə hissəsindən görünür ki, iddiaçı hansı tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılmasını dəqiq qeyd etməmişdir. Bundan əlavə iddiaçı tərəf iddianın- mirasın qəbulunun təsdiq edilməsi hissəsində iddiasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat kontorunun İddiaçı2 və X19 ünvanladığı məktubdan müəyyən olunur ki, X12 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik işi üçün qanunla tələb olunan sənədlər Notariat ofisinə tam təqdim edilmədiyindən və bilavasitə vərəsələr arasında mübahisə xarakteri daşıdığından vərəsəlik işinin aparılması mümkün deyil. Bu səbəbdən də işin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 xx.xx.2001-ci ildə vəfat etmişlər. İş materiallarında olan doğum haqqında arayışın surətindən müəyyən olunur ki, X18 xx.xx.1957-ci ildə anadan olmuş, atası X11, anası X20r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2016-cı ildə vəfat etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin recimi onların əmlakının qanuni recimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülk iyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İşin yuxarıda sadalanan hüquqi və faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkmə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Allahverdiyeva (Bayramova) Əsmət Allahverdi qızına qarşı vərəsilik işinin qismən etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-167/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-167/2023
22.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver