Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1678/2022 02.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı tərəf qismində göstərdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizəs ilə müraciət edərək, Xaçmaz ravon Dövlət Arxivinin verdiyi 18 ivıın 2021-ci il tarixli 674 saylı arxiv arayışının və torpaq sahəsinin ayrılması ilə bağlı ləğv edilmiş DT və XK-nın Xaçmaz ravon Şöbəsinin xx.xx.2006-cı il tarixli Ərizəçi Əli oğluna torpaq sahəsi ayrılmasına dair rəyinin ona Ərizəçi məxsus olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Bələdiyyəsinin 19 may 2006-cı il tarixli 05 saylı qərarı ilə fərdi mənzil tikmək üçün Xaçmaz rayonu dəmir yolundan şərqdə, Xaçmaz Niyazoba yolunun solundan 500 kvm torpaq sahəsi almışdır. Torpaq sahəsi həmin vaxtdan ona yerində göstərilmiş, oranı hasara alaraq tikinti işlərinə başlamışdır. Qeyd olunan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmaq üçün DODRX-nm 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ona ünvanlanmış xx.xx.2021-ci il tarixli 2 **********9 sayli məktubla göstərilir ki, Xaçmaz bələdiyyəsinin ona torpaq sahəsi ayrılmasına dair X2 verdiyi arayışda atasının adı Əlişan əvəzinə Əlican kimi göstərilmiş, torpaq sahəsinin ayrılması ilə bağlı DT və XKnin Xaçmaz rayon şöbəsinin rəyində isə atasının adı Əlican əvəzinə Əli kimi göstərilmişdir. Bununla əlaqadar ona məhkəməyə müraciət etmək tövsiyvə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dövlət Arxivinin verdiyi 18 iyun 2021-ci il tarixli 674 nömrəli arxiv arayışında atasının adı Əlişan yazılmışdır, forpaq sahəsinin ayrılınası ilə bağlı ləğv edilmiş Dİ və XK-nın Xaçmaz rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli 746 saylı rəyində atasının adı Əlişan əvəzinə səhvən Əli kimi qeyd edilmişdir. Sənədləri çıxarış alınması üçün DƏDRX-nin 5 saylı ərazi idarəsinə təqdim edənə qədər qeyd olunan sənədin düz yazılmamasını bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün Xaçmaz rayon dəmir yolundan şərqdə, Xaçmaz-Niyazoba yolunun solundan 500 kv.metr torpaq sahəsi almışdır. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsindədir və orada tikinti işlərinə də başlamışdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edəndə, müraciəti müsbət həll olunmadı və ona bildirmişlər ki, Xaçmaz bələdiyyəsinin ona torpaq sahəsi ayrılmasına dair X2 verdiyi arayışda atasının adı Əlişan əvəzinə Əlican kimi göstərilib, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyində atasının adı Əlican əvəzinə Əli kimi göstərilib. Bununla əlaqədar ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Dövlət Arxivinin verdiyi xx.xx.2021-ci il tarixli 674 saylı arxiv arayışında atasının adı Əlişan yazılıb. Torpaq sahəsinin ayrılması ilə bağlı DT və XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 746 saylı rəyində atasının adı Əlişan əvəzinə Əli kimi qeyd edilib. O torpaq sahəsini Xaçmaz Bələdiyyəsindən xx.xx.2006-cı il tarixli 05 saylı qərara əsasən fərdi mənzil tikintisi üçün almışdır. Sənədlərə düzəliş edilməsi ilə bağlı Xaçmaz bələdiyyəsinin sədrinə şifahi müraciət etmişdir, o, ona bildirib ki, torpaq sahəsinin ayrılmasına dair sənədlərdə səhvə ondan əvvəlki bələdiyyə sədri yol verdiyinə görə, o, sənədlərə düzəliş edə bilməz və ona məhkəməyə müraciət etməli olduğumu bildirib. Ona görə məhkəməyə ərizə vermişdir. Xaçmaz bələdiyyəsinə rəsmi müraciət etməmişdir. Maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsi bilavasitə inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə bağlı başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə(ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orpaqnın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdə çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstusiya məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğununun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanlarının qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsində təsbit olunmuş «inzibati orqan» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da, onların yerli (struktur) və digər qurumları da, bələdiyyələr də, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs də başa düşülür. Göründüyü kimi, «inzibati orqan» anlayışı geniş dairəni əhatə edir. «İnzibati orqan» anlayışı altına aşağıdakı xüsusiyyətlərə malik olan orqanlar aid edilə bilər: 1) inzibati orqanlar təşkilatı cəhətdən nisbi müstəqil olmalıdırlar; 2) onların digər şəxslərə, kənara təsir edən fəaliyyəti olmalıdır, onların fəaliyyəti daxilə deyil, xaricə yönəlmiş olmalıdır; 3) nəhayət, bu orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malik olmalıdırlar. Məhkəmə onu da nəzərə alır ki, İnzibati Prosessual Məcəlləsi «inzibati akt» anlayışı adı altında inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, akt və ya digər növ tədbiri nəzərdə tutur. Beləliklə, «inzibati akt»ın əlamətləri aşağıdakılardır: 1) o, inzibati orqan tərəfindən qəbul edilir; 2) o, hər hansı konkret məsələnin nizamlanmasına xidmət edir; 3) o, barəsində tətbiq edilən şəxsə münasibətdə hüquqi nəticələr yaradır. Beləliklə, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən, bu orqanın funksiyalarının həyata keçirilməsi zamanı reallaşdırılan tədbirlər həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. «İnzibati orqanların Təsnifatının» 31.1.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Ərazi İdarələri inzibati orqan hesab olunur. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir və tələbə inzibati qaydada baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə müvafiq olaraq, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə nəzərə alır ki, işin məhkəmədə baxılmalı olmaması iş üzrə icraata xitam verilməsinin əsaslarından biridir. MPM-nin 153.2.1-ci maddəsində qeyd olunur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarılır. İş məhkəmədə baxılmalı deyildirsə, lakin hakim ərizəni qəbul etməkdən imtina etmək əvəzinə səhvən onu icraata qəbul edibsə, bu halda hakim MPM-nin 261.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verməlidir. Yəni bu hal, adətən aidiyyət qaydalarının pozulması ilə bağlı olur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı tərəf qismində göstərdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı tərəf qismində göstərdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1678/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1678/2022
02.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver