Məhkəmə qərarları › İş №2(067)-1679/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1679/2021

02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1679/2021 02.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq və sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12.01.2019-cu il tarixdə vəfat etmiş Şərafəddin qızı Eminə ilə qohumluq münasibətlərinin müəyyən edilməsi yəni sonuncunun onun doğma anası olması, eləcədə JN-215 A saylı 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası Şərafəddin qızı Eminəyə və ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası Şərafəddin oğlu Asmandi olmuş, anam isə Şərafəddin qızı Eminə olmuşdur. Valideyinlərimin hər ikisidə vəfat etmişlər. Aqrar islahat zamanı yaşadıqları Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən ona və anasına 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 215 A saylı, 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də işlənilmişdir. X1 12.01.2019-cü il tarixdə vəfat etmişdir. Yaxın vaxtlarda anasından miras qalmış torpaq sahəsini adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itdiyindən və onun Özbəkistan Respublikasında anadan olduğundan mərhum anası ilə onun qohumluq dərəcələrinin, yəni mərhum X1 onun doğma anası olmağının müəyyən edilməsi mümkün olmadı. Bundan savayı Aqrar İslahat zamanı və mərhum anasına yaşadıqları Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN 215 A saylı, 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Hazırda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə dair yeni mülkiyyət sənədi almaq qərana qəlmişdir. Bu məqsədlə də sənədlərin AR ƏMDK DƏDRX 5 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Lakin İdarə tərəfindən sənədlərinə baxılarkən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum X1nin soyadı “Şərafəddin qızı” olduğu halda səhvən “Aslanova”, adının isə “Eminə” olduğu halda səhvən “Əminə” kimi, özünün isə soyadı “Asmandiyeva ” olduğu halda səhvən Əspəndiyeva” kimi göstərilməsi halı sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Notarius ofisi tərəfindən ona tövsiyyə edildi ki, sənədin şəxsə məxsus olmasının və qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Bu faktlar təsdiq olunduqdan sonra mərhum anasından miras qalmış əmlakı rəsmiləşdirilməsi mümkündür. Ona görə də ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon 1 saylı Notariar Ofisi və Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumdur. Ərizəçi onun arvadının bacısıdır, adı və soyadı Ərizəçidir, ərizəçinin mərhum anasının adı soyadı isə Şərafəddin qızı Emina idi. Ərizəçi mərhum X1 2019-cu ildə vəfat etmişdir. O, bu ailə ilə 1989-cu ildə qohumluq əlaqəsi girmiş və baldızı ilə mərhum qayınanasının adında Xaçmaz rayonu, Müşkür kəndində 0.08 ha torpaq sahəsinin olmasını təsdiq edir. Həmin torpaq onlara 1998-ci ildə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi qızıdır. Mərhum bibisi Şərafəddin qızı Eminə 2019-cu ildə vəfat etmişdir. Ərizəçi mərhum Şərafəddin qızı Eminənin doğma qızı olması faktını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 215A saylı, 30219018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən Aslanova Əminə və Əspəndiyeva Nəsibənin mülkiyyətlərinə Xaçmaz rayonu Müşkür kəndi ərazisindən 0,08 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 12.04.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN 215A saylı, 30219018 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Şərafəddin qızı Emina 12 yanvar 2012-ci ildə ölmüşdür. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Şərafəddin oğlu Asmandi ilə Asimanova Əminə 21 fevral 1992-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin 25 iyun 2021-ci il tarixli, 05/Q-304/15 saylı məktubundan görünür ki, Şərafəddin-oğlu Asmandinin doğulduğu yeri 21.02.1992-ci il tarixdə Xaçmaz rayon Müşkür icra nümayəndəliyində tərtib edilmiş 06 saylı nikah akt qeydində və 13.02.2021-ci il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində tərtib edilmiş 133 saylı ölüm akt qeydində Gürcüstan Respublikası Axaltsixi rayonu, ananız Şərafəddin-oğlu (Asimanova) Əminənin doğulduğu yeri 21.02.1992-ci il tarixdə Xaçmaz rayon Müşkür icra nümayəndəliyində tərtib edilmiş 06 nikah akt qeydində və 23.01.2019cu il tarixdə Xaçmaz rayon Müşkür icra nümayəndəliyində tərtib edilmiş 07 saylı ölüm akt qeydində Gürcüstan Respublikası Axaltsixi rayonu göstərilmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 12.01.2019-cu il tarixdə vəfat etmiş Şərafəddin qızı Eminə ilə qohumluq münasibətlərinin müəyyən edilməsi yəni sonuncunun onun doğma anası olması, eləcədə JN-215 A saylı 30219018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası Şərafəddin qızı Eminəyə və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar