Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1680/2023 06.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimQasımova Vüsalə Yadigar qızınınsədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras faktının qəbul edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı miras faktının qəbul edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonun Ağtala kəndində xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Xaçmaz rayonun Ağtala kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mirasın vəsiyyət üzrə tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmir, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işin baxılmamış saxlanılmasını xahiş edir. İş üzrə iddiaçıya məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirşi göndərilsə də, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı miras faktının qəbul edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1680/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1680/2023
06.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver