Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1683/2022 13.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4, X3 və X2 adlarına verilmiş, “Torpağa mülkiyyət hüququna dair JN-256 saylı, ********* kodlu Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-068A saylı, ********* kodlu Şəhadətnamənin hüquq sahibi, Ərizəçi, onun mərhum həyat yoldaşı X7 və X8 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1952-ci ildə Xaçmaz rayonunda doğulmuşdur. O, Xaçmaz rayonunun Qoçaqlı kəndində qeydiyyatdadır və yaşayır. Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu, Qoçaqlı kəndi ərazisindən 0.41 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” JN-068A saylı, ********* kodlu 2Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmçinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarına əsasən onun, həyat yoldaşı mərhum X5 və X3 mülkiyyətinə Xaçmaz rayonu, Qoçaqlı kəndi ərazisindən 1.25 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair adlarına JN-256 saylı, ********* kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin Şəhadətnamədə və dövlət aktında onun adı Ərizəçi olduğu halda adı və ata adı səhvən X1, mərhum həyat yoldaşının adı X9 halda ata adı səhvən “Əsgər” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Şəhadətnamədə və Dövlət aktında yuxarıda göstərilən yanlışlıqlar olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X14 ərizəni müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə onun atası X5, anası Ərizəçi və onun paylı mülkiyyətinə Xaçmaz rayonunun Qoçaqlı kəndində 0,41 ha həyətyanı torpaq sahəsi və 1,25 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahələrinə mülkiyyət hüququna dair onların adına JN-068A seriyalı ******* kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN 256 seriyalı 30220028 kodlu torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktı verilib. Lakin Şəhadətnamədə və Dövlət Aktında anasının Ərizəçi adı səhvən Sədix kimi, ata adı isə səhvən Nəbi qızı kimi, həmçinin mərhum atası X5 ata adı səhvən Əsgər kimi qeyd edilib. Torpaq sahəsi təhkim olunandan bəri bizim istifadəmizdə olub və sənədlərdəki yanlışlığa fikir verməmişik. Bu yaxınlarda torpaq sahəsi ilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin JN-068A seriyalı ******* kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN 256 seriyalı 30220028 kodlu torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıq olduğundan, yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki və dövlət aktındakı yalnışlığa fikir verməmişdir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-068A seriyalı ******* kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə X10, X13 və X6 Xaçmaz rayonunun Qoçaqlı kəndindən 0.41 ha həyətyanı torpaq sahəsi ayrılıb. İş materiallarında olan Torpağa Mülkiyyət hüquna dair JN-256 seriyalı, 30220028 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə X10, X13 və X6 Xaçmaz rayonunun Qoçaqlı kəndindən 1.25 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 15843720 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 xx.xx.1980-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur, Xaçmaz rayonunun Qoçaqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR İİ 584544 saylı etibarnamədən müəyyən olunur ki, X14, iş üzrə Ərizəçi səlahiyyətli nümayəndəsidir. İş materiallarında olan Xaçmaz RİHB-nın Pirqulu-oba kənd İƏD Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 53 və 54 saylı arayışlarından müəyyən olunur ki, JN-068A seriyalı ******* kodlu Şəhadətnamədə və JN-256 seriyalı, 30220028 kodlu Dövlət Aktından Ərizəçi adı Sədix kimi, ata adı isə Nəbi qızı kimi, həmçinin mərhum X5 ata adı mexaniki səhv olaraq Əsgər kimi yazılmışdır. İş materiallarında olan AZ-İİ 201609 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair JN-256 saylı, ********* kodlu Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-068A saylı, ********* kodlu Şəhadətnamənin hüquq sahibi, Ərizəçi, onun mərhum həyat yoldaşı X7 və X8 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair JN-256 saylı, 30220028 kodlu Dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-068A saylı, 30220028 kodlu Şəhadətnamənin hüquq sahibi X14 ilə yanaşı, Ərizəçi və onun mərhum həyat yoldaşı X7 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1683/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1683/2022
13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver