Məhkəmə qərarları › İş №2(067)-1688/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1688/2024

16.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1688/2024 16.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Əsassız hesablanmış pul məbləğinin silinməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən onun **********12700 nömrəli abonent hesabına əsassız olaraq yazılmış ümumilikdə 2150 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh əməkdaşları onun ünvanına böyük məbləğdə cərimə yazmışlar. Guya onun tərəfindən sayğaca müdaxilə olunmuş, müdaxilə nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür. Lakin onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaqydalarının pozulması haqqında” 07 sentyabr 2016-cı il tarixli ******* nömrəli AKT tərtib edilmiş, həmin aktla nöqsan kimi **********009480 nömrəli abonent hesabına 100 manat hesablanmışdır. Əslində başqasına aid olan akt onun hesabına yüklənmişdir. ******* nömrəli aktın ona aid olmadığını bilir, lakin onun hesabına həmin mbləğ qanunsuz olaraq işlənmişdir. Basqa bir tarixdə- 2018-ci ildə guya “sayğacın geriyə işləməsi” səbəbi ilə 2050 manat məbləğ onun hesabına yazılmışdır. Həmin aktı Cavabdeh əməkdaşlarından tələb etsə də ona heç bir akt qalmadığını bildirmiş və həmin aktı müraciət etsə də ona təqdim etməkdən yayınmışlar. Lakin “GASREP” saldosundan görünür ki, ünvanında “Smart Sayğac” ola-ola borcu 745,12 manatdan birbaşa artmış və 2795,52 manat olmuşdur. Beləliklə də onun ünvanına 100 manat akt əsasında ona aid olmayan digər abonentin cəriməsi işlənmiş, bundan əlavə 2050 manat abonent hesabına əsassız olaraq işlənmişdir. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən onun **********12700 nömrəli abonent hesabına əsassız olaraq yazılmış ümumilikdə 2150 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərdi ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Başqasına aid olan 100 manatlıq akt onun hesabına yüklənmişdir. Bundan əlavə hər hansı bir əsas və sənəd olmadan sayğacın geriyə işləməsi adı ilə hesabına 2050 manat cərimə də işlənmişdir. Əslində Qaz İdarəsinin əməkdaşları sənədləşmə apararkən heç olmasa onu və 2-3 nəfər qonşunu dəvət etməli idilər, bu hallara da etirazını və narazılığını bildirə bilərdi. Xəbəri olmadan hesabına cərimə yazılmışdır. Sayğacın geriyə işləməsindən onun heç bir məlumatı olmamış və buna görə onun heç bir təqsiri və günahı yoxdur. Əgər “Smart” sayğac nasaz olsaydı abonent koduna pul yükləyərkən evə qaz gəlməzdi. 2022, 2023 və 2024-cü illər üzrə ödədiyi qaz pullarına dair qəbzləri məhkəməyə təqdim etmişdir. Qazdan hesabına pul yükləyib istifadə etmiş, balans bitdikdə isə qaz kəsilmişdir. Özü yaşlı və xəstə qadındır, əməliyyat olunmuş, bütün əməliyyat xərci də möhtərəm Prezidentin dəstəyi ilə ayrılmış vəsait hesabına ödənilmişdir. Pensiyaçı olmaqla himayəsində şəhid oğlunun uşaqları və xərçəng xəstəsi olan gəlini olmaqla ailə və maddi vəziyyəti olduqca ağırdır. Əsassız olaraq cərimə olunması isə onu daha da ağır vəziyyətə salmışdır. Odur ki, ona köməklik göstərilməsini, iddia tələbi təmin edilməklə Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən onun **********12700 nömrəli abonent hesabına əsassız olaraq yazılmış ümumilikdə 2150 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı yaşadığı evin qaz sayğacı müdaxiləyə şübhəli olması əsası ilə Cavabdeh Xaçmaz X7 idarəsinin əməkdaşları tərəfindən çıxarılaraq laboratoriyaya göndərilmiş, laboratoriya rəyində qeyd olunmuşdur ki, “Smart” sayğacın klapanı işləmir, sayğac alarm-5 rejiminə düşməklə mənfiyə işləmişdir. Bu səbəbdən də sayğaca müdaxilə faktına görə abonentin hesabına cərimə hesablanmış, sayğac qüsurlu olduğuna görə dəyişdirilmişdir. Sayğac müayinə olunub laboratoriya rəyi alınsa da faktla bağlı akt tərtib edilməmişdir. İddiaçının abonent hesabına işlənmiş 100 manat cəriməyə münasibətdə bildirir ki, həmin ziyan məbləği başqa abonentin adına akt əsasında tərtib olunsa da həmin məbləğ səhvən İddiaçı abonent hesabına işlənmişdir. Hazırda həmin səhvin məhkəmə qərarı olmadan aradan qaldırılması mümkün olmadığından bu barədə iddiaçıya bildirilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi olaraq iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 sentyabr 2016-cı il tarixli, ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktdan müəyyən olunur ki, abonent kodu **********009480 olan Quba şəhər sakini Əkrəm Abdullayevin barəsində sonuncuya məxsus mənzilə baxış keçirilməklə həmin ünvanda sayğacdan əlavə kənar xəttin çəkilməsi aşkar edilməklə müvafiq sənədləşmə aparılmışdır. İş materiallarında olan 30 sentyabr 2016-cı il tarixli «Dəymiş ziyanın bərpasına dair» hesablama sənədində göstərilmişdir ki, qaz istifadəçilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,97 kub metr saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 kub metr saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və tərtib olunmuş qeyd olunan sənəddə cəmi 1418,4 kub metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Əsas: 07 sentyabr 2016-cı il tarixli, 00991136 nömrəli akt. Qeyd olunan hesablama sənədi abonent kodu **********009480 olan Quba şəhər sakini Əkrəm Abdullayevin barəsində tərtib edilmişdir. İş materiallarında olan Azəriqaz İB-nin smart sayğaclı abonenti Xudiyeva (Məstanova) Maya Nüsrət qızının adına tərtib etdiyi abonentin saldolarından müəyyən olunur ki, Xudiyeva (Məstanova) Maya Nüsrət qızının abonent hesabına 2016-cı il üzrə 100 manat cərimə, 2018-ci il üzrə 2050 manat borc pul hesablanmışdır. İş materiallarında olan Azəriqaz İB-nin Xudiyeva (Məstanova) Maya Nüsrət qızının yaşadığı ünvandan götürülmüş qaz sayğacı ilə bağlı laboratoriya müayinəsinin nəticəsinə dair sənəddə qeyd edilmişdir ki, “Xətalar normadan artıqdır. Sayğac alarm-5 rejimindədir. Sayğac alarm-5 rejimindən çıxarılmışdır. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrdə korroziya izi mövcuddur”. İş materiallarında olan, məhkəmənin müvafiq sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının müfəttişi Polad Mövlamov tərətindən verilmiş 05 iyul 2024-cü il tarixli rəydən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş sorğu məktubu və sənədlər (materiallar) agentliyin müfəttişi tərəfindən təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakı rəy verilmişdir: Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X8 İstismar İdarəsinin nümayəndələri tərəfindən istehlakçı İddiaçı yaşadığı Xudat şəhəri, Azərbaycan küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 25755273 nömrəli qaz sayğacı xətdən açılmış və növbəti dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh İB qaz sayğaclarının yoxlanılması barədə tərtib edilmiş MSK- 29/1828-00047 nömrəli aktına əsasən sayğaca texniki baxış keçirilmiş və sayğacın plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzildiyi müəyyən edilmişdir. Verilmiş rəyə əsasən Cavabdeh İB Xaçmaz RQİİ tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış və 100,80 manat məbləğində borc abonentin hesabınına daxil edilmişdir. Tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar), 4.9-cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir) və həmin qaydalara 2 nömrəli əlavənin (Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi) 2.2.4.-cü bəndlərinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Həmçinin abonentin 1602AZ**********83 zavod nömrəli, G-4 tipli smart qaz sayğacı xx.xx.2018-ci il tarixində ******* nömrəli akta əsasən çıxarılan zaman sayğacın klapanimn kipləşdiyi və sayğacda olan öncədən dəyəri ödənilmiş qaz həcminin bitməsinə baxmayaraq sayğacın qazı buraxmağa davam etdiyi məlum olmuşdur. Sayğacın çıxarılma aktına əsasən sayğacın mexaniki göstəricisi 10432 m3, elektron göstəricisi isə 10374 m3 olduğu məlum olur və abonentin saldosunda ödənişlərdən sayğacın istismarda olduğu müddət ərzində (xx.xx.2016 - xx.xx.2018) abonent tərəfindən ümumilikdə 25 manat məbləğin ödənildiyi və bunun da 20 manatının borca görə tutulduğu, 5 manatına 50 m3 qaz həcminin alındığı məlum olmuşdur. Bunları nəzərə alaraq sayğacdan keçən və dəyəri ödənilməyən 10374 m3 qaz həcminin olduğu məlum olur və Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən 10374 m3 qaz həcmi 0,20 manat tarifi ilə 2074,80 manat məbləğ hesablanmışdır. Lakin abonent saldosuna baxan zaman 2050,40 manat işləndiyi müəyyən olmuşdur. Sayğacın klapanının kipləşdiyi və sayğacda olan limitin bitməsinə baxmayaraq sayğac qazı buraxmağa davam etdiyi üçün sayğacdan keçən, lakin dəyəri ödənilməyən 10374 m3 qaz həcminin dəyərinin hesablanması zamanı Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən həmin illərdə qüvvədə olan qazın sərfiyyəatına görə tətbiq edilən limitlər (2017ci və 2018-ci illərdə 1700 m3-ə qədər 0,10 manat, 1700 m3-dən yuxarı isə 0,20 manat) nəzərə alınmamışdır. Əgər hesabat zamanı bu limitlər nəzərə alınsaydı həmin məbləğ 1729,4 manat (10347-(1700+1700)=6947m3, (1700+1700)*0,10=340 manat, 6947*0,20=1389,4 manat, 340+1389,4=1729,4 manat) olardı. “Qazdan istifadə Qaydalan”nm 5.2-ci bəndinə əsasən (Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5- 2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, isra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan ünvanda sayğaca baxış keçirilib müvafiq sənədləşmə aparılarkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuş, yəni aşkar olunmuş xətaya dair hər-hansı akt tərtib edilmədən, hal şahidləri iştirak etmədən və beləliklə heç bir əsas olmadan iddiaçının abonent hesabına 2050 manat borc məbləği işlənmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, başqa abonent- Quba şəhər sakini Əkrəm Abdullayevin barəsində tərtib edilmiş akt və sənədləşmələr əsasında müəyyən edilmiş 100 manat ziyan (cərimə) məbləği səhv ucbatından aidiyyatı olmayan şəxs (abonent)- İddiaçı **********009480 nömrəli abonent hesabına işlənmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, məhz İddiaçı sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan başqa, məhkəmə onu da nəzərə alır ki, Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən İddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan evdə qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Qaz sayğacı evdən çöldə quraşdırıldığından Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz idarəsi cavabdehlik daşıyır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən sayğaca qəsd və ya ehtiyatsızlıqdan hər hansı müdaxilə edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia hazırda tələb olunan həcmdə əsaslı olduğundan təmin edilməklə Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 07 sentyabr 2016-cı il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» 30 sentyabr 2016-cı il tarixli tələbnamə, eləcə də 2018-ci il tarixli laboratoriya rəyi əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 100 manat və 2050 manat məbləğində pul silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 691,20-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 07 sentyabr 2016-cı il tarixli, ******* nömrəli akt və «Dəymiş ziyanın bərpasına dair» 30 sentyabr 2016-cı il tarixli tələbnamə və 2018-ci il tarixli laboratoriya rəyi əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 100 (bir yüz) manat və 2050 (iki min əlli) manat, cəmi 2150 (iki min bir yüz əlli) manat məbləğində pul silinsin. İddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 41 manat 50 qəpik dövlət rüsumu Cavabdehndən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar