Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1699/2023 13.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehqarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mirasdan məcburi payın müəyyən edilməsinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı bildirmişdir ki, Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, daşınmaz əmlakın texniki pasportunun ləğv edilməsi və daşınmaz əmlaka hüquqların qeydiyyatının çıxarılmasına dair iddiası Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 4521/2017 saylı qətnaməsi ilə təmin edilməyib. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-1234/2018 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4521/2017 saylı qətnaməsi ləğv edilib. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-7482/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-1234/2018 saylı qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)- 1615/2019 saylı qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 4521/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5837/19 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1615/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Hesab edir ki, işə düzgün baxılmayıb. Onun evdə miras payı var, qeydiyyatdan çıxarıblar. İşə düzgün baxlmadığına görə məhkəməyə yenidən Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, hazırki məsələ ilə bağlı 3 instansiya üzrə məhkəmələrin qanuni qüvvəsini almış qətnamələri vardır. Bu səbəbdən, işə yenidən baxılmasına etiraz etmişdir. İcraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-1615/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxılmış və Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4521/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. İddiaçının özünün də dediyinə əsasən, o, məhkəmə qətnamələri ilə razı olmadığından yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1qarşı bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1699/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1699/2023
13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver