Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1702/2020 25.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı inzibati aktın ləğv edilməsi və cərimə borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı inzibati aktın ləğv edilməsi və cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus ünvan 1 ünvanında yerləşən evə “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” tərtib edilmiş aktın və xx xxxx 2019-cu il tarixli “dəymiş ziyanın ödənilməsi barədə” tələbnamənin, həmçinin, həmin sənədlər əsasında hesablanmış 482,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1, ev 64 ünvanıda yerləşən evimə quraşdırılmış qaz sayğacı istifadəyə yararlı olduğu halda xx.xx.2019-cu il çıxarılıb yenisi ilə əvəz edilmiş, bundan xeyli sonra qaz idarəsinin əməkdaşları ona sayğacın yoxlama üçün laboratoriyaya göndərildiyini və guya saygacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsinin müəyyən olunduğunu bildirmişlər. Bu barədə ******* saylı akt tərtib olunmuş və komissiya qərarına əsasən ona 482,40 manat məbləğində ziyan hesablanmışdır. Yazılmış akt tamamilə qanunsuz və əsassızdır. O, istifadə etdiyi təbii qazın pulunu sayğacın göstəricilərinə uyğun ödəmiş və borcu olmamışdır. Ona görə də Cavabdeh” İstehsalat Birliyinin aktı və kommissiya qərarı ilə qəti razı deyil. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq sayğacın evin küçə tərəfində quraşdırıldığını,sayğaca özünün və ailə üzvlərinin heç bir müdaxilə etmədiklərini, evinə quraşdırılmış qaz sayğac küçə divarında, çöl tərəfdə quraşdırıldığı üçün, yol keçən istənilən adamın həmin sayğaca müdaxilə edə, onu çevirə biləcəyini və ya başqa cür sayğaca toxuna biləcəyini, məhkəmədə iddia qaldırmazdan əvvəl aktın, komissiya qərarının mübahisələndirilməsi ilə bağlı cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə müraciət etmədiyini bildirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İş üzrə cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə maraqlı iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” nin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. İddiaçı tərəfindən müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, borcun silinməsi üçün cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalı, iddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı inzibati aktın ləğv edilməsi və cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsibaxılmamış saxlanılsın. İddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1702/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1702/2020
25.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver