Məhkəmə qərarları › İş №2(067)-1708/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1708/2022

20.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1708/2022 20.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1997-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Kamalov Murad Camaloviç ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il təvəllüdlü oğlu X6 “Orta dərəcəli əqli gerilik, davranış pozğunluğu” diaqnozu ilə İİ qrup müddətsiz əlildir. Xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, hərəkət qabiliyyəti məhduddur. Faktiki olaraq əməyə qadir deyil. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ona o qulluğ edir. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2350 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 14556101 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1997-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan və Quba rayon PNRM-nin xx.xx.2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gərginlik, davranış pozğunluğu ilə Ağırlaşma F80.0 Nitq artikulyasiyasının spesfik pozğunluğu, Nitq qüsuru ilə ciddi qulluq əlamətləri yanaşı xəstəliklər G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Dəqiqləşdirilməmiş ensefalopatiyanın qalıq əlamətləri diqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2350 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1997-ci il təvəllüdlü oğlu X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar