Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1711/2022 29.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DT və XK-nin Xaçmaz rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu 26 may 2004-cü il tarixdə X1, X2, X7 və X5 adına verilmiş JN-081A saylı, 30225038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 14 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu, Yalama kəndi ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” JN-081A saylı, 30225038 kodlu Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin Şəhadətnamədə onun adı və ata adı düzgün qeyd edilməmişdir. Adı Zahidat olduğu halda səhvən “Zariyat”, ata adı İsrafilovna olduğu halda səhvən “İsrəfil qızı” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda mülkiyyət sənədlərini almaq üçün DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət etmişdir. Şəhadətnamədə yuxarıda göstərilən yanlışlıqlar olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə mənə və ailə üzvlərimə Xaçmaz rayonunun Yalama kəndində 0,09 ha həyətyanı torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair bizə JN-081A seriyalı 30225038 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilib. Lakin Şəhadətnamədə adım Zahidat əvəzinə səhvən Zariyat kimi, ata adım isə İsrafilovna əvəzinə İsrafil qızı kimi qeyd edilib. Torpaq sahəsi bizə təhkim olunandan bəri istifadəmizdə olub və sənəddəki yanlışlığa fikir verməmişik. Bu yaxınlarda torpaq sahəmizlə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişəm, lakin JN-081A seriyalı 30225038 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıq olduğundan, bizə yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb.. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini xahiş edir. Torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki və dövlət aktındakı yalnışlığa fikir verməmişdir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-081A seriyalı 30225038 kodlu Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 14 saylı qərarı ilə X3, X4, X10 və X8 Xaçmaz rayonunun Orta-oba kəndində 0.09 ha həyətyanı torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə RF Dərbənd şəhərində anadan olmuşdur, Xaçmaz rayonunun Yalama kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, 325517 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 ilə X6 xx.xx.1988-ci il tarixdə rəsmi nikah bağlaylaraq evlənmişlər və arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********85 saylı arayışından müəyyən olunur ki, JN-081A seriyalı 30225038 kodlu Şəhadətnamədə qeyd olunmuş hüquq sahibinin adı, ata adı və soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyət vəsiqəsində adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair JN-081A saylı, 30225038 kodlu Şəhadətnamənin hüquq sahibi Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair JN-081A saylı, 30225038 kodlu Şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1711/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1711/2022
29.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver