Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1712/2021 13.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yoluna düşən tikililərin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(067)-16/2020 saylı qətnaməsinə uyğun olaraq Cavabdeh qeyriqanuni istifadəsində olan və öz mülkiyyətində olan torpaq sahəsinin 25 kv metr hissəsində və torpaq sahələrinə gedən yolun 109 kv metr hissəsində qeyri-qanuni tikilmiş daş hasarın, cavabdehin həyətinə giriş qapılarının (iki ədəd) və talvarın üç metrlik hissəsinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qonşudur. O, aralarında olan yolun 109 kv metrini, mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.25 kv metr hissəsini öz sahələrinə birləşdirərək hasara almışdır. Bu baxımdan cavabdehə qarşı bağlanmış yolun açılması və mülkiyyət hüquqlarının bərpasına dair Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsi 02.11.2020-ci il tarixli 2(067)- 16/2020 saylı qətnaməsinə əsasən mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 25 kv metr hissəsinin və torpaq sahələrinə gedən yolun 109 kv metr hissəsini cavabdehin istifadəsindən çıxarılmasına dair qətnamə qət etmişdir. Qətnamə Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunarkən cavabdehin qanunsuz istifadə etdiyi ərazilərdə mövcud olan tikililərin sökülməsinə dair tələblərin olmadığını əsas tutaraq qətnamənin icrasını tam şəkildə təmin etməmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, İddiaçı onun oğludur. Cavabdeh qonşusudur. RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsi oğlu İddiaçı məxsusdur. Cavabdeh İlqar Xəlilovla birlikdə həmin torpaq sahəsinin ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 52 metr uzunluğunda və 3.5 metr enində hissəsini istifadə edirdi. Ona görə də oğlu onlara qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair məhkəmədə iddia qaldıraraq RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən və ona məxsus olan 0.10 ha torpaq sahəsinin eni 3.2 metr və uzunluğu 32 metr olan 102 kv. hissəsindən cavabdehlərin çıxarılması, ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 52 metr uzunluğu və 3.5 metr hissəsinin təyinatı üzrə istifadəsi və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində ona dəymiş 840 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Xaçmaz rayon məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(067)- 16/2020 saylı qətnaməsi ilə oğlunun iddiası qismən təmin olundu və RX seriyalı ******* saylı çıxarışa əsasən oğlunun mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 25 kv.m hissəsindən və həmin torpaq sahəsinə gedən yolun 109 kv.metr hissəsindən cavabdehlər Cavabdeh və X4 çıxarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edildi. Bundan sonra həmin qətnamə Xaçmaz rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icra olunmuşdur. Hazırda Cavabdeh qeyri-qanuni istifadəsində olan, oğluna məxsus 25 kv.metr torpaq sahəsində və torpaq sahəsinə gedən yolun 109 kv.metr hissəsində qeyri-qanuni tikilmiş daş hasarın, cavabdehin həyətinə giriş qapılarının və talvarın 3 metrlik hissəsinin cavabdeh tərəfindən sökülməsini xahiş etmişdir. oğlu İddiaçı uzun müddətdir ki, ABŞ-da yaşayır, hazırda da oradadır. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yoluna düşən tikililərin sökülməsi tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli 2(067)- 16/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 25 kv.m hissəsindən və həmin torpaq sahəsinə gedən yolun 109 kv.metr hissəsindən cavabdehlər Cavabdeh və X4 çıxarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yoluna düşən tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduqda müəyyən edilmiş bir halın məhkəmə tərəfindən yenidən müəyyən edilməsi yolverilməz olduğundan mülki iş üzrə icraata xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı gediş-gəliş yoluna düşən tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1712/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1712/2021
13.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver