Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1717/2020 05.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdəXaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN:230A nömrəli, 30211028 kodlu Şəhadətnamənin mərhum ailə üzvləri ilə birgə o, Ərizəçi1 və Ərizəçi2məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki,Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə JN-230A KOD 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onlara və ailə üzvlərinə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən 0,06 ha torpaq sahəsi veriliblər. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı səhvən Rehan kimi, qızı Gülnarın ata adı isə səhvən Paşa qızı kimi yazılıb. Onlar qeyd olunan torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2 çıxarış almaq istədiklərinə görə həmin idarəyə müraciət edərkən şəhadətnamədəki səhvlərin olduğunu bilmişlər və bununla bağlı onlara məhkəməyə ərizə ilə müraciət etmələri tövsiyə edilmişdir. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsindən onlara verilən gündən istifadə etmişlər. Şəhadətnamədə səhvlər olduğunu bilmiş, amma buna fikir verməmişlər. Torpaq sahələrinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 müraciət edərkən şəhadətnamədə səhvlər olduğuna görə müraciətlərinin müsbət həll edilməsinin mümkün olmadığını bildirmişlər və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Ərizəçi2 və maraqlı şəxs DƏDRX-nin 5 saylı X4 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Ərizəçi2 və DƏDRX-nin 5 saylı X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Ərizəçi2 və maraqlı şəxs DƏDRX-nin 5 saylı X3 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə JN-230A KOD 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Ərizəçi1, Ərizəçi2 və ailə üzvlərinə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən 0,06 ha torpaq sahəsi veriliblər. İş materiallarında olan Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə JN-230A KOD 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi1 adı, səhvən Rehan kimi göstərilmişdir. İş materiallarında olan Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə JN-230A KOD 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi2 ata adı səhvən Paşa kimi göstərilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********75 saylı məkubundan müəyyən olunur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN-230A KOD 30311028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə düzəliş edilməsi üçün müraciət etmişlər, lakin onlara bununla bağlı ona məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN:230A nömrəli, 30211028 kodlu şəhadətnamənin mərhum ailə üzvləri ilə birgə o, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN:230A nömrəli, 30211028 kodlu Şəhadətnamənin mərhum ailə üzvləri ilə birgə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1717/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1717/2020
05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver