Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-174/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X15, iddiaçılar İddiaçı1 Şıxməhəmmədoviçin, İddiaçı2 Şıxməhəmmədovnanın, İddiaçı3 Şıxməhəmmədovnanın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 Şıxməhəmmədoviçin, İddiaçı2 Şıxməhəmmədovnanın, İddiaçı3 Şıxməhəmmədovnanın Cavabdeh2 və Quba Regional ASAN xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin gecikdirilməsinin üzürlü hesab edilməsi, miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakdan qanun üzrə vərəsələrin payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Şıxməhəmmədoviç, İddiaçı2 Şıxməhəmmədovna, İddiaçı3 Şıxməhəmmədovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilmə müddətinin gecikdirilməsinin üzürlü hesab edilməsi, mərhum ataları X2 miras qalmış ünvan 1ində yerləşən 104,0 kv.m-lik yaşayış evi və 0,13 ha torpaq sahəsinə qanun üzrə vərəsələrin miras payının bərabər qaydada, hər birinə ¼ hissədə müəyyən olunması, paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, mərhum ataları X6 02 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə onun 4 nəfər qanun üzrə vərəsələri, onlar-iddiaçılar və cavabdeh, 14.02. 2013-cü il tarixdə mərhum ataları ilə rəsmi nikah qeydiyyatından keçmiş həyat yoldaşı Cavabdeh2 qalmışdır. Mərhum atasının ölümündən sonra mülkiyyət hüququ ilə xx.xx.2017-ci ildən ona məxsus ünvan 1ində yerləşən 104,0 kv.m-lik fərdi yaşayış evi və 0,13 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlaka dair vəsiyyətnamə qoyulmamışdır. Həyətyanı torpaq sahəsi üzərində 1956-cı ildə tikilmiş fərdi yaşayış evi ata nənələri X9 məxsus olmuşdur. Nənələri xx.xx.2007-ci ildə vəfat etmiş, bundan sonra təsərrüfatı mərhum ataları idarə etmişdir. Nənəsinin və atalarının sağlığında onlar Xaçmaz şəhərinə dəfələrlə gəlib getmiş və həmin evdə yaşamışlar. Atalarının vəfat etməsi zamanı bütün dünyada, o cümlədən, yaşadıqları Rusiya Federasiyasının Rostov vilayətində də yolxucu xəstəliklər, koronovirus (COVİD-19) yayıldığından, Rusiya Federasiyası ilə digər dövlətlər arasında gediş-gəlişə qadağalar və məhdudiyyətlər qoyulduğundan, onlar atalarının dəfn mərasiminə qatıla bilməmişlər. Bundan sonra da, koronavirus pandemiyası 2022-ci ilə qədər davam etdiyi bir zamanda, hazırda da davam edən Ruşiya - Ukrayna müharibəsinin fəsadları atalarından miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul edə bilməmişlər. Bundan sonra nümayəndə vasitəsilə miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün aidiyyəti üzrə notariat orqanına müraciət etmişlər. Məlum olmuşdur ki, Cavabdeh2 Quba Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş, vərəsələrin dairəsini bilərəkdən gizlətmiş, notariata bu barədə bilgi verməmiş, yeganə vərəsə kimi özünü təqdim etmiş və sonda miras qalmış əmlaka tam şəkildə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdehin miras qoyan şəxsin digər vərəslərinin olmasının bilməsinə baxmayaraq, Notariat ofisi də cavabdeh tərəfindən təqdim edilən sənədlərlə kifayətlənmiş, vərəsələrin dairəsinin müəyyənləşdirilməsi yönümündə heç bir tədbir görməmiş, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılması üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Qeyd olunan səbəblərdən isə, onlar mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə müvafiq sənədləri Notariat orqanına təqdim edə bilməmişlər. Hesab edirlər ki, onlardan asılı olmayan səbəblərdən bu hal baş vermişdir, mirasın qəbul edilmə müddətinin gecikdirilməsi üzürlü hesab edilməlidir. Quba Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisi müraciətlərinə əsasən bildirmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürülmüşdür. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Quba regional “Asan xidmət” mərkəzində Notariat ofisində xx.xx.2022-ci il tarixdə 2V-368 reyestr nömrəsi ilə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv etmək üçün və ötürülmüş müddəti bərpa etmək üçün məhkəməyə müraciət edilməsi müvafiqdir”. İş üzrə iddiaçı tərəf iddia tələbinin azaldılması barədə ərizəsini məhkəməyə təqdim edərək göstərmişdir ki, iddia tələbinin cavabdehə verilmiş qanun üzrə şəhadətnamənin ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Belə ki, xx.xx.2024-cü l tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf göstərmişdir ki, iddiaçılar bacı-qardaşdırlar. Miras qoyan şəxs Soltanov Şıxməhəmməd onların atasıdır. İddiaçılar onun birinci arvadı ilə birgə nikahından olan övladlarıdır. İddiaçılar RF-da yaşayırlar, oranın vətəndaşlarıdırlar. Soltanov Şıxməhəmməd ikinici dəfə 2013-cü ildə cavabdehlə rəsmi nikaha daxil olub. xx.xx.2021-ci ildə Soltanov Şıxməhəmməd vəfat edib. xx.xx.2017-ci ildə cavabdeh evinə və torpağına mülkiyyət hüququna dair öz adına mülkiyyət sənədi almışdır. Cavabdeh Soltanov Şıxməhəmmədlə yaşamış, Soltanov Şıxməhəmməd öləndən sonra cavabdeh notariat kontoruna müraciət edərək yeganə vərəsə olduğunu bildirmiş və öz adına xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. O, notariat kontoruna müraciət edərək məsələni aydınlaşdıranda, notarius demişdir ki, sistemdə iddiaçıların adları xarici ölkə vətəndaşları olduğu üçün miras qoyanın ailə üzvləri kimi çıxmamışdır. Halbuki, iddiaçılar da mərhumun qanun üzrə birinci növbəli vərəsələridirlər. Ev əvvəlcə Şıxməhəmməd Soltanovun anasının adına olmuş, onun ölümündən sonra Şıxməhəmməd Soltanovun adına keçmiş, Şıxməhəmməd Soltanovun vəfatından sora isə cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdeh notariat kontoruna müraciət edərkən iddiaçıların mərhumun vərəsələri olduqlarını göstərməli idi. Qanunun tələbi budur ki, mərhumun uşaqlarına da birinci növbəli vərəsələr kimi pay düşməlidir. Onların da payları müəyyən olunmalıdır. Qanunun tələbinə görə miras qalan əmlaklar birinci növbəlivərəsələr arasında bölünməlidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, Şıxməhəmməd Soltanov əri olmuş, onun ikinci arvadıdır. Onun birinci arvadı Sevil olub. İddiaçılar onların birgə nikahdan olan övladlarıdır. İddiaçılar RF-da yaşayırlar, oranın vətəndaşlarıdırlar. Sevil RF-nın Rostov vilayətinin Bataysk şəhərində yaşayır. O, 2006-cı ildə Şıxməhəmməd Soltanovla ikinici dəfə ailə qurmuş, lakin onun Sevillə nikahının pozulmasına dair sənədləşmə gəlmədiyinə görə nikahlarını xx.xx.2013-cü ildə rəsmiləşdirmişlər. xx.xx.2021-ci ildə Şıxməhəmməd Soltanov vəfat etmişdir. O, ölənə qədər onunla yaşayıb. Onu öləndə o dəfn etmiş, onun baş daşını qoydurmuş, evi o öz maaşı ilə təmir etdirmişdir. Ləcət kənd orta məktəbində müəllim işləmiş və əmək haqqı ilə evi təmir etdirmişdir. Əri öləndən sonra o notariat kontoruna müraciət edərək öz adına xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış və evi öz adına keçirmişdir. Notariat kontorunda mərhum ərinin uşaqları olub-olmadığını ondan soruşmadıqlarına görə, o da heç nə deməmişdir. Əri ona demişdir ki, uşaqlarına RF-nın Rostov vilayətinin Bataysk şəhərində ev alıv verib, ondan ev istəyən olmayacaq. Şıxməhəmməd Soltanov 2006-cı ildən Azərbaycanda yaşayıb. Anası isə əvvəldən burada yaşamışdır. Şıxməhəmməd Soltanov əvvəlcə birinci nikaha daxil olduğu arvadı Sevil ilə RF-da yaşamışdır, Azərbaycana gələndən sonra isə onunla ailə qurub yaşayıb. həmin vaxt Ləcət kənd orta məktəbində müəllim işləmişəm və əmək haqqımı evə xərcləmişəm. Zəhmətini itirmək istəmir. Evdə mətbəxi, hamamı o tikdirmiş, evdə kərpiclə nə varsa əvvəldən olub, mişar daşı ilə nə tikilibsə hamısını o tikdirmişdir. X19 uşaqlarına RF-nın Rostov vilayətinin Bataysk şəhərində ev alıb verib, onlar həmin evi də satmışlar. Ataları öləndə gəlməmişlər, sağlığında onunla maraqlanmamışlar. Ərim ağlayaraq onları gözləmiş, lakin gəlməmişlər. Onu xəstəxanaya tək aparmışdır. İş üzrə cavabdeh Quba Regional ASAN xidmət mərkəzində notariat ofisi məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə cavabdeh Quba Regional ASAN xidmət mərkəzində notariat ofisi məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan arxiv arayışından müəyyən olunur ki, Xaçmaz rayon Ləcət kənd İnzibati ərazi vahidi nümayəndəliyinin 2001-2005-ci illərə aid Ləcət kəndi üzrə 05 saylı təssərrüfatbaşına kitabında X7 xx.xx.2006-cı il tarixdə RF-dən gəlməsi və anası X11 təsərrüfatın başçısıdır. Təsərrüfatın xüsusi mülkiyyətində irsən qalan ümumi yararlı sahəsi 86 kv.metr, yararlı sahəsi 86 kv.metr, yararlı sahəsi 48 kv.metr ev, tövlə, hin və cəmi torpaq (hektarın yüzdə biri ilə 0,01 dəqiqliklə) 87, xüsusi mülkiyyətdə isə 13 qeyd olunub. 2006- 2010-cu illərə aid 04 saylı təsərrüfatbaşına kitabında təsərrfat başçısı X8 xx.xx.2007 tarixində vəfat etdiyi qeyd olunub, xüsusi mülkiyətində irsən qalan ev,cəmi torpaq 87, təsərrüfat üzvləri oğlu X7 və gəlini Cavabdeh2 göstərilmişdir. 2011-2015-ci illərə aid 04 saylı təsərrüfatbaşına kitabında təsəsrrüfat başçısı X4r, arvadı Cavabdeh2 təsərrüfat üzvü kimi qeyd olunub. Təsərrüfatın xüsusi mülkiyyətində anası Sultanova Gülnara aid 1956-cı ildə tikilən ev, mülkiyyətində və sahibliyində (hektarın yüzdə birilə) 87, həyətyanı sahə 13 göstərilmişdir. 2015-ci ildən sonrakı illərə aid təsərrüfat kitabları arxivə təhvil verilməmişdir. İş materiallarında olan Xaçmaz rayon Ləcət İƏD üzrə nümayəndəsinin 6.02.2022-ci il tarixli 103 nömrəli arayışından müəyyən olunur ki, X7 1959-cu il tarixdən 2021-ci il tarixədək Xaçmaz rayon Ləcət kəndində yaşamış, orada da xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Arvadı Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı arvadı Cavabdeh2 idarə edir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3ində 104.0 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-368 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh2 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX Xaçmaz ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə X5 verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3ində yerləşən ümumi sahəsi 104 kv.metr olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0.13 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, inventar nömrəsi 503, reyestr nömrəsi **********20-10301 olan texniki pasportdan müəyyən olunur ki, ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına texniki pasport işlənmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, mərhum X3 3 övladı olmuşdur. (İddiaçı1 Şıxməhəmmədoviç, İddiaçı2 Şıxməhəmmədovna, İddiaçı3 Şıxməhəmmədovna). Qeyd olunan sənədlərdən də göründüyü kimi X6 vəfat etdiyi zaman 1-ci növbə üzrə 4 vərəsəsi olmuşdur. (Roman, İrina, Rimma və Züleyxa) Həmçinin iş materiallarından görünür ki, Roman, İrina və X1 övladlarıdırlar və 1-ci növbə üzrə vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Beləliklə iş materiallarından, tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıların ataları X6 02 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə onun 4 nəfər qanun üzrə vərəsələri olmuşdur. (iddiaçılar və cavabdeh) X10 ölümündən sonra mülkiyyət hüququ ilə xx.xx.2017-ci ildən ona məxsus ünvan 1ində yerləşən 104,0 kv.m-lik fərdi yaşayış evi və 0,13 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlaka dair vəsiyyətnamə qoyulmamışdır. Həyətyanı torpaq sahəsi üzərində 1956-cı ildə tikilmiş fərdi yaşayış evi X9 məxsus olmuşdur. Sonuncu xx.xx.2007-ci ildə vəfat etmiş, bundan sonra təsərrüfatı mərhum Şixməhəmməd Sultanov idarə etmişdir. Şixməhəmməd Sultanovun və Gülnaz Sultanovanın sağlığında iddiaçılar Xaçmaz şəhərinə dəfələrlə gəlib getmiş və həmin evdə yaşamışlar. Şixməhəmməd Sultanovun vəfat etməsi zamanı bütün dünyada, o cümlədən, yaşadıqları Rusiya Federasiyasının Rostov vilayətində də yolxucu xəstəliklər, koronovirus (COVİD-19) yayıldığından, Rusiya Federasiyası ilə digər dövlətlər arasında gediş-gəlişə qadağalar və məhdudiyyətlər qoyulduğundan, iddiaçılar atalarının dəfn mərasiminə qatıla bilməmişlər. Qeyd olunan səbəblərdən də iddiaçılar mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə müvafiq sənədləri Notariat orqanına təqdim edə bilməmişlər. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-368 nömrə ilə qeyd edilmiş şəhadətnamə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə .
Məhkəmə qərarları › İş №2(067)-174/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-174/2024
15.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver