Məhkəmə qərarları › İş №2(067)-1748/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1748/2025

13.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1748/2025 13.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 04 noyabr 2023-cü il tarixli, ******* saylı akt və “dəymiş ziyanın bəpasına dair” həmin tarixli tələbnamə sənədi əsasında əsassız hesablanmış 4717 manat 44 qəpik ziyan məbləğinin yenidən araşdırılıb azaldırlması və müəyyən ediləcək artıq hesablanmış məbləğin abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin noyabr ayında Xaçmaz RQİİnin işçiləri yaşadığı ünvana gəlib baxış keçirərək təbii qazdan qeyri-qanuni istifadə etdiyini müəyyən etməklə barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişlər. Həmin kənar xətt də qış mövsümü gəldiyindən müvəqqəti olaraq ünvanında olmuş, həmin xətlə qısa müddət, cəmi 1-ay istifadə olunmuş, sonra xətti ayırmış və təbii qaz sayğacdan keçərək istifadə olunurdu. Özü çox vaxt Bakı şəhərində olduğundan evdə heç yaşayış çox vaxt olmur və yadından çıxaraq köhnə xətt istifadə olunmamış vəziyyətdə orada qalmışdır. 04 noyabr tarixdə də artıq istifadə olunmayan həmin xətti Qaz İdarəsinin işçiləri aşkarlıyaraq sənədləşmə aparmışlar. Sonradan komissiya qərarına əsasən yüksək məbləğdə 39312 kub metr- 4717 manat 44 qəpik məbləğində ziyan hesablanmışdır. Hesab edir ki, itirilmiş qazın bərpası üzrə ziyan məbləği düzgün hesablanmamış və üzərinə şişirdilmiş məbləğ yazılmışdır. Belə ki, o təbii qazdan qısa müddət, hardasa 01 ay istifadə etsə də həmin tələbnamədə onlar orta günlük iş rejimini 12 saat və hesabat müddətini əsassız olaraq 360 gün qəbul etmiəklə itirilmiş qazın bərpası üçün hesabat aparmış və həqiqətə uyğun olmayan məbləğ- 4717 manat 44 qəpik məbləğ hesablamışlar. Ona görə hesab edir ki, əsassız yazılmış ziyan məbləği məhkəmə müstəvisində müzakirə olunaraq müvafiq orqanlardan ixtisaslı mütəxəssis rəyi alınmaqla obyektiv qərar qəbul olunmalıdır. Həmin məbləğin üzərinə yüklənməsi onu çətin vəziyyətə salmış, səhhətində problemlər var, maddi durumu yaxşı deyil və yüksək hesablanmış cəriməni ödəmək iqtidarında deyil. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh Azəriqaz İB tərəfindən ünvanına borc məbləği hesablanmışdır. Həmin borcu əsassız hesab edir və borcun silinməsini xahiş edir. Bir neçə il əvvəl o emalatxanasında Cavabdeh üçün qaynaq aparatlarını təmir etmişdir, ona ödəməli olduqları zəhmət haqqı əvəzinə ona kənar qaz xəttindən istifadə etmək şəraiti yaradılmışdı. Kənar xətt həmin vaxtdan qalmış, borunun ağzında elektromaqnit qapayıcı var idi. Sonradan Cavabdeh avadanlıqları hazırkı təchizatı olandan sonra kənar xətdən istifadəni dayandırmış, ola bilsin ki, sonuncu dəfə 7 il bundan əvvəl istifadə olunub. Evində 2 su qızdırıcı, istilik sistemi olub, PG-3 tipli qaz plitəsi var. Kənar xəttə qoşulma olub, kənar xətdən istifadə etdiyi müddətdə nə qədər qaz sərfiyyatı olubsa həmin məbləğdə borcun hesablanmasını xahiş edir. Həmin vaxt onlar Bakı şəhərində yaşamışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələr üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 04 noyabr 2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «sayğacdan kənar-qeyri qanuni qazdan istifadə etdiyi aşkar olundu» rəyi verilmişdir. -xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə 4717.44 manat borc (pul) hesablanmışdır. -audio-video diskə baxış zamanı müəyyən edildi ki, iddiaçının ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti quraşdırılmışdır. -xx.xx.2025-ci il tarixli rəydən görünür ki, təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin Xaçmaz Regional Q.az istismar idarəsinin nümayəndələri tərəfindən Xaçmaz rayonu, Müşkür kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqia-müdaxilə- edərək (kənar xətt vasitəsilə) təbii qazdan istifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 39312 rn3 (4717,44 manat) hesabat aparılmışdır. Araşdırma zarnans tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmədiyi müəyyən olunmuşdur. Belə kil, tərtib edilmiş aktda 2 ədəd məişət tipli PQ-3 qaz plitəsi, 2 ədəd axımlı su qızdırıcı, 1 ədəd qeyri standart istilik sistemi istifadə olunduğu qeyd edilmiş və gündəlik 12 saat olmaqla 360 gün hesabatlar aparılmışdır. Lakin abonent saldosunda Xaçmaz RQİf-nin kompüter qeydiyyatında 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 1 ədəd qızdırıcı radiator sobası- qeyd olunmuşdur, Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin Xaçmaz Regiona! Qaz istismar idarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci ii tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma hallan aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1 -ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkansn on iki saatı, digər İstehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur, Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5- 1,1 .-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan İstifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5- 1 „2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5- 1,3,istehlakçının istifadə etdiyi' qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 13-cü maddənin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma hallan aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayscs şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma hallan aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşma çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın taianmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə,' habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısma vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta' gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 6-2-ci bəndinə əsasən “qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı Hə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümaypndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış aiiə üzvlərindən birinə) təqdim etməlidir". Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1 -ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 6-3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz payfayıcısi tərəfindən həyata keçirilir. “Qazdan istifadə Qaydaları”mn 3.1.10.-CU bəndi; bu Qaydaların 2.11-1 -cl və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 8 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına İsə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidin 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz payfayıcısi tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada yə müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Təhlil zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQli tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi “Azəriqaz" İB pin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu, Müşkür kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Məlumat üçün bildiririk ki, akt tərtib edildiyi vaxt istilik mövsümündən əvvəl olduğuna görə (04HT:2023-cü i!) fərdi yaşayış evində aşkar olunmuş qaz cihazlarının hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PG-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 2 x 12 saat x 90 gün = 1728 m3 x 0,12 qəpik = 207,38 manat,. 2 ədəd axımiı su qızdırıcının saatlıq qaz sərfiyyatı 2,25 m3 x 2 x 12 saat x 90 gün = 4860 m3 x 0,12 qəpik = 583,2 manat, cəmi 790,56 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçının istifadəsində olan Xaçmaz rayonu Müşkür kəndi ünvanına quraşdırılmış qaz sayğacının aparılmış yoxlaması zamanı qeyriqanuni qazdan istifadə etdiyi aşkar olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçıya borc kimi 4717.44 manat hesablanmışdır. İddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəf iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt törədilməsindədir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. X3 zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11 -ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarının: 3.1.10-cu bəndində əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 6.5-2-ci bəndində əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndində əsasən İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Göründüyü kimi “Azəriqaz" İB nin ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçıya aid Xaçmaz rayonu Müşkür kəndi ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda, eyni zamanda fotoşəkildə nöqsanın olması faktı öz əksini tapmışdır və iddiaçı qa xəttinə qeyri-qanuni qoşulduğunu etiraf etmişdir. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Lakin, “Azəriqaz İB” Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən dəymiş ziyan hesablanan zaman hazırda qüvvədə olan Qaydaların 6.5-1.1-ci, 6.5-1.2-ci, 6.5-1.3-cü və 6.5-3-cü bəndləri nəzərə alınmamışdır. Beləliklə, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə qanunsuz qoşulmanın olması və bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 790,56 manat olması müəyyən edilmişdir. (Məişət tipli PG-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 m3 x 2 x 12 saat x 90 gün = 1728 m3 x 0,12 qəpik = 207,38 manat, 2 ədəd axımlı su qızdırıcının saatlıq qaz sərfiyyatı 2,25 m3 x 2 x 12 saat x 90 gün = 4860 m3 x 0,12 qəpik = 583,2 manat, cəmi 790,56 manat təşkil edir.) Belə ki, nəzərə alınsa ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay (3 ay) əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Lakin həmin ünvana sonuncu baxışın nə vaxt keçirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmiş və abonentin hesabına yazılmış borc 365 gün üzrə 24 saatlıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin ünvan üzrə sonuncu baxış barədə məlumat olmadığından istifadə edilmiş qazın dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” 25 iyun 2023-cü il tarixli Qərarına əsasən qızdırıcı radiator soba üzrə 3 ay, 12 saat olmaqla, gözlü qaz plitəsi üzrə 3 ay, 4 saat olmaqla hesablanmalıdır. İddiaçının ünvanına münasibətdə məişət tipli PG-3 qaz plitəsinin saatlıq qaz sərfiyyatı və 2 ədəd axımlı su qızdırıcının saatlıq qaz sərfiyyatına uyğun hesablanmalıdır. Bu mənada mübahisəli 4717.44 manat borc məbləğinin qalan hissəsi, yəni 790,56 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla realdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və 04 noyabr 2023-cü il tarixli, ******* №-li akta əsasən hesablanmış borcun tam silinməsi məqsədəmüvafiq deyildir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və 9.1.14-cü bəndlərinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduqlarından hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 04 noyabr 2023-cü il tarixli, ******* №-li akt (xx.xx.2023-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 4717,44 manat borc məbləğinin 3926,88 manat hissəsi abonentin hesabından silinsin, abonentin 04 noyabr 2023-cü il tarixli, ******* №-li akt üzrə borcu 790,56 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar