Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-175/2025 27.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədhüseyn oğluna qarşı «paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, həmin mənzilə payın kompensasiya yolu ilə xitam verilməsi və ya mənzilin hərracdan satılaraq pulun mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əliyev X1 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89-05101-093046 reyestr nömrəli çıxarışa əsasən 5/7 hissədə ona məxsus olan ünvan 1 ünvandakı mənzilin naturada bölgüsünün mümkünsüzlüyünü nəzərə alaraq, həmin mənzilə cavabdehlərin 2/7 hissədə payına kompensasiya yolu ilə xitam verilməsi və ya mənzilin hərracdan satılaraq pulunun mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən baxılmamış saxlanmalıdır. Belə ki, ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 saylı qərarının 2.-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6.-cı maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədhüseyn oğluna qarşı «paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, həmin mənzilə payın kompensasiya yolu ilə xitam verilməsi və ya mənzilin hərracdan satılaraq pulun mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 166, 259.0.7, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədhüseyn oğluna qarşı «paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, həmin mənzilə payın kompensasiya yolu ilə xitam verilməsi və ya mənzilin hərracdan satılaraq pulun mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-175/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-175/2025
27.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver