Məhkəmə qərarları › İş №2(067)-1761/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1761/2022

06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1761/2022 06.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçi1 və qeyrilərinin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 06 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1, Həmidova (Məmmədova) Rəbiyə Behrud qızı, Ərizəçi4, Həmidova (Ələskərova) Əsmər Behrud qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 0019 saylı 30218028 kodlu dövlət aktının digər hüquq sahibləri ilə birlikdə ona - Ərizəçi1 da məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni onunla əsaslandırmışlar ki, ailənin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair torpağa mülkiyyət hüququna dair JN 0019 saylı 30218028 kodlu dövlət aktında adları və soyadlarında səhvlərə yol verilmişdir. Ona görə də hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi və digər ərizəçilər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0019 saylı 30218028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarına əsasən X2, X1, X3, Ərizəçi4 Beyrut oğlunun, X4 mülkiyyətinə 2,44 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0019 saylı 30218028 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 0019 saylı 30218028 kodlu dövlət aktında adları qeyd olunmuş hüquq sahibləri qohumdurlar. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0019 saylı 30218028 kodlu dövlət aktının Ərizəçi1 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar