Məhkəmə qərarları › İş №2(067)-1762/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1762/2022

06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1762/2022 06.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğum və ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1994-cü ildə doğulmuş qızı X1 xx.xx.1994-cü ildə doğulması və xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,xx.xx.1984-cü il də X6 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Birgə nikahdan 5 uşaqları doğulmuşdur. Uşaqlardan xx.xx.1994cü ildə doğulmuş qızı X5 qüsurlu doğulduğuna görə tez-tez sudurqa keçirirdi, əri Hacıbaba Hüseynov polis orqanlarının tərkibində müharibə bölgəsində oğluğuna görə uşaq üçün doğum haqqında şəhadətnamə alınmamışdır. X5 xx.xx.2003-cü ildə xəstəlikdən vəfat etmişdir və Xaçmaz şəhər qəbristanlığında dəfn olunmuşdur. Uşaq üçün doğum haqqında şəhadətnamə olmadığından vəfat etdikdə ölüm haqqında şəhadətnamə alınmamışdır. Uşağın doğum və ölüm haqqında şəhadətnamələrin alınmaması gələcəkdə hansı hüquqi nəticələriə səbəb olacağına əhəmiyyət verməmişlər. Xaçmaz rayon Mərkəzi xəstəxanasında stasionar müalicədə olmuş, xəstəxananın doğum şöbəsində cinsi qız olan diri uşağı doğulmuşdur. Qonşular da təsdiq edirlər ki, xx.xx.1994-cü ildə Aytən adlı qızları dünyaya gəlmiş və xx.xx.2003-cü ildə dünyasını dəyişərək Xaçmaz şəhər qəbirstanlığında dəfn edilmişdir və onlar da bir qonşu kimi dəfndə iştirak etmişlər. Hazırda ondan pensiya almaq üçün uşaqların doğum haqqında şəhadətnamələri tələb edilmişdir. ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsində yazılanları müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, ərizəçi ilə qonşudular. Ərizəçi ilə əri Hacıbaba Hüseynovun birgə nikahlarından 5 uşaqları olub. Uşaqlarından xx.xx.1994-cü il təvəllüdlü qızları Aytən doğulduğu vaxt qüsurlu olduğu üçün tez-tez qıcolmaları olurdu. Hacıbaba Hüseynov polis orqanlarının tərkibində müharibə bölgəsində olduğuna görə uşaq üçün doğum haqqında şəhadətnamə almayıblar. xx.xx.2003-cü ildə Aytən xəstəlikdən vəfat edib. Onu Xaçmaz şəhər qəbristanlığında dəfn ediblər. Qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə də ala bilməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi ilə onun əri Hacıbaba Hüseynovun birgə nikahlarından 5 uşaqları olub. xx.xx.1994cü il təvəllüdlü qızları Aytən doğulduğu vaxt qüsurlu olduğu üçün tez-tez qıcolmaları olurdu. Hacıbaba Hüseynov polis orqanlarının tərkibində müharibə bölgəsində olduğuna görə uşaq üçün doğum haqqında şəhadətnamə almayıblar. xx.xx.2003-cü ildə Aytən xəstəlikdən vəfat edib və Xaçmaz şəhər qəbristanlığında dəfn edilib. Qızın doğum haqqında şəhadətnaməsi olmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə də ala bilməyiblər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE serialı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Xaçmaz rayonunun Nizava kəndində doğulmuş, Xaçmaz şəhəri İ.Qasımov küçəsi, ev 2-də qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 276 saylı arayışlarından müəyyən olunur ki, xx.xx.1994-cü il tarixdə anadan olmuş X1 doğum haqqında şəhadətnamə almaq üçün müraciət edilmiş, lakin doğum haqqında tibbi şəhadətnamə təqdim olunmadığından doğumun qeydə alınması mümkün olmamışdır, həmçinin Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin olub-olmaması qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan aktdan müəyyən olunur ki, qonşular X4, X11 və X2 təsdiq edirlər ki, Ərizəçi və X3 birgə nikahlarından xx.xx.1994-cü ildə Aytən adlı qızları dünyaya gəlmiş və xx.xx.2003-cü ildə Aytə Hüseynova dünyasını dəyişərək Xaçmaz şəhər qəbirstanlığında dəfn edilmişdir və onlar da bir qonşu kimi dəfndə iştirak etmişlər. İş materiallarında olan, İV-ЖГ 363629 seriyalı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 ilə X6 xx.xx.1961-ci ildə rəsmi nikah bağışlamırlar. Nikahdan sonra X12 “ Hüseynova” soyadını qəbul etmişdir. İş materiallarında olan Xaçmaz rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi həqiqətən də MRX-nın doğum şöbəsində çəkisi 3400, boyu 50 sm, cinsi qız olan diri uşağı doğulmuş və o, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Xaçmaz rayon mərkəzi xəstəxanasında stasionar müalicə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ona nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə tərəfindən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, xx.xx.1994-cü ildə doğulmuş X1 xx.xx.1994-cü ildə doğulmuş və xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi xx.xx.1994-cü ildə doğulmuş qızı X1 xx.xx.1994-cü ildə doğulması və xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktları müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1994-cü ildə doğulmuş qızı X1 xx.xx.1994-cü ildə doğulması və xx.xx.2003-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar