Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1777/2025 10.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasında iddianın baxılmasını tələb etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1777/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1777/2025
10.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver