Məhkəmə qərarları › İş №2(067)-1781/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1781/2024

18.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1781/2024 18.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payın ayrılması tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 miras qalmış, DƏDRX-də qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********31-10301 daşınmaz əmlakın reyestr nömrəli, xx.xx.2023-cü ii tarixli çıxarışına əsasən ünvan 1-də yerləşən 0.0265 fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 27.9 kvadratmetr olan fərdi yaşayış evinin münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və bu miras əmlaklarını vərəsəlik üzrə adına rəsmləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışlar ki, mərhum atası X3 miras qalmış, DƏDRXdə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********31-10301 daşınmaz əmlakın reyestr nömrəli, xx.xx.2023-di il tarixli çıxarışa əsasən ünvan 3-də 0.0265 fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 27.9 kvadratmetr olan yararsız fərdi yaşayış evi X2 miras qalmış əmlak vərəsəlik üzrə payları müəyyən edilməmişdir. Bu barədə o vəfat etmiş atasından qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində Xaçmaz rayon 1 saylı Notariat ofisinə rəsmi müraciət etmişdir. Xaçmaz rayon 1 saylı Notariat ofisindən ona rəsmi olaraq imtina verilmişdir və imtinada göstərilmişdir ki, vəfat etmiş X3 miras qalmış əmlakı qəbul etmiş digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qardaşı Cavabdeh2 1987-ci ildən işləmək məqsədilə Rusiya Federasiyasına gedib gəlmişdir. 1989-cu ildən sonra geri qayıtmayıb. Atası və anası vəfat edəndə hər iki valideyninin vəfat xərclərini özü çəkmişdir. Qardaşı Cavabdeh2 valideynləri vəfat edəndə dəfnlərində belə iştirak etmək üçün Rusiya Federasiyasından gəlməmişdir. Yuxarıda göstərdiyi ünvan onun sonuncu yaşayış yeridir. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək mərhum atası X3 miras qalmış ünvan 1-də yerləşən 0.0265 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakların vərəsəlik üzrə adına rəsmləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin evdə hazırda heç kim yaşamır, baxımsız vəziyyətdədir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, bacısı İddiaçı ona və qardaşı Cavabdeh2 qarşı miras əmlakdan payın ayrılması tələbinə dair iddiasını qəbul edir. Növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edir. Mirasdan ona çatacaq paydan iddiaçının xeyrinə imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 və üçüncü şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -********** qeydiyyat nömrəli, **********31-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanda 0,0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Ölüm haqqında şəhadətnamənin surətindən və qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X13 xx.xx.1990-cı ildə, X11 xx.xx.1998-ci ildə ölmüşdür. -xx.xx.2023-cü il tarixdə Kasbaba Seyidməmmədovun, Elza Arazovanın və Bənövşə Cəlilovanın iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X13 xx.xx.1990cı ildə vəfat etmişdir. Mərhumun 3 qızı və 1 oğlu var idi. Oğlu Cavabdeh2 1987-ci ildə işləmək məqsədi ilə RF-nın Vladivostok şəhərinə getmişdir. Atası vəfat edəndə dəfn mərasiminə gəlməmişir və bu günə kimi heç bir xəbər yoxdur. Atasının əmlakını qızı İddiaçı idarə edir. -Xaçmaz rayonu 1 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 31 may 2023-cü il tarixli 639 nömrəli məktubundan görünür ki, X3 miras qalmış əmlakı qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, nikah haqqında 22 aprel 1959-cu ii tarixdə 0072 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. X1 xx.xx.1998-ci ildə ölməsi (ölüm xx.xx.1998-ci ildə 0051 №-li akt qeydi ilə Xaçmaz rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış), X7 isə xx.xx.1990-cı ildə ölməsi (ölüm xx.xx.2022-ci ildə 1088 N-li akt qeydi ilə Xaçmaz rayon qeydiyyat şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. -DƏDRX-nin X34 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 27.09 ha həyətyanı torpaq sahəsinin mülkiyətçisi barədə məlumatın verilməsinə dair sorğunuza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34nin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, arxiv məlumatlarında Xaçmaz şəhəri, Məktəbli küçəsində X7 adına faktiki 265.0 ha torpaq sahəsi üzrə 23 saylı X19 adına faktiki 300.0 ha torpaq sahəsi üzrə 23a saylı fərdi yaşayış evi aşkar edilmişdir. -Xaçmaz rayon Qeydiyyat şöbəsinin sorğuya əsasən alınmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1910-cu ildə Quba rayon Xanagah kəndində doğulmuş X13 xx.xx.1959-cu il tarixdə Xaçmaz rayon qeydiyya şöbəsində Mikayılova (Ağacanova) Tavat Ağakərim qızı ilə rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onların 4 övladları olması barədə məlumat aşkar edilmişdir. 1. X16 xx.xx.1959-cu il Xaçmaz rayonu. 2. Cavabdeh2 xx.xx.1961-ci il Xaçmaz rayonu. 3. X14 xx.xx.1964-cü il Xaçmaz rayonu. 4. X15 xx.xx.1966-cı il Xaçmaz rayonu. X13 xx.xx.1990-cı ildə Xaçmaz şəhərində vəfat etmişdir. -Xaçmaz rayon Qeydiyyat şöbəsinin sorğuya əsasən alınmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1910-cu ildə Quba rayon Xanagah kəndində doğulmuş X13 xx.xx.1959-cu il tarixdə Xaçmaz rayon qeydiyya şöbəsində Mikayılova (Ağacanova) Tavat Ağakərim qızı ilə rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onların 3 övladları olması barədə məlumat aşkar edilmişdir. 1. X16 xx.xx.1959-cu il Xaçmaz rayonu. 2. Cavabdeh2 xx.xx.1961-ci il Xaçmaz rayonu. 3. X15 xx.xx.1966-cı il Xaçmaz rayonu. X13 xx.xx.1990-cı ildə Xaçmaz şəhərində vəfat etmişdir. -Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 103 nömrəli arayışından müəyyən olunur ki, ünvan 4 ünvanda yaşamış və xx.xx.1990-ci il tarixdə vəfat etmiş X7 nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə üzvləri haqqında məlumatlar vardır. X11 xx.xx.1998-ci ildə vəfat edib, Cavabdeh2, X16 xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh1, İddiaçı. Vəfatından sonra evi və təsərrüfat İddiaçı idarə edir. -Xaçmaz rayon Qeydiyyat şöbəsinin sorğuya əsasən alınmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1959-cu ildə Xaçmaz rayonunda doğulmuş X16 xx.xx.1978-ci il tarixdə Masallı rayonu Baradigah icra nümayəndəliyində X17 ilə rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış onların 2 (iki) övladları olması barədə məlumat aşkar edilmişdir. 1. X8 xx.xx.1979-cu il Babək rayonu. 2. X18 xx.xx.1982-ci il Bakı şəhəri Xətai rayonu. Nəhmətova (Mikayılova) Bahar Salman qızı xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. -İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, mərhum atası X3 miras qalmış ünvan 1-də yerləşən 0.0265 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən payının müəyyən edilməsini xahiş etmişdir. -X5, X9 və X6 notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, X20 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X12 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası qəbul etməmişlər və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyildirlər. Digər vərəsənin vərəsəlik hüququnu rəsmiləşdirilməsinə etiraz etmirlər. Əlavə olaraq bildirmişlər ki, notarius tərəfindən onlara izah olunmuşdur ki, ərizəni ləğv edə və geri götürə bilməzlər. Ərizə kompyuter vasitəsi ilə onların sözlərindən yazılmışdır və bunu öz imzaları ilə təsdiq edirlər. -Cavabdeh1 ərizəsindən müəyyən olunur ki, bacısı İddiaçı ona və qardaşı Cavabdeh2 qarşı miras əmlakdan payın ayrılması tələbinə dair iddiasını qəbul edir. Növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edir. Mirasdan ona çatacaq paydan iddiaçının xeyrinə imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ünvan 1-də 0.0265 fərdi yaşayış üçün nəzərdə tutulmuş torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 27.9 kvadratmetr olan yararsız fərdi yaşayış evi X2 miras qalmış əmlak vərəsəlik üzrə payları müəyyən edilməmişdir. İddiaçı vəfat etmiş atasından qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində Xaçmaz rayon 1 saylı Notariat ofisinə rəsmi müraciət etmişdir. Xaçmaz rayon 1 saylı Notariat ofisindən vəfat etmiş X3 miras qalmış əmlakı qəbul etmiş digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılmasının mümkün olmaması səbəbindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçı miras əmlakdan payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-ci maddəsinə əsasən Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3-ci maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4-ci maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.2-ci maddəsinə əsasən maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1301.1 ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2 ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3 ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, miras qoyan X7 atası, anası, arvadı və dörd uşağından biri vəfat etmiş, üç uşağı isə sağdır. Miras qoyanın vəfat etmiş uşağının isə iki uşağı və əri sağdır. Miras əmlakda məcburi payı olan vərəsə Cavabdeh1 Saman qızı öz payından İddiaçı xeyrinə imtina etmiş, vəfat etmiş vərəsə X10 irsi transmissiya üzrə vərəsələri olan əri və iki uşağı isə öz paylarından ümumi qaydada imtina etmiş, digər vərəsə olan Cavabdeh2 isə miras payla bağlı münasibətini bildirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının miras əmlak üzərində 2/3 payı müəyyən edilməli, digər cavabdehin payı isə açıq saxlanılmalıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 miras qalmış ünvan 1-də yerləşən 0.0265 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən İddiaçı 2/3 payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar