Məhkəmə qərarları › İş №2(067)-18/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-18/2024

22.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-18/2024 22.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mügafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi "xxxx" ASC məhkəmədə iddia qaldıraraq Xaçmaz şəhəri Nərimanov küçəsində "xxxx" ASC-nin balansında olan dislokasiya nömrəsi ******* olan transformator qurğusunun mühafizə zonasında cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikintinin onların öz hesabına sökülməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz EŞ-nin balansında olan 10 kV-luq “1ci şəhər” hava xəttindən qidalanan ******* saylı 1000 kVa transformator məntəqəsinin 10 kV-luq giriş hissəsi Cavabdeh1 məxsus restoran vasitəsi ilə, 0,4 kV-luq giriş hissəsi isə Cavabdeh2 məxsus avtoyuma məntəqəsi ilə qeyri-qanuni olaraq uzun müddətdir hasara alınmışdır. Bu səbəbdən həmin transformator məntəqəsinə texniki xidmət göstərilməsi mümkünsüz olmuşdur. Axşam saatlarında həmin transformator məntəqəsində baş verə biləcək qəzalar zamanı restoran və avtoyuma məntəqəsi işləmədiyi üçün içəri daxil olmaq mümkün olmur və bu da bədbəxt hadisələrin yaranmasına gətirib çıxara bilər. Həmin transformator məntəqəsi 1972-ci ildə istismara verilmişdir. Sözü gedən transformator yenilənərkən həmin ərazinin ətrafı tamamilə boş sahə olmuşdur. Sonradan orada fərdi evlər və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. “X1”na uyğun olaraq, həmin transformator hasarlanmış və ətraf üçün heç bir təhlükə yaratmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının 12-ci bəndinin “a” yanmbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Qeyd edilən transformator "xxxx" ASC-nin mülkiyyətindədir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülkiyyət toxunulmazdır. Mülkiyyətə edilən hər hansı müdaxilə mövcud qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmalıdır. Odur ki, cavabdehlərin hərəkətləri hüquqi şəxs olan "xxxx" ASC-nin İmülkiyyətinə birbaşa edilən qəsd kimi qiymətləndirilməli, onların bu qanunsuz hərəkətləri dərhal dayandırılmalı, transformatorun mühafizə zonası boşaldılmalı, inşa edilmiş tikinti cavabdehlərin öz hesabına sökülməlidir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Xaçmaz şəhəri Nərimanov küçəsində "xxxx" ASC-nin balansında olan dislokasiya nömrəsi ******* olan transformator məntəqəsinin 10 kv-lıq giriş hissəsi Cavabdeh1 məxsus restoran vasitəsi ilə, 0,4 kv-lıq hissəsi isə Cavabdeh2 məxsus avtoyuma məntəqəsi ilə qeyri-qanuni olaraq uzun müddətdir ki, hasara alınmışdır. Bu səbəbdən həmin transformator məntəqəsinə texniki xidmət göstərilməsi mümkünsüz olmuşdur. Axşam saatlarında həmin transformator məntəqəsində baş verə biləcək qəzalar zamanı restoran və avtoyuma məntəqəsi işləmədiyi üçün içəri daxil olmaq mümkün olmur və bu da bədbəxt hadisələrin yaranmasına gətirib çıxara bilər. Həmin transformator məntəqəsi 1972-ci ildə istismara verilmişdir. Transformator yenilərkən həmin ərazini ətrafı tamamilə boş sahə olmuşdur. Ekspert rəyi də var ki, transformator məntəqəsinə giriş hissəsi məhdudlaşdırılmışdır. Ancaq restoran və avtoyuma məntəqəsi açılanda içəri daxil ola bilərlər. Transformatorun içərisinə su daxil olur, bədbəxt hadisə baş verə bilər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2361 nömrəli ekspert rəyindən müəyyən olunur ki, qapalı tipli transformator məntəqələrinin mühafizə zonası “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə deyil “Elektrik qurğularının quraşdırılması Qaydası” ilə tənzimlənir ki, həmin qaydanın 4.2.4.1 bəndinin tələblərinə görə qapalı tipli transformator məntəqələrində mühafizə zonası nəzərdə tutulmamışdır. Qərardadın ikinci sualı üzrə. Qapalı tipli transformator məntəqələrində mühafizə zonası nəzərdə tutulmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü və dördüncü sualları üzrə. Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin balansında dislokasiya nömrəsi ******* olan transformator (məntəqəsinin) qurğusunun yüksək gərginlikli tərəfinə küçədən keçid hissədə restorana aid qapının olduğuna və həmin transformatorun alçaq gərginlik tərəfinə isə avtoyuma məntəqəsinin birbaşa daxilindən keçməklə mümkün olduğunu nəzərə aldıqda, transformatorun hər iki tərəfinə texniki xidmət keçirilməsi üçün sərbəst daxil olunması məhdudlaşdırılaraq maneə törətdiyi müəyyən edilir. Qərardadın beşinci və yeddinci sualları üzrə. Tikililərin hansı tarixlərdə inşa edilməsi və istismara verilməsinin müəyyən edilməsinə dair metodika olmadığına görə qərardadın 5-ci və 7-ci sualları üzrə tədqiqat aparılmamışdır. V. Qərardadın altıncı sualı üzrə. Mülki iş materiallarında iş üzrə cavabdehlərə məxsus tikililərin (restoran və avtoyuma məntəqəsi) tikilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər həmçinin, həmin tikililərin texniki parametrlərinə dair hər hansı bir məlumat olmadığına görə qərardadın 6-cı sualının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid enerqetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbayçan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin balansında dislokasiya nömrəsi ******* olan transformator (məntəqəsinin) qurğusu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən öz hesablarına sökülməli, həmin qurğuların iddia tələbində qeyd olunduğu kimi mühafizə zonasındə yerləşməsi isə məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından, tələb həmin hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" ASC-nin balansında dislokasiya nömrəsi ******* olan transformator (məntəqəsinin) qurğusu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən öz hesablarına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 204 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə Əsli ilə düzdür Hakim R.E.Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar