Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1800/2021 12.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı Vəliyar oğlunun və onun müdafiəçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh, X1 və X3rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1i ünvanında yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus 0,26 ha həyətyanı torpaq sahəsinə münasibətdə 19 oktyabr 2003cü il tarixdə onunla Cavabdeh arasında baş tutmuş alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Dövlət notariat kontorunda 19 oktyabr 2003-cü ildə rəsmiləşdirilmiş, 211097 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh sonuncuya məxsus ünvan 1ində 0.26 ha torpaq sahəsində yerləşən yaşayış evini o vaxtki pul ilə 22.000.000 manata satın almışdır. Müqavilə rəsmiləşdirilərkən Cavabdeh adına torpağa mülkiyyət sənədi olmadığına görə müqavilədə torpağın alqısatqısı göstərilmədi. Həmin vaxtdan əmlak üzərindəki hüquqlarından istifadə edərək mülkdən təyinatına görə yaşayış sahəsi kimi istifadə edir. Yaşayış evinin yerləşdiyi 0.26 ha həyətyanı torpaq sahəsinə 29.12.2011-ci il tarixdə 1904 nömrə ilə uçota alınmış A № 394857 saylı torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədini də almışdır. Hazırda satın aldığı mülkə çıxarış (mülkiyyət sənədi) almaq üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin və ailə üzvlərinin (üçüncü şəxslərin) adına onun pul verib satın aldığı mülkün torpaq sahəsinə torpağı mülkiyyətə verilməsinə dair JN-019A saylı, 30204018 kodlu şəhadətnamə işlənmişdir. Halbuki qeyd olunan torpaq sahəsini yaşayış evi ilə birlikdə evin əvvəlki mülkiyyətçisi olan Cavabdeh dəyəri ödənilməklə satın almışdır. Başqa sözlə bütövlükdə evin yerləşdiyi 0.26 ha həyətyanı torpaq sahəsinin və evi birlikdə almışdır. Təbii ki, torpaq sahəsi olmadan evin alqı-satqısı heç kimə lazımda deyil. Cavabdeh Xaçmaz rayonunun Alekseyevka kəndində yaşamaqla göstərilən daşınmaz əmlakı yəni ünvan 1i ünvanında yerləşən 0.26 ha həyətyanı torpaq sahəsini və üzərindəki evi ona satandan sonra ailəsilə birlikdə Rusiyaya köçmüşdür. Alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan və məhkəmə iclasında araşdırılmış digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan 19 oktyabr 2003-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh özünə məxsus olan Xaçmaz rayonunun Alekseyevka kəndində 2600 m2 torpaq sahəsində yerləşən iki otaqlı yaşayış evini bütövlükdə İddiaçı 22.000.000 manata (köhnə manatla) satmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-019A kod 30204018 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Aqrar İshat Komissiyasının 1998-ci il tarixli 08 saylı qərarına əsasən ünvan 1ində 0.27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1ində İddiaçı adına fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin böbüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus Xaçmaz rayonunun Alekseyevka kəndində yerləşən yaşayış evini və evin yerləşdiyi 0,26 ha həyətyanı torpaq sahəsini 2003-cü ilin oktyabr ayında İddiaçı oğluna satması, iddiaçının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtadək əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə iş materiallarından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus Xaçmaz rayonunun Alekseyevka kəndində yerləşən yaşayış evini və evin yerləşdiyi 0,26 ha həyətyanı torpaq sahəsini 2003-cü ilin oktyabr ayında İddiaçı oğluna satmış, iddiaçının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtadək əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus ünvan 1i ünvanında yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinə münasibətdə 19 oktyabr 2003-cü ildə bağlanmış alqısatqısına dair əqd etibarlı hesab edilsin. Bu qətnamə İddiaçı ünvan 1ində yerləşən 0,26 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1800/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1800/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver