Məhkəmə qərarları › İş №2(067)-1802/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1802/2021

18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1802/2021 18.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdeh “Azərişıq ASC” X1rşı fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdeh “Azərişıq ASC” Xaçmaz tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması qaydasına əməl etməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının 08 iyun 2021-ci il tarixli məktubuna əsasən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən enerji təchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X4 Agentliyinin səlahiyyətləri çərçivəsində baxıb rəy verə biləcəyi göstərilmişdir. Lakin, iddiaçı enerji təchizatı şəbəkəsinə qoşulmasına görə hesablanmış 918.66 manat məbləğində pulun məbləğinin 160 manat müəyyən edilməsi üçün X4 Agentliyinə rəsmi müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya mübahisənin həlli üçün X4 Agentliyinə rəsmi müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. İddiaçıya izah olunmalıdır ki, ərizənin prosessual formasına əməl etməklə və göstərilən digər nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdeh “Azərişıq ASC” X1rşı fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddiaçıya mübahisənin həlli üçün X4 Agentliyinə rəsmi müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar