Məhkəmə qərarları › İş №2(067)-1805/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1805/2022

05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1805/2022 05.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 05 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi adına verilmiş Xaçmaz rayonu Qaraçaycek bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarının, torpaqların alqısatqısına dair aktın və torpaq sahəsinə dair DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəyin ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlaka dair hüquqlarını həyata keçirmək istəyir. Lakin Xaçmaz rayonu Qaraçaycek bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarında, torpaqların alqı-satqısına dair aktda və torpaq sahəsinə dair DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəydə Ərizəçi yerinə səhvən X1 yazıldığı üşün hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RİHB-nın Aşağı zeyid kənd İƏD üzrə nümayəndəsinin arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Qaraçaycek bələdiyyəsi tərəfindən torpaqların alqı-satqısına dair aktda, xx.xx.2006-cı il tarixli 07 saylı qərarda, DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəydə və Xaçmaz rayonu “28 may” təsərrüfatın baş sxemində Ərizəçi soyadı və adı səhvən Alosmanov Hacıbala kimi qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, qeyd olunmuş hüquq sahibinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon Qaraçaycek bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayonu Qaraçaycek bələdiyyəsi tərəfindən torpaqların alqı-satqısına dair aktda, xx.xx.2006-cı il tarixli 07 saylı qərarda, DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəydə və Xaçmaz rayonu “28 may” təsərrüfatın baş sxemində onun soyadı və adı səhvən “Alosmanov Hacıbala” kimi qeyd edilmişdir. Həqiqətən isə adı və soyadı Ərizəçidur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarının, torpaqların alqı-satqısına dair aktın (xx.xx.2006-cı il) və torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəyin (xx.xx.2006-cı il) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar