Məhkəmə qərarları › İş №2(067)-1808/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1808/2022

05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1808/2022 05.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq və sənədin şəxsə məxsus olması faktlarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi, yəni sonuncunun onun arvadı olması, JN 227 A saylı, 30220028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum arvadı X4 və ona Ərizəçi məxsus olması hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1934-cü ildə anadan olmuşdur. xx.xx.1960-ci ildə X8 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Aqrar islahat zamanı yaşadıqları Xaçmaz rayonunun, Qoçaqlı kəndi ərazisindən ona və arvadı X5 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN- 227A seriyalı, 30220028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmçinin Xaçmaz rayonunun, Qoçaqlı kəndi ərazisindən ona və arvadı X5 0.10 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə dair adlarına paylı mülkiyyət olaraq **********4 reyestr nömrəli Çıxarış işlənmişdir. Arvadı X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Yaxın vaxtlarda həyat yoldaşından miras qalmış əmlakları adına rəsmiləşdirmək üçün Xaçmaz rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Xaçmaz rayon Notariat ofisində RF Dağıstan Respublikasının Axtı rayonunda tərtib edilmiş nikah haqqında şəhadətnaməsində qaralamalar olduğu üçün mərhum həyat yoldaşı ilə qohumluq dərəcəsinin, yəni mərhum X1 arvadı olması müəyyən edilməsi mümkün olmamışdır. Hazırda vərəsəlik məslələrinin həlli üçün torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə dair yeni mülkiyyət sənədi almaq qərarına gəlmişdir. Bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Lakin sənədlərə baxılarkən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum arvadı X3 soyadı səhvən “Əmirəliyeva” və ata adının isə “Həmzəbəy qızı” kimi yazılması, eləcə də onun soyadı “Emirəliyev” olduğu halda səhvən “Əmirəliyev” ata adı isə “Qazıyeviç” olduğu halda səhvən “Qazı oğlu” kimi yazılması sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Ona notarius tərəfindən müraciətinin həlli mümkün olmamış və ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, o, xx.xx.1934-cü ildə Rusiya Federasiyasının Dağıstan şəhərində anadan olmuşdur. xx.xx.1960-cı ildə X8 ilə ailə qurmuşdur. Xaçmaz rayon AİK-nın qərarı ilə ona və həyat yoldaşına Xaçmaz rayonunun Qoçaqlı kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və 1 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahələrinə mülkiyyət hüququna dair onlara mülkiyyət sənədləri təqdim edilib. Həyat yoldaşı X8 xx.xx.2014-cü ildə vəfat edib. Bu yaxınlarda həyat yoldaşından miras qalan əmlakları adına rəsmiləşdirmək üçün Xaçmaz rayon Notariat Ofisinə müraciət edəndə, həyat yoldaşı ilə Dağıstan Respublikasının Axtı rayonunda tərtib edilmiş rəsmi nikah şəhadətnaməsində qaralmalar olduğundan, həyat yoldaşı ilə qohumluq dərəcələrinin, yəni X3 mənim arvadım olmasının müəyyən edilməsi mümkün olmadı. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyat yoldaşımın soyadı səhvən Əmrəliyeva, ata adı isə Həmzəbəy qızı kimi, eləcə də onun soyadı Əmrəliyev, ata adı isə Qazı oğlu kimi qeyd edilib. Torpaq sahəsi ona təhkim olunandan bəri istifadələrində olub və sənəddəki yanlışlığa fikir verməmişdir. Bu yaxınlarda torpaq sahəsi ilə bağlı yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, lakin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıq olduğundan, yeni mülkiyyət sənədinin verilməsi mümkün olmayıb. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirmişdir ki, Ərizəçi qonşusudur. O, X8 ilə ər-arvad olub. X8 xx.xx.2014-cü ildə vəfat edib. Kənddə aqrar islahat keçirilərkən kənd sakinləri Ərizəçilə arvadı X5 da Xaçmaz rayonunun Qoçaqlı kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və 1 ha pay torpaq sahəsi ayrılıb. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3 soyadı səhvən Əmrəliyeva, ata adı isə Həmzəbəy qızı kimi, Ərizəçi isə soyadı Əmrəliyev, ata adı Qazı oğlu kimi qeyd edilib. Məhkəmə iclasında şahid qismində izahat vermiş X14 bildirmişdir ki,Ərizəçi qonşusudur. O, X8 ilə ər-arvad olub. X8 xx.xx.2014-cü ildə vəfat edib. Kənddə aqrar islahat keçirilərkən kənd sakinləri Ərizəçilə arvadı X5 da Xaçmaz rayonunun Qoçaqlı kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və 1 ha pay torpaq sahəsi ayrılıb. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3 soyadı səhvən Əmrəliyeva, ata adı isə Həmzəbəy qızı kimi, Ərizəçi isə soyadı Əmrəliyev, ata adı Qazı oğlu kimi qeyd edilib. Təsdiq edirəm ki, JN-227A seriyalı ******* kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Ərizəçi və onun arvadı X5 məxsusdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında JN-227A seriyalı 30220028 kodlu Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998ci il tarixli 06 saylı qərarı ilə X2 və arvadı X6 Xaçmaz rayonunun Qoçaqlı kəndində cəmi 0.30 ha həyətyanı torpaq sahəsi ayrılıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Ərizəçi və arvadı X5 Xaçmaz rayonunun, Qoçaqqazma kəndində cəmi 1 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə RF-nın Dağıstan respublikasında anadan olmuş, Xaçmaz rayonun, Qoçaqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz RİHB-nın Pirqulu-oba kənd İƏD Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 381 saylı arayışından müəyyən olunur ki, JN-227 A KOD 30220028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi və X8 kimi yazılıb oxunmalıdılr. İş materiallkarında olan AZ-İ 713965 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 ilə Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi, yəni sonuncunun onun arvadı olması, Ərizəçi və X3 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-227A saylı, 30220028 kodlu şəhadətnamənin həmin paylı mülkiyyətçilərə məxsus olması faktları müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X8 ilə Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi, yəni sonuncunun onun arvadı olması, Ərizəçi və X3 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-227A saylı, 30220028 kodlu şəhadətnamənin X5 və Ərizəçi məxsus olması faktları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar