Məhkəmə qərarları › İş №2(067)-1820/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1820/2023

30.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1820/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında ünvan 1 ünvanındakı ümumi sahəsi 36,4 kv.m. olan qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı müqavilənin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində də olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, №0009489, reyestr nömrəsi **********87-06301, qeyd nömrəsi ********* olan çıxarışa əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istıfadəsində olan 0,00519 ha torpaq sahəsində yerləşən 1A nömrəli, 1 girişli, 41.8 k ümumi, 41.8 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (mağaza) mülkiyyət hüququ üzrə Nümayəndə1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır, Nümayəndə1 2006-cı ilin mayında Xaçmaz Rayon Hakimiyyəti başçısına ərizə ilə müraicət edərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsi dovlət ehtiyat torpaq sahsəsində ona məxsus olan mağazanın genişləndirilməsi üçün əlavə 12 5 kv.m. torpaq sahəsinin ayrılaraq, tikintisinə icazə verilməsini xahiş etmişdir. Ərzə ilə əlaqədar rayonun baş memarı V.Vəliyev, Xaçmaz İƏV-nin nümayəndəi Z.Pirməmmədov Rayon enerji istismarı idarəsinin rəisi M.Rəsulov, Rayon gigiyena və;epidemiologiya mərkəzinin baş həkimi B.Haqverdiyev və ərizəçi Nümayəndə1 ibarət tərkibdə akt tərtib edilərək, fərdi mağazanın genişləndirilməsi üçün əlavə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etmişlər. Bundan sonra Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, sərəncamı ilə Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Nümayəndə1 N.Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsindən ona məxsus 40 kv.m mağazanın genişləndirilməsi üçün əlavə 12,5 kv.m. torpaq sahəsinin ayrılaraq, tikintisinə icazə verilmişdir. Bundan sonra bağışlama müqavilə ilə ünvan 2 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi və ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüququ onun - İddiaçı adına keçmiş və buna dair ona reyestr nömrəsi **********6-06301, qeydiyyat nömrəsi ********** seriya RX. № ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 7721 saylı icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 36,4 kv.m. olan və Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan qeyri-yaşayış sahəsini Cavabdeh4 icarəyə vermişdir. Eyni tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 5829 saylı icarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsinə görə daha öncə icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən 36,4 .kv.m. qeyri-yaşayış binası 3100 manata Cavabdeh4 satılmışdır. Bundan sonra eyni tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi görə xx.xx.2015-ci il tarixli ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi yanındakı qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsi 326 manata Cavabdeh4 satılmışdır. Cavabdeh4 və Cavabdeh3 arasında bağianılmış xx.xx.2015-ci il tarixli, reyestr 4Ə-11 saylı daşınmaz əmlakın bağışlanılması müqaviləsinə görə Cavabdeh4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36,4 kv m qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,034 ha torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. Dövlət reyestrindən verilmiş Seriya RX, №0747684 saylı Çıxarışa görə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 36,4 kv.m. qeyri-yaşayış sahəsi və ümumi sahəsi 0,034 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquq ilə **********52-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Cavabdeh3 2022-ci il tarixdə ona və atası Nümayəndə1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırlması, torpaq sahəsində tikilən tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Yalnız bundan sonra həmin məhkəmə prosesi gedişində mülkıyyətçiyə dair məlumatı olmuşdur. Belə ki, buna qədər Cavabdeh3 onun ona məxsus torpaq sahəsində qanunsuz tikinti aparmağını əsas gətirərək, Xaçrnaz rayon polis şöbəsinə müraciət etmiş, təhqiqat gedişində xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Cavabdeh3 hansı hüquqi sənədlər əsasında sözügedən qeyri-yaşayış binasına və torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə dair məlumatı yalnız Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna 5 saylı Xaçmaz Ərazi idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********92 saylı və vəkil sorğusuna verildiyi xx.xx.2022-ci il tarixli, **********73 saylı cavab məktubuna əsasən əldə etmişdir. Hesab edir ki, aşağıda sadalanan əsaslara görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh4 arasında bağlanılmışicarə müqavilə və alqı-satqı müqavilələri onun hüquqlarının və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə bağlanıldığından qismən- onun istifadəsində olan torpaq sahəsi ilə kəsişən hissəyə münasibətdə etibarsız hesab edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11. 08.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh3 məxssus reyestr nömrəsi **********52-06301 olan çıxarışa əsasən 340 kv.m. torpaq sahəsinə baxış keçilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh3 texniki pasportunda əks olunmuş cizgilərinə və baza məlumatlarına əsasən 340 kv.m. sənəd üzrə olduğu ilə, faktiki naturada istifadə vəziyyətində olan ölçülərində qismən fərq vardır. Lakin Cavabdeh3 texniki pasportunda əks olunmuş 340 kv.m. torpaq sahəsinin döngə nöqlərinin koordinatlarından kənarda 10 kv.m. neytral torpaq sahəsi vardır. Bundan başqa Cavabdeh3 texniki pasportunda əks olunmuş sənəd üzrə cizgilər daxılində digər şəxs tərəfindən tikilmiş tikintialtı sahənin 6,0 kv.m. hissəsi yerləşir. Göründüyü kimi hazırda Əmlak Məsələləri Dövlət Xidməti Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan 340 kv.m. Cavabdeh4 alqı-satqı edərkən, həmin torpaq sahəsınin icra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamı ilə 12,5 kv.m hissəsinin rəsmi olaraq onun istifadəsinə verilməsini nəzərə almamışdır. Bununla da sözügedən sahəyə dair ilkin hüquqların ona münasibətdə yaranmasına rəğmən, dövlət qurumu yaranmış hüququnu nəzərə almamaqla, qanunla və Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ və əlaqəli hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramının 9.2-ci bəndinə görə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 7721 saylı icarə müqaviləsinin 1.1-ci bəndində birbaşa göstərilir ki, sözügedən sahə Xaçmaz rayon Hakimiyyətinin balansındadır. Yuxarıda göstərilən normanın tələbindən də göründüyü kimi onların mülkiyyətində olan 41,7 kv.m. torpaq sahəsi ilə yanaşı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 128 saylı sərəncamı ilə istifadəsinə verilmiş 12,5 kv.m torpaq sahəsinə münasibətdə satın almaq hüququ ilkin ona təklif edilməliydi. Lakin Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sözügedən normanın tələbini pozaraq, həmin sahənin onun qanuni istifadəsində olduğunu və bununla da 12,5 kv.m. torpaq sahəsinin alınmasına münasibətdə onun üstün hüququnun olduğunu nəzərə almamışdır. Buna görə hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilələr qismən etibarsız hesab edilməli və bu barədə dövlət reyestrində müvafiq dəyişiklik aparılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Qeyri-qanunu hallar var. Alqı-satqı qanunsuzdur, etibarsız hesab edilməlidir. İnzibati Məhkəmədən sənəd alınıb qoyulub. Sübutu odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi iştirak etmir. İddianın təmin olunmasın xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Təmin olunmamasını xahiş edir. İş üzrə cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə göstərilən müddət ötməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 41.7 kv.m sahəsi olan qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsinin inventar nömrəsi 5131, reyestr nömrəsi **********96-06301 saylı Texniki Pasportunun surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsiu 1A ünvanında yerləşən mağazanın hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, №0009489 saylı Çıxarışdan müəyyən olunur ki, 0,00519 ha torpaq sahəsində yerləşən 1A nömrəli, 1 girişli, 41.8 k umumi, 41.8 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) mülkiyyət hüququ üzrə Nümayəndə1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 128 saylı, xx.xx.2006-cı il tarixli sərəncamından müəyyən olunur ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Nümayəndə1 N.Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsindən ona məxsus 40 kv.m mağazanın genişləndirilməsi üçün əlavə 12,5 kv.m. torpaq sahəsinin ayrılaraq, tikintisinə icazə verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 38 saylı, xx.xx.2006-cı il tarixli sərəncamından Çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 8, dalan 1-də yaşayan Nümayəndə1 N.Nərimanov küçəsində dövlət ehtiyat torpaq sahəsində ona məxsus mağaza plana düşdüyü üçün yaxınlığındakı boş istifadəsiz 40 kv.m torpaq sahəsinin fərdi mağaza tikintisi üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid qeyri yaşayış binası 0.034 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid qeyri yaşayış binası 0.00465 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın seriya RX, № ******* saylı Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid qeyri yaşayış binası 0.00468 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsinin inventar nömrəsi 9867, reyestr nömrəsi **********52-06301 saylı Texniki Pasportunun surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən qeyri yaşayış binasının hüquq subyekti Cavabdeh3dur. İş materiallarında olan xx.xx.2015-ci il, 113 saylı Özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən qeyri yaşayış binasının altında yerləşən 340.0m” torpaq sahəsini Əliyev X6 Əhməd oğlu Heraçiyevdən tam dəyərini ödəməklə satın almışdır. İş materiallarında olan xx.xx.2015-ci il, 5829 saylı İcarəyə verilmiş əmlakın alqı-satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, icarəçi Əliyev X3 şəhəri N.Nərimanov küçəsi 1C ünvanında yerləşən 36.4 kv.m qeyri yaşayış binasını tam dəyərlə 3100.00 manata X1 almışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Əliyev X3 şəhəri N.Nərimanov küçəsi 1C ünvanında yerləşən 36.4 kv.m olan qeyri yaşayış binasını Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-4334/2023 saylı məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh4 məxsus olmuş ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış binası 8 saylı “SƏYYAR-ASAN xidmət” notariat ofisinin 03.11 2015-ci il tarixli, 4Ə-11 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş, 06.1.1.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyət hüququ tanınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 7721 saylı icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 36,4 kv.m. olan və Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan qeyriyaşayış sahəsini Cavabdeh4 icarəyə vermişdir. Eyni tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 5829 saylı icarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsinə əsasən daha öncə icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən 36,4 .kv.m. qeyri-yaşayış binası 3100 manata Cavabdeh4 satılmışdır. Bundan sonra eyni tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi görə xx.xx.2015-ci il tarixli ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi yanındakı qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsi 326 manata Cavabdeh4 satılmışdır. Cavabdeh4 və Cavabdeh3 arasında bağianılmış xx.xx.2015-ci il tarixli, reyestr 4Ə-11 saylı daşınmaz əmlakın bağışlanılması müqaviləsinə görə Cavabdeh4 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36,4 kv m qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,034 ha torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. Dövlət reyestrindən verilmiş Seriya RX, №0747684 saylı Çıxarışa görə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 36,4 kv.m. qeyri-yaşayış sahəsi və ümumi sahəsi 0,034 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquq ilə **********52-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Hazırda İddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişlər. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Torpaq Məcəlləsi 5-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində- bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin 3-cü bəndinə görə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 8-ci maddəsinə əsasən icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən daşınmaz əmlakın satılmasına, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. Mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə prosesi gedişində iddiaçı mübahisələndirilən müqavilələrin, habelə onlar əsasında verilmiş hüquqmüəyyənedici sənədin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddia tələbi haqlı sayıla bilməz. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuş, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilmiş, müəyyən edilmişdir ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 100 faizi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi onların sərəncamında qalır. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə İddiaçı mübahisəli müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı və bağışlama müqavilələrinin qismən etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilələrin qismən etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilələr bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilələrin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilələrin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların etibarsızlığı və ya ləğv olunması barədə tələb də təmin oluna bilməz. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin faktiki halları mülki qanunvericilikdə müəyyənləşdirilmiş əqdlərin etibarsızlığı əsaslarına uyğun gəlmir, iddiaçının dəlilləri formal mülahizələrə əsaslanır, iddia tələbinin tam və ya qismən təmin olunması üçün yetərli deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar