Məhkəmə qərarları › İş №2(067)-1849/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1849/2021

29.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1849/2021 29.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 Üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi X7 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 29 oktyabr 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 28.01.1977-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 28.01.1977-ci il təvəllüdlü oğlu X5 «X10» adlı psixi xəstəlikdən əziyyət çəkdiyinə görə öz hərəkətlərini dərk edə bilmir, faktiki olaraq psixdir. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Xəstə olduğuna görə ona qulluq edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində ərizəçiyə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətin Qəyyumluq və Himayəsilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, X5 28.01.1977-ci ildə anadan olmuşdur. X1, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli 1798 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, 28.01.1977-ci il təvəllüdlü X8 oğlunda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. C.İ.Müzəffərov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar