Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1857/2023 15.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun doğma qızıdır. O, xx.xx.2015ci ildə anadan olmuşdur. Təhməzova Ramil qızı 1-ci qrup əlildir. O, anadan gəlmə əlil olmuşdur, həkimlərin diaqnozu ilə ağır dərəcəli əqli gerilik xəstəliyi təsdiqlənmişdir. X3 müddətsiz əlillik dərəcəsi verilmişdir, qızı psixi qüsurlarına görə anadan gəlmə əlil olmuşdur. O, psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk etmir, öz-özünü idarə edə bilmir və onun kənar qulluğa ehtiyacı vardır. Qızı onun tərəfndən idarə edilir, o, onun bütün ehtiyaclarını ödəyir və o, müstəqil yaşaya bilmir. Ona görə də yaxında qızı üçün qəyyum təyin edilməkdən ötəri Xaçmaz Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət edtmişdir. Oradan ona bildirmişlər ki, qızı psixi qüsurlarına görə özünü idarə edə bilmədiyindən məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra o, onun qəyyumu təyin edilə bilər. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qızı Zəhra psixi xəstədir. Arvadıyla boşanarkən qızı onun himayəsinə verilmişdir. 18 yaşı olduğuna görə onun qəyyumluğuna verilməlidir. Ona görə qızını qəyyumluğuna götürmək istəyir. Ona həmişə o, baxmışdır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Xahiş edir ki, ərizəsi təmin edilsin. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA2196208 seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 460/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Ərizəçi ilə cavabdeh X5 arasında Xaçmaz Rayon Qeydiyyat Şöbəsində AZ İ №066484 seriyalı, xx.xx.2004-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından anadan olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 boşanmadan sonra Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 4012 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pzuntuları ilə müəyyən edilir. X6 onda aşkar edilən psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X1 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1857/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1857/2023
15.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver