Məhkəmə qərarları › İş №2(067)-1859/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1859/2021

21.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1859/2021 21.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 30.09.1980-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 30 sentyabr 1980-cı il təvəllüdlü X4 onun oğludur. Oğlu Xaçmaz rayonunun Sabiroba kəndində anadan olub, onunla birgə bir ailədə yaşayır. Evlidir, üç uşağı var. Artıq neçə illərdir ki, X8 fəaliyyət qabiliyyəti yoxdur, üçüncü qrup əlil kimi müavinət alır. Ailəsinin maddi vəziyyəti ağır olduğundan dəfələrlə aidiyyəti üzrə orqanlara ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etsə də, bir nəticəsi olmayıb. Hər dəfə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə rayon məhkəməsinin qətnaməsini tələb edirlər. X8 psixi qüsurları olduğundan daim müxtəlif müalicə ocaqlarında müalicə alıb. Adi vaxtlarda psixi vəziyyəti tez-tez dəyişilir. Evdən teztez qaçır. Aldığı müalicələrə baxmayaraq, davranışı qeyri adekvatdır, ailə üzvləri ilə həmişə münaqişə yaradır, heç bir səbəbi olmadan ailə üzvlərini söyür, döyür, əhvalı mütəmadi olaraq dəyişilir. Həmişə zahirən gərgin və narahatdır. Bir yerdə qərar tutmur. Maraq dairəsi məhduddur. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 611401 nömrəli arayışından məlum olduğu kimi 1990 nömrəli, 24 noyabr 2008-ci il tarixli müayinə aktına əsasən Zeynalov İntiqam müddətsiz üçüncü qrup əlildir. Xəstənin 03 iyun 2013-cü il tarixli tibb kartasının çıxarışından görünür ki, X9 Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzində 06 may 2013-cü il tarixdən 03 iyun 2013-cü il tarixə kimi oliqofreniya kəskin imbesillik dərəcəsində kəskin davranış və emosiya pozuntuları ilə diaqnozu ilə stasionar müalicə alıb. Xəstənin 09 oktyabr 2014-cü il tarixli tibb kartasının çıxarışından görünür ki, Zeynalov İntiqam 1 saylı Respublika Psixiatriya xəstəxanasında 24 sentyabr 2014-cü il tarixdən 09 oktyabr 2014-cü il tarixə kimi oliqofreniya kəskin imbesillik dərəcəsində kəskin davranış və emosiya pozuntuları ilə diaqnozu ilə stasionar müalicə alıb. 07 may 2020-ci il tarixində verilən 054972 nömrəli ambulator kitabçanın çıxarışından görünür ki, Zeynalov İntiqam Azərbaycan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X10 müalicə ocağında 11 mart 2020-ci il tarixdən 07 may 2020-ci il tarixə kimi oliqofreniya kəskin imbesillik dərəcəsində kəskin davranış və emosiya pozuntuları ilə diaqnozu ilə ambulator müalicə alıb. Xəstənin tibb kartalarının çıxarışlarından görünür ki, 30 sentyabr 1980-ci il təvəllüdlü X1 rayonu Mərkəzi xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır. Məhkəmə yuxanda qeyd etdiyim faktlara qiymət-verməklə 30 sentyabr 1980-ci ildə Xaçmaz rayonu Sabiroba kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməsində haqlı olar. Qeyd olunanlarla əlaqədar o, məhkəməyə müraciət etmiş, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 27.08.2021-ci il tarixli 2711 saylı rəyinə etirazı olmadığını bildirərək, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 611401 nömrəli arayışından müəyyən olur ki, 1990 nömrəli, 24 noyabr 2008-ci il tarixli müayinə aktına əsasən Zeynalov İntiqam müddətsiz üçüncü qrup əlildir. İş materiallarında olan Xəstənin 03 iyun 2013-cü il tarixli tibb kartasının çıxarışından görünür ki, X9 Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzində 06 may 2013-cü il tarixdən 03 iyun 2013-cü il tarixə kimi oliqofreniya kəskin imbesillik dərəcəsində kəskin davranış və emosiya pozuntuları diaqnozu ilə stasionar müalicə almışdır. İş materiallarında olan 07 may 2020-ci il tarixli 054972 nömrəli ambulator kitabçanın çıxarışından görünür ki, Zeynalov İntiqam Azərbaycan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X10 müalicə ocağında 11 mart 2020-ci il tarixdən 07 may 2020-ci il tarixə kimi oliqofreniya kəskin imbesillik dərəcəsində kəskin davranış və emosiya pozuntuları diaqnozu ilə ambulator müalicə almışdır. İş materiallarında olan xəstənin tibb kartalarının çıxarışlarından görünür ki, 30 sentyabr 1980-ci il təvəllüdlü X1 rayonu Mərkəzi xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır. Məhkəmə yuxanda qeyd etdiyim faktlara qiymət-verməklə 30 sentyabr 1980-ci ildə Xaçmaz rayonu Sabiroba kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməsində haqlı olar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 27.08.2021-ci il tarixli 2711 saylı rəyindən müəyyən olunur ki, X4 “ağır əqli gerilik davranış pozuntuları ilə” əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan 14.06.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 27.08.2021-ci il tarixli 2711 saylı rəyini də nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, 30.09.1980-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 30.09.1980-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar