Məhkəmə qərarları › İş №2(067)-1859/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1859/2023

05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1859/2023 05.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 dekabr 2022-ci il tarixli ******* nömrəli AKT-ın ləğv edilməsi, “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 4127,20 manat məbləğin **********10550 nömrəli abonent hesabından silinməsi, Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT-ın ləğv edilməsi, “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 2419,20 manat məbləğin **********10550 nömrəli abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022- cı il tarixdə Cavabdeh Xaçmaz X2 İdarəsinin əməkdaşları tərəfindən mənzilində adına olan qaz sayğacını xəbəri və iştirakı olmadan yerindən çıxararaq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Tərtib olunmuş aktda yazılmışdır ki, “Abonent Smart kart tipli qaz sayğacının giriş hissəsindən məftil vasitəsi ilə sayğaca müdaxilə edərək qazdan qeyri-qanuni istifadə edir” yazılmışdır. Ona 4127,20 manat borc yazılmışdır. Qeyd etdiyim kimi bu hal müdaxilə halı kimi qiymətləndirilmişdir. Tərəfindən heç bir qoşulma halı və müdaxilə halı olmamışdır. Digər bir tarixdə Cavabdeh Xaçmaz X2 İdarəsinin əməktaşları tərəfindən Xaçmaz rayon Süleyman Rüstəm (M.Qudyalçaylı-34) ünvanında yerləşən mənzilində adına olan qaz sayğacına xəbəri və iştirakı olmadan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanıma 2419,20 manat borc yazılmışdır.. Məhkəmə iclasında iddiaçı iddianı qəbul edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(067)-1017/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh İByə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar