Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1861/2022 13.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, o, X2 olduğu halda JN-526 saylı, 30219088 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktında onun soyadı səhvən X1 yazılmış, həmin Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qanuna əsasən xüsusi icraatlı işlərin iştirakçıları ərizəçilər və maraqlı şəxslərdir. Ərizəçi ərizəsindən də müəyyən olunur ki, o, ərizəsini xüsusi icraat qaydasında tərtib edərək, ərizəsində maraqlı şəxs kimi DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsini göstərmişdir. Lakin sənədlərdəki yalnışlığın aradan qaldırılması üçün pretenziya qaydasında ilkin olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xacmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1861/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1861/2022
13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver