Məhkəmə qərarları › İş №2(067)-1862/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1862/2020

02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1862/2020 02.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olmasına dair ərizələrinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olmasının müəyyən edilməsinə dair ərizə iləməhkəməyəmüraciətetmişlər. Ərizəni araşdıraraq müəyyən etdim ki, dövlət rüsumu ərizəçilərdən yalnız Ərizəçi2 tərəfindən ödənilmiş, digər ərizəçilər tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərlə yanaşı ərizəni araşdıraraq müəyyən etdim ki, ərizənin forma və məzmununa riayət edilməmişdir. Belə ki, ərizədə DƏDRX 5 saylı X2 maraqlı tərəf kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Göründüyü kimi Mülki-Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin sırasında “maraqlı tərəf” anlayışı yoxdur. Bu baxımdan ərizənin məzmunundan DƏDRX 5 saylı X1 işdə iştirak edən şəxs kimi prosessual statusu müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçilərə qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olmasının müəyyən edilməsinə dair ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar