Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1864/2020 30.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, Ərizəçi iştirakları ilə Ərizəçi «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X7 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planının mərhum X9na məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur. Onun valideynləri X23 və X2r. X9 xx xxxx 2015-ci ildə vəfat etmişdir. Xaçmaz rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə mərhum X9na Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisindən 999,4 kv.m torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planında onun atasının ata adı “Qonaq” olduğu halda səhvən “Təhmiraz” kimi yazılmışdır. Həmin vaxt onun valideynləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün o, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X22 müraciət etmişdir. Lakin torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planında onun mərhum atasının ata adı “Qonaq” olduğu halda səhvən “Təhmiraz” kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən həmin uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. Həmin torpaq sahəsinin planı və ölçüsünə dair kadastr sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr sənədinin atasına, yəni X16 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin dayısı X13 göstərdi ki, Ərizəçi onun bacısı oğludur. O, xx xxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olub. Onun valideynləri X23 və X2r. Ərizəçinin X9 xx xxxx 2015-ci ildə vəfat etmişdir. Xaçmaz rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə Bəhruzun mərhum X9na Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisindən 999,4 kv.m torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planında onun atasının ata adı “Qonaq” olduğu halda səhvən “Təhmiraz” kimi yazılmışdır. Həmin vaxt Bəhruzun valideynləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün X20 Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X22 müraciət etmişdir. Lakin torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli sənəddə onun mərhum atasının ata adı “Qonaq” olduğu halda səhvən “Təhmiraz” kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin həmkəndlisi X14 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi Əsədov X17 şəhəri, Ə.Hacıyev küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş xx xxxxx 1990-cı il tairxli, XV-JQ seriyalı, 281995 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X23 və X2r. Mülki işə əlavə olunmuş xx xxxxxx 1984-cü il tairxli, İİİ-JQ seriyalı, 435637 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi valideynləri X23 və X8 xx xxxxxx 1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mülki işə əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planından görünür ki, Xaçmaz rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən X7 mülkiyyətinə Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisindən 999,4 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İstinad olunan kadastr planından görünür ki, həmin sənəddə ərizəçinin X9nun ata adı “Qonaq” olduğu halda səhvən «Təhmiraz» kimi yazılmışdır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının X11 Dairəsi üzrə nümayəndəsinin xx xxxx 2020-ci il tarixli, 742 nömrəli arayışından görünür ki, Xaçmaz rayon X4 xx xxxxxx 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Mollaburhan kənd sakini mülkiyyətçi mərhum X16 verilmiş torpaq sahəsinin planında ata adı səhvən Təhmiraz kimi qeyd edilmişdir. X27 ata adı AZ-İ 751513 nömrəli ölüm haqqında şəhadətnamədə olduğu kimi X10 oxunmalıdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi X1 ünvanladığı xx xxxx 2020-ci il tarixli, **********76 nömrəli məktubundan görünür ki, Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisində mərhum X29 (səhvən Təhmiraz yazılıb) oğlunun adına A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planı işlənmişdir. Həmin kadastr planının təstiq olunmuş surəti X3 təqdim olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 Ərizəçi ünvanladığı xx xxxx 2020-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 146725 nömrəli, xx xxxxx 2013cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaqldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İ seriyalı, 751513 nömrəli, xx xxxx 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçinin X9 xx xxxx 2015-ci il tarixdə Xaçmaz rayonunda vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçinin valideynləri X21 və X2r. Ərizəçinin X9 xx xxxx 2015-ci ildə vəfat etmişdir. Xaçmaz rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ərizəçinin mərhum X9na Xaçmaz rayonunun Mollaburhan kəndi ərazisindən 999,4 kv.m torpaq sahəsin verilmişdir. Lakin torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planında ərizəçinin atasının ata adı “Qonaq” olduğu halda səhvən “Təhmiraz” kimi yazılmışdır. Həmin vaxt ərizəçinin valideynləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı X22 müraciət etmişdir. Lakin torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli sənəddə ərizəçinin atasının ata adı “Qonaq” olduğu halda səhvən “Təhmiraz” kimi yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən həmin uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. Həmin kadastr sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planının Ərizəçi mərhum X9na məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquq müəyyənedici sənədin onun atasına məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planının Ərizəçi mərhum X9na məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair A № 146725 nömrəli, xx xxxxx 2013-cü il tarixli kadastr planının Ərizəçi mərhum X9na məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1864/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1864/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver