Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1883/2025 11.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il taixli qərardadı ilə iş üzrə ambulator məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə Ərizəçi sənədlərinin geri qaytarmaqla ərizənin baxılmamış saxlanılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin ərizədə ərizəçi hazırda müvafiq sənədləri ekspertizaya təqdim edə bilməməsi ilə əlaqədar iş üzrə təqdim etdiyi sənədlərin geri qaytarmaqla ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmin tarixdə Ərizəçi ərizəsi əsasında iş üzrə icraat təzələnmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin vəsatəti təmin olunmalı və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1883/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1883/2025
11.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver