Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1887/2025 15.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1887/2025 xx.xx.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh7 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbi»nə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh7 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi”nə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə Cavabdeh6 arasında Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli və Cavabdeh6 ilə Cavabdeh7 arasında Bakı şəhəri, 29 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına verilmiş ********** reyestr nömrəli və Cavabdeh7 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh7 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddia üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xaçmaz rayon 1 aylı Notariat ofisinin, Bakı şəhəri, 29 saylı notariat ofisinin, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Xaçmaz rayon 1 aylı Notariat ofisinin, Bakı şəhəri 29 saylı notariat ofisinin, Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu 1 saylı Notariat kontorunda bağlanmış 31 yanvar 2005-ci il tarixli, reyestrdə 4Ə/İ-134 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-061F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh1 və ailə üzvlərinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin tarixdən torpaq sahəsinin ətrafına hasar çəkmiş, qapı qoymuşdur. Rusiya Federasıyasında yaşadığından torpaq sahəsində tikinti işlərini davam etdirməmişdir. Müxtəlif yaxın şəxslər vasitəsilə o yerlə maraqlanmışdır. Nəhayət 2024-cü ilin iyul ayında hüquqların Dövlət reyestrindən çıxarış almaq üçün nümayəndəsi vasitəsilə müraciət etdikdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 25 noyabr 2024-cü il tarixli məktubla bildirilmişdir ki, aldığı torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənmişdir. Bununla əlaqədar vəkil vasitəsilə verdiyi sorğular nəticəsində öyrənmişdir ki, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi qüvvədə olduğu halda, Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış 17 yanvar 2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh6 adına ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Bundan sonra sözügedən torpaq sahəsinə Bakı şəhəri 29 saylı Notariat Ofisində bağlanmış 13 oktyabr 2021-ci il tarixli 4Ə-1043 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh7 adına ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onun bu müqavilələr barədə heç bir məlumatı olmamışdır. Hesab edir ki, daşınmaz əmlaka dair bağışlanma müqavilələri etibarsız hesab edilməli, çıxarışlar ləğv edilməlidir. Həmin müqavilələr bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə Cavabdeh6 arasında Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli və Cavabdeh6 ilə Cavabdeh7 arasında Bakı şəhəri 29 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməsi, Cavabdeh6 adına verilmiş ********** reyestr nömrəli və Cavabdeh7 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh7 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu 1 saylı Dövlət Notariat kontorunda bağlanmış 31 yanvar 2005-ci il tarixli, reyestrdə 4Ə/İ-134 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi göstərilərək Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən JN-061F nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvlərinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsinin alınması göstərilmişdir. Belə ki, notariat işinə əlavə edilmiş JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aşağıoba kəndində yerləşən 0,23 ha torpaq sahəsi Xaçmaz rayonu Aşağıoba kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə mülkiyyətinə verilmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ134 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə alıcı İddiaçı və satıcı Cavabdeh1 oğu və Cavabdeh3 adından etibarnamə üzrə nümayəndə X8 arasında bağlanmışdır. Həmin müqavilə imzalanarkən JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxlərdən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirak etməmişlər. Bundan başqa, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 onların birgə mülkiyyəti olan torpaq sahəsinin satılmasına dair hər hansı razılıq verməsi faktı notariat işində təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına mülkiyyətçilərin hər birinin və həmçinin ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılıq tələb olunduğu halda Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 belə razılıq alınmamışdır. Bundan başqa Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsində Cavabdeh1 və Cavabdeh3 JN- 61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 7 sot torpaq sahəsinin İddiaçı satılması göstərilib. Lakin JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,23 ha torpaq sahəsinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətində olması, həmin torpaqda sahə və ya pay üzrə hər hanı bölgü aparılmadığı müəyyən olunur. Belə olan halda Bəkər və Cavabdeh3lər qeyd olunan torpaq sahəsini satmaları və həmin alqı-satqı faktını notariat kontoru tərəfindən təsdiq edilməsi tamamilə qanunsuzdur. Bu isə öz növbəsində qeyd olunan alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olduğu anlamına gəlir. İş materiallarında olan JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və nikah şəhadətnaməsinə əsasən sözügedən torpaq sahəsinə ər-arvad olan Ağasıyev Bəkər və Ağasıyeva Həcərin birgə mülkiyyət hüququnun olması danılmaz faktdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Notariat haqqında Qanunun 46-cı maddəsinin 2-ci hissəsinə (2005-ci ildə qüvvədə olmuş redaksiyada) əsasən Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Həmçinin Notariat haqqında Qanunun 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətin aparılması qanuna zidd olduqda və qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş və iddiaçı tərəfindən faktiki naturada göstərilən 0,07 ha torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənilmişdir. Göründüyü kimi, İddiaçı iddia etdiyi torpaq sahəsinə aid çıxarışı olmamış, həmin torpaq sahəsinə bu illər ərzində ümumiyyətlə sahiblik etməmiş, sadəcə ehtimal edilən alğı-satqıdan 20 il sonra DƏDKR 5 saylı Xaçmaz Ərazi İdarəsinə həmin torpaq sahəsini göstərərək ona aid olduğunu bildirmişdir. Halbuki, alğı-satqı müqaviləsində 61F nömrəli sahəsi 0,23 ha olan torpaq sahəsinin satıldığı ehtimal edilən 0,07 ha sahəsi harada yerləşməsi, koordinatı və ya digər xüsusiyyətləri müəyyən olunmamışdır. Bu hal isə həmin müqavilənin etibarsızlığı ilə yanaşı icra olunmasını qeyri-mümkün etmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsinin hazırda faktiki və qanuni əsaslarla mülkiyyətçisi və sahibi Cavabdeh6 və ondan sonra isə Cavabdeh7 olmuşlar. Belə ki, hətta bu qarşılıqlı iddia ərizəsində qeyd olunan əsaslara görə alğı-satqı müqaviləsi etibarsız olmasaydı, aşağıdakılara əsasən Cavabdeh7 hazırda mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarına heç bir müdaxilə edilə bilməz. Odur ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddia üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək ilk iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonu, 1 saylı Notariat kontorunda bağlanmış 31 yanvar 2005-ci il tarixli, reyestrdə 4Ə/İ-134 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-061F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini satın almışdır. Həmin tarixdən İddiaçı torpaq sahəsinin ətrafına hasar çəkdirmiş, qapı qoymuşdur. Rusiya Federasıyasında yaşadığından torpaq sahəsində tikinti işlərini davam etdirməmiş, lakin tanıdığı müxtəlif yaxın şəxslər vasitəsilə torpaq sahəsi ilə maraqlanmışdır. Nəhayət 2024-cü ilin iyul ayında Ellada hüquqların Dövlət reyestrindən çıxarış almaq üçün nümayəmdəsi vasitəsilə müraciət etdikdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 25 noyabr 2024-cü il tarixli məktubla bildirilmişdir ki, aldığı torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənmişdir. Bununla əlaqədar tərəfindən verilmiş sorğular nəticəsində məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi qüvvədə olduğu halda, Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış 17 yanvar 2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdehlər torpaq sahəsini digər Cavabdeh6 bütövlükdə bağışlamışlar və həmin bağışlama müqaviləsi əsasında sonuncunun adına ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Bundan sonra Cavabdeh6 sözügedən torpaq sahəsini Bakı şəhəri 29 saylı Notariat Ofisində bağlanmış 13 oktyabr 2021-ci il tarixli 4Ə- 1043 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh7 bağışlamış və həmin bağışlama müqaviləsi əsasında sonuncunun adına hazırda mübahisələndirilən ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İlk iddiaçının bu müqavilələr barədə heç bir məlumatı olmamışdır. Hesab edirlər ki, daşınmaz əmlaka dair bağışlanma müqavilələri qanunvericiliyin tələbləri pozulmaqla rəsmiləşdirildiyindən etibarsız hesab edilməli, həmin müqavilələr əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxanşlar da ləğv edilməlidir. Bu əməliyyatlarda ilk iddiaçının hüquqları pozulduğundan ilk iddia tələbinin əsaslı olduğundan təmin edilməsini, Ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə Cavabdeh6 arasında Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli və Cavabdeh6 ilə Cavabdeh7 arasında Bakı şəhəri, 29 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməsi, Cavabdeh6 adına verilmiş ********** reyestr nömrəli və Cavabdeh7 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh7 nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etməklə qarşılıqlı iddiada ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, ilk iddia tələbini əsassız hesab edir. Belə ki, ilk iddianın əsası və ən başlıca sübutu kimi, Xaçmaz rayonu 1 saylı Dövlət Notariat kontorunda bağlanmış 31 yanvar 2005-ci il tarixli, reyestrdə 4Ə/İ-134 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi göstərilərək Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən JN-061F nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvlərinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsinin alınması göstərilmişdir. Hesab edir ki, Xaçmaz rayonu, 1 saylı Notariat kontorunda bağlanmış 31 yanvar 2005-ci il tarixli, reyestrdə 4Ə/İ- 134 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsi iki amilə görə etibarsız hesab edilməlidir. Birincisi, notariat işinə əlavə edilmiş JN-61F nömrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aşağıoba kəndində yerləşən 0,23 ha torpaq sahəsi Xaçmaz rayonu Aşağıoba kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə mülkiyyətinə verilmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ134 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə alıcı İddiaçı və satıcı Cavabdeh1 oğu və Cavabdeh3 adından etibarnamə üzrə nümayəndə X8 arasında bağlanmışdır. Həmin müqavilə imzalanarkən JN-61F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxslərdən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirak etməmişlər. Bundan başqa, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 onların birgə mülkiyyəti olan torpaq sahəsinin satılmasına dair hər hansı razılıq verməsi faktı notariat işində təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına mülkiyyətçilərin hər birinin və həmçinin ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunduğu halda Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 belə razılıq alınmamışdır. Bundan əlavə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən ümumi birgə mülkiyyət olan torpaq sahəsinin mülkiyyətçilərindən biri yetkinlik yaşına çatmayan olduğu halda onun qanuni nümayəndəsi müvafiq Qəyyumluq Orqanından iştirak etməmişdir. Bundan başqa, Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsində Cavabdeh1 və Cavabdeh3 JN-61F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 7 sot torpaq sahəsinin İddiaçı satılması göstərilib. Lakin JN-61F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,23 ha torpaq sahəsinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətində olması, həmin torpaqda sahə və ya pay üzrə hər hansı bölgü aparılmadığı müəyyən olunur. Belə olan halda Bəkər və Cavabdeh3lər qeyd olunan torpaq sahəsini satmaları və həmin alqı-satqı faktını notariat kontoru tərəfindən təsdiq edilməsi tamamilə qanunsuzdur. Bu isə öz növbəsində qeyd olunan alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olduğu anlamına gəlir. İş materiallarında olan JN-61F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və nikah şəhadətnaməsinə əsasən sözügedən torpaq sahəsinə ər-arvad olan Ağasıyev Bəkər və Ağasıyeva Həcərin birgə mülkiyyət hüququnun olması danılmaz faktdır. İkinci amil ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş və iddiaçı tərəfindən faktiki naturada göstərilən 0,07 ha torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrində çıxarış işlənilmişdir. Göründüyü kimi, İddiaçı iddia etdiyi torpaq sahəsinə aid çıxarışı olmamış, həmin torpaq sahəsinə bu illər ərzində ümumiyyətlə sahiblik etməmiş, sadəcə ehtimal edilən alqı-satqıdan 20 il sonra DƏDKR 5 saylı Xaçmaz Ərazi İdarəsinə həmin torpaq sahəsini göstərərək ona aid olduğunu bildirmişdir. Halbuki, alqı-satqı müqaviləsində 61F nömrəli sahəsi 0,23 ha olan torpaq sahəsinin satıldığı ehtimal edilən 0,07 ha sahəsinin harada yerləşməsi, koordinatı və ya digər xüsusiyyətləri müəyyən olunmamışdır. Bu hal isə həmin müqavilənin etibarsızlığı ilə yanaşı icra olunmasını qeyri-mümkün etmişdir. Qeyd olunan mübahisəli torpaq sahəsinin hazırda faktiki və qanuni əsaslarla mülkiyyətçisi və sahibi Cavabdeh6 və ondan sonra isə Cavabdeh7 olmuşlar. Belə ki, hətta bu qarşılıqlı iddia ərizəsində qeyd olunan əsaslara görə alğı-satqı müqaviləsi etibarsız olmasaydı, aşağıdakılara əsasən Cavabdeh7 hazırda mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarına heç bir müdaxilə edilə bilməz. Odur ki, qarşılıqlı iddia tələbinin təmin edilməsini, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddia üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 mövqeyindən çıxış edərək oxşar izahat verməklə ilk iddianın əsaslı olduğundan təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-061F seriyalı, 30221038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisindən 0.23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/1-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/1-134 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Zarahiyayevna Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-061F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini Cavabdeh1 və Cavabdeh3 notarial qaydada satın almışdır. Müqavilənin sonunda olan qeyddən görünür ki, qeyd olunan müqavilə qüvvəsindədir. İş materiallarında olan Xaçmaz rayon 1 notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 JN-061F seriyalı, 30221038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətlərinə aid Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.23 ha həyətyanı torpaq sahələrini Cavabdeh6 bağışlamışlar. İş materiallarında xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.23 ha torpaq sahəsi Cavabdeh6 adına qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh6 Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsini müvafiq bağışlanma müqaviləsi əsasında Cavabdeh7 bağışlamışdır. İş materiallarına olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin müraciətə baxılması barədə xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı nümayəndəsi vasitəsilə xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satın aldığı Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Lakin sənədlərin ekspertizası zamanı qeyd olunan torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına qeydə alındığı müəyyən edilmişdir. Bu səbəbdən 0.07 ha torpaq sahəsinə İddiaçı hüquqlarının qeydə alınmasından imtina edilməklə bu barədə ona rəsmi cavab verilmişdir. İş materiallarında olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1 müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumatın təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətə baxılması dair xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən əldə olunmuş Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair adına çıxarışın işlənməsi barədə məlumat verilməsi ilə bağlı nümayəndənin müraciətinə cavab olaraq bildirilmişdir ki, Xaçmaz rayonu, Aşağı-oba kəndində yerləşən Cavabdeh1 və ailə üzvlərinə məxsus JN-061F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş torpaq sahəsinə xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh6 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan sözügedən torpaq sahəsinə xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X1 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh7 nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərtəfindən iddia müddətinin ötürüldüyünü bildirməklə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.07 ha torpaq sahəsinə hüquqlarının qeydə alınması ilə əlaqədar reyestr xidmətinə müraciət etdikdən sonra reyestr xidmətinin ona ünvanlandığı xx.xx.2024-cü il tarixli rəsmi cavab məktubundan sonra satın aldığı torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirildiyini bilmiş və bununla da hüquqlarının pozulduğu həmin vaxtdan ona məlum olmuşdur. Bu hal İddiaçı məlum olduqdan sonra nümayəndəsi vasitəsilə müvafiq sənədləri toplamaqla xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldıraraq bağışlama mqavilələrini və həmin müqavillər əsasında verilmiş reyestrdən çıxarışları mübahisələndirimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmədiyindən onun iddiası barəsində iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsaslı hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-061F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini Cavabdeh1 və Cavabdeh3 xx.xx.2005-ci il tarixli, 4Ə/1-134 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında notarial qaydada satın almışdır və həmin müqavilə hazırda qüvvədədir. Həmçinin məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 JN-061F seriyalı, 30221038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətlərinə aid Xaçmaz rayonunun Aşağı-oba kəndi ərazisində yerləşən mübahisələndirilən 0.07 ha torpaq sahəsi də daxil olmaqla bütövlükdə 0.23 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh6 bağışlamışlar. Həmin bağışlama müqaviləsi əsasında xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan 0.23 ha torpaq sahəsi Cavabdeh6 adına qeydə alınmışdır. Sonradan Cavabdeh6 Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.23 ha həyətyanı torpaq sahəsini Cavabdeh7 bağışlamışdır. Qeyd olunan bağışlama müqaviləsi əsasında isə 0.23 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh7 adına qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.4. Əgər əhəmiyyətsiz iki tərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən, JN-061F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1 və ailə üzvlərinə məxsus 0.23 ha həyətyanı torpaq sahəsinin 0,07 ha hissəsini Cavabdeh1 və Cavabdeh3 xx.xx.2005-ci il tarixli, 4Ə/1-134 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında notarial qaydada satın aldığı, qeyd olunan müqavilə qüvvədə olmasına baxmayaraq sonradan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 satın alınmış 0.07 ha torpaq sahəsi də daxil olmaqla bütövlükdə 0.23 ha həyətyanı torpaq sahəsini Cavabdeh6 bağışlamaları, həmin bağışlama müqaviləsi əsasında xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan 0.23 ha torpaq sahəsinin Cavabdeh6 adına qeydə alındığı, daha sonra Cavabdeh6 Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 0.23 ha həyətyanı torpaq sahəsini Cavabdeh7 bağışlaması, bağışlama müqaviləsi əsasında 0.23 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh7 adına qeydə alındığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqları pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 0.07 ha torpaq sahəsini Cavabdeh1 və Cavabdeh3 qanuni əsaslarla notarial qaydada satın aldığından, qeyd olunan alqı-satqı müqaviləsi qüvvədə olmasına baxmayaraq sonradan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı tərəfindən satın alınmış 0.07 ha torpaq sahəsi də daxil olmaqla bütövlükdə 0.23 ha həyətyanı torpaq sahəsini qanunsuz olaraq Cavabdeh6, daha sonra isə Cavabdeh6 həmin 0.23 ha torpaq sahəsini Cavabdeh7 bağışladığından ilk iddia tələbi əsaslı hesab edilməklə təmin edilməli, mübahisələndirilən xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqavilələri əhəmiyyətsiz əqlər olduğundan bağlandıqları andan etibarsız hesab edilməli və həmin əhəmiyyətsiz əqdlər əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qeydiyyatları əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh7 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ilkin iddia üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddianın əsaslarına hüquqi qiymət verilərkən mübahisələndirilən xx.xx.2005-ci il tarixli 4Ə/İ-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin qanunazidd rəsmiləşdirilməsi və təsdiq edilməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından və ilk iddia üzrə cavabdeh tərəf öz etirazının əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim edə bilmədiklərindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə xərclərinin ödənilməsini tələb etmədiyindən ilk iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsümü iddiaçının özünə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia tələbi təmin edilmədiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddianı vermiş şəxsin özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbi»nə dair ilk iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə Cavabdeh6 arasında Xaçmaz rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2013-cü il tarixli, 4Ə-62 reyestr nömrəli və Cavabdeh6 ilə Cavabdeh7 arasında Bakı şəhəri 29 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1043 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilsin. Cavabdeh6 adına verilmiş ********** reyestr nömrəli və Cavabdeh7 adına verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh7 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2rşı Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə/1-134 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə tərəflərin ilk iddia və qarşılıqlı iddia tələbləri ilə bağlı ödədikləri dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1887/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1887/2025
15.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver