Məhkəmə qərarları › İş №2(067)-192/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-192/2024

23.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-192/2024 23.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq yazılmış 452,08 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o Xaçmaz rayonu, Uzunoba kəndində yaşayır. Komunal xərclər onun adına gəlir. Ona məxsus olan qeyri-yaşayış binasının sayğacı çöl tərəfdə yerləşir, küçədə olan işıq sayğacı zədələndiyi üçün "xxxx" ASC-ə müraciət etmişdir. “Azərişıqın” nümayəndələri gələrək sayğacı dəyişib yenisi ilə əvəz etmişlər və köhnə sayğacı aparmışlar. Sayğacların və cərəyan trasformatorlarının yoxlanılması haqında xx.xx.2023-cü il tarixdə Azərışığın əməkdaşları tərəfindən 051315 nömrəli akt yazaraq sayğacı yoxlamışlar və hətta dövlət möhrünün normal olduğu göstərilmişdir. Bundan sonra ona dekabr ayında əlavə 452,98 manat işıq sərfiyyatına görə borc yazmışlar. Borcun silinməsi üçün dəfələrlə Azəriqaz ASC-nə müraciət etmiş, hər dəfə bir bəhanə gətirərək yayınmışlar, haqsız yerə qanunsuz yerə yazılan borcu silməkdən boyun qaçırmışlar, hətta Azərişıq ASC-nə borcun silinməsi ilə bağlı rəsmi müraciət etsə də cavab verməmişlər. Onun qeyri yaşayış binasında qış aylarında işıq sərfiyyatı ən çox 30-50 manatdan çox olmur, yay aylarında kondisioner və soyuducular işləyir sərfiyyat 100-250 manat olur. Azərişığın işçiləri də bilir ki, onun borcu yoxdur. Hər ay nəzarətçinin dediyi borcu vaxtı-vaxtında ödəmiş, qəbzləri var. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduqunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatdar sübutlar hesab olunur. Bu məlumatlar yazılı, və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayyinə keçirməklə səs və video yazıları tlə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin sayğacı açıb götürəndə bunların heç biri olmamışdır. Yaxud da qanunsuz elektrik cərayanınından istifadə etməyi barədə heç bir əsas əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək göstərmişdir ki, sayğac zədələndiyinə görə müraciət etmişlər. Azərişığın işçiləri gəlib sayğacı dəyişdirmişlər. Növbəti ayın qaz sərfiyatı barədə qəbz gələndə görmüşlər ki, artıq pul hesablanıb. Sayğaca avtomobil dəymişdir və sayğac yerə düşmüşdür. Sayğaca müdaxilə etməmişlər. Sayğac babası Fikrət Aydınovun adınadır. O, vəfat etmişdir. Babası öləndən sonra mirası atası qəbul etmişdir. Vərəsəlik şəhadətnaməsi var, amma hazırda vərəsəlik şəhadətnaməsini məhkəməyə təqdim edə bilmir. İş üzrə cavabdeh tərəf rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında müqavilədən göründüyü kimi iddia tələbi üzrə təqdim olunan sənədlər cavabdeh İddiaçı adına yox başqa bir fiziki şəxs olan X1 adına tərtib olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Beləliklə iş materiallarından müəyyən olunmuşdur ki, iddia ərizəsinə İddiaçı borclu olmasını təsdiq edəcək heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar