Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1945/2020 08.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib edilmiş aktın və hesablanmış ziyan məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə qarşı inzibati aktın ləğv edilməsi və cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, 02211714 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” tərtib edilmiş aktın və həmin akt əsasında hesablanmış 702 (yeddi yüz iki) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanıda yerləşən evimə quraşdırılmış qaz sayğacı çıxarılıb yenisi ilə əvəz edilib, baxmayaraq ki, qaz sayğacı istifadəyə yararlı halda olub. Bundan xeyli sonra qaz idarəsinin əməkdaşları mənə bildirdilər ki, sayğac yoxlama üçün laboratoriyaya göndərilib və guya saygacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi müəyyən olunub. Bu barədə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib olunub və mənə komissiya qərarına əsasən 702 manat məbləğində ziyan hesablanıb. Yazılmış akt tamamilə qanunsuz və əsassızdır. Mən istifadə etdiyim təbii qazın pulunu sayğacın göstəricilərinə uyğun ödəmişəm və borcum olmayıb. Ona görə də Cavabdeh” İstehsalat Birliyinin aktı və komissiya qərarı ilə qəti razı deyil. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq sayğacın evin küçə tərəfində quraşdırıldığını, sayğaca özünün və ailə üzvlərinin heç bir müdaxilə etmədiklərini, evinə quraşdırılmış qaz sayğac küçə divarında, çöl tərəfdə quraşdırıldığı üçün, yol keçən istənilən adamın həmin sayğaca müdaxilə edə, onu çevirə biləcəyini və ya başqa cür sayğaca toxuna biləcəyini, məhkəmədə iddia qaldırmazdan əvvəl aktın, komissiya qərarının mübahisələndirilməsi ilə bağlı cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə müraciət etmədiyini bildirmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X2 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddianın dəlillərinə etiraz edərək, iddiaçıya məxsus evə quraşdırılmış qaz sayğacının yoxlama üçün laboratoriyaya göndərilmədiyini və saygacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyinin müəyyən edildiyini, bu barədə xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib olunduğu və iddiaçıya komissiya qərarına əsasən 702 manat məbləğində ziyan hesablandığını, lakin onun müqavilənin şərtlərinə əsasən ziyandan narazı olması barədə pretenziya qaydasında idarəyə rəsmi müraciət etmədiyini bildirərək, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” nin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. İddiaçı tərəfindən müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, borcun silinməsi üçün cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalı, iddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib edilmiş aktın və hesablanmış ziyan məbləğinin silinməsi tələbinə dair iddia ərizəsibaxılmamış saxlanılsın. İddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün cavabdeh Sokar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1945/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1945/2020
08.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver