Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1958/2020 12.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, JN:00xx xxx 30214028 olan Dövlət Aktının ona Nümayəndə və ailə üzviləri olan Ərizəçi, Məlikova Könül Rza qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ərizəçiyə,Nümayəndə və ailə üzvləri olanƏrizəçi, Məlikova Könül Rza qızına yaşadıqları Xaçmaz rayonunun Molla Burhan kəndində 1,08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmışdır. Lakin Dövlət Aktında oğlu Şamonun adı səhvən Paşa kimi qeyd edilmişdir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir ki, oğlunun adındakı səhv düzəldilsin. Qeyd edilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndəərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, şahidləri ərizədə göstərilən halları təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin şahid qismində təqdim etdiyi Musayeva Könül Rza qızı Xaçmaz rayon X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ona, əri Nümayəndə və oğlu Ərizəçi yaşadıqları Xaçmaz rayonunun Molla Burhan kəndində 1,08 ha pay torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsinə JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlandığını, lakin Dövlət Aktında oğlu Şamonun adının səhvən Paşa kimi qeyd edildiyini göstərmişdir. Torpaq sahəsi 1997ci ildən onların ailələrinin istifadəsindədir və təsdiq edir ki, JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onun, ərinin və oğlu Ərizəçi adına işlənib və onlara məxsusdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin şahid qismində təqdim etdiyiMəlikov Yunus Rza oğlu ərizəçinin dayısı olduğunu və onunla münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Xaçmaz rayon X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə bacısı Könül Musayevaya, onun əri Nümayəndə və oğlu Ərizəçi yaşadıqları Xaçmaz rayonunun Molla Burhan kəndində 1,08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənib hazırlanmış, lakin Dövlət Aktında bacısı oğlu Şamonun adı səhvən Paşa kimi qeyd edilmişdir. Torpaq sahəsi 1997-ci ildən onların istifadəsindədir. JN-0082 saylı, 30214028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı bacısı Könül Musayevaya, onun əri Nümayəndə və bacısı oğlu Ərizəçi məxsus olduğunu təsdiq edir.. İş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı X4 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, DƏDRX-nin 5 saylı X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən iş üzrə maraqlı tərəf DƏDRX-nin 5 saylı X3 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarından olan JN-0082 saylı, 30214028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktİndan müəyyən olunur ki, Xaçmaz rayon X1 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə Nümayəndə, Ərizəçi, Məlikova Könül Rza qızına yaşadıqları Xaçmaz rayonunun Molla Burhan kəndində 1,08 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-0082 saylı, 30214028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Ərizəçi adı səhvən Paşa kimi qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nın 5 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, **********11 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi nümayəndəsi Nümayəndə müraciətində göstərdiyi məsələnin həlli idarənin səlahiyyətlərinə aid deyidir, bununla bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Torpağa mülkiyyət hüququna dairJN-0082 saylı, 30214028 kodlu Dövlət aktında Ərizəçi adının səhvən “Paşa” kimi göstərildiyi sübuta yetdiyindən, Ərizəçi ərizəsi təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN-0082 saylı, 30214028 kodlu Dövlət aktının Ərizəçi, Nümayəndə, Ərizəçi və Məlikova Könül Rza qızına məxsus olması faktı müəyyən edilməlidir. QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0082 saylı, 30214028 kodlu Dövlət aktının Ərizəçi, Nümayəndə, Ərizəçi və Məlikova Könül Rza qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1958/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1958/2020
12.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver