Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1958/2023 13.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçinın vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 Şıxnəzər oğlunun, Maraqlı şəxs4 iştirakları ilə, Ərizəçi notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətinə dair mülki işə 13 oktyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu D.A.Tağıyevin ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə dair əmlakın bağışlanması barəsində müqavilənin təsdiq edilməsindən imtinanın əsassız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1ində 0.29 ha torpaq sahəsində yerləşən yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Evin yerləşdiyi 0.29 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsi onun, ¼ hissəsi oğlu Maraqlı şəxs2 və 1/4 hissəsi qızı X2 mülkiyyətindədir. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində onun və uşaqlarının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** nömrəsi olan, reyestr nömrəsi **********41-10301 hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. O, 17 may 2023-cü il tarixdə bütün lazımı sənədləri təqdim etməklə Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Notariusu D.A.Tağıyevə müraciət etmişdir ki, tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1ində yerləşən yaşayış evinin tərəfindən oğlu Maraqlı şəxs2 Şıxnəzər oğluna bağışlanması müqaviləni təsdiq etsin. Notarius D.A.Tağıyev 17 may 2023-cü il tarixli, № X-568 nömrəl məktubla bağışlama müqaviləsinin təsdiq edilməsindən imtina etmişdir. Həmin məktubda qeyd olunur ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatin 49-cu hissəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirilmə, ipoteka və sonrakı ipoteka qoym haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan ailə üzvləri notarial formada razılıq verdikdən sonra müraciətinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bununla bağlı hər hansı bir mübahisə varsa məhkəməyə müraciıt etməsi məqsədə müvafiq uyğundur. Məhkəmə iclasında ərizəçinın vəkili və nümayəndəsi Vəkil məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs3 izahatında göstərmişdir ki, ərizəni qəbul edir. Təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Maraqlı şəxs2 Şıxnəzər oğlu izahatında göstərmişdir ki, ərizəni qəbul edir. Təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Maraqlı şəxs4 ərizənin təmin olunmasına, evin qardaşına bağışlanmasına etiraz etmədiyini bildirir. Maraqlı şəxs4 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Reyestr nömrəsi **********41-10301 olan Fərdi yaşayış evi Ərizəçi Sultanəhməd oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qımıl-qışlaq kənd İƏD-nin 17 may 2023-cü il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi məxsus ünvan 2ində yerləşən yaşayış evində- Ərizəçi, Maraqlı şəxs4 Şıxnəzər oğlu, Maraqlı şəxs2 Şıxnəzər oğlu, Maraqlı şəxs3 Hacağa qızı, X6, X7, X10 qeydiyyatdadırlar. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Ərizəçi ünvanladığı 17 may 2023-cü il tarixli № X-568 saylı məktubundan müəyyən olunur ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatin 49-cu hissəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirilmə, ipoteka və sonrakı ipoteka qoym haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan ailə üzvləri notarial formada razılıq verdikdən sonra müraciətinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** nömrəsi olan, reyestr nömrəsi **********41-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən fərdfi yaşayış evi tam mülkiyyət hüququ əsasında Ərizəçi məxsusdur. İş materiallarında olan Qımıl-qışlaq kən İƏD-nin 08 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi məxsus ünvan 2ində yerləşən yaşayış evində- Ərizəçi, Maraqlı şəxs4 Şıxnəzər oğlu, Maraqlı şəxs2 Şıxnəzər oğlu, Maraqlı şəxs3 Hacağa qızı, X6, X1 Nuran Loğman oğlu qeydiyyatdadırlar. Eyni zamanda Ərizəçi birinci nikahdan olan övladı Maraqlı şəxs4 Şıxnəzər oğlu 1№-li təsərrüfatbaşına kitabın 28 saylı təsərrüfatda ayrı təsərrüfat olmasına baxmayaraq həmin evin 20 kv.m” sahəsində yaşayır. Hal-hazırda Maraqlı şəxs4 müvəqqəti olaraq ərazidə yaşamır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Qeydiyyat Şöbəsinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi məxsus evdə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X5, Maraqlı şəxs4 Şıxnəzər oğlu, X11, X4, X8 və Maraqlı şəxs2 Şıxnəzər oğlu. İş materiallarında olan Maraqlı şəxs4 Şıxnəzər oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, atası Ərizəçi məxsus ünvan 2ində yerləşən evini oğlu Maraqlı şəxs2 Şıxnəzər oğluna bağışlamasına etiraz etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi ona tam mülkiyyət hüququ ilə məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evini oğlu Maraqlı şəxs2 Şıxnəzər oğluna bağışlamaq istəyir. Qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər fərdi yaşayış evinin bağışlanmasına etiraz etmirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə uyğun olaraq Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) bağışlama müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə uyğun olaraq Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Oxşar mövqedən çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarın qeyd olunmuşdur ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə və işin məhkəmə gedişatı zamanı araşdırılan hallarına əsasən hesab edir ki, fərdi yaşayış evində qeydiyyatda olan ailə üzvləri tərəfindən notarial formada razılıq ərizələrinin verilməməsi və onların mənzilin bağışlanmasına razılığının müəyyənləşdirilməməsi notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə maneçilik törətmir. Belə ki, mənzilin mülkiyyətçisi olan şəxsin mülkiyyət hüququ (o cümlədən, mülkiyyət üzərində sərəncam vermək hüququ) həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyri-qanuni məhdudlaşdırıla bilməz. Ərizəçi qeyd olunan fərdi yaşayış evinin tam mülkiyyəçisi olaraq öz əmlakı üzərində sərbəst şəkildə istədiyi kimi sərəncam verə bilər ki, bunun həyata keçirilməsinə heç kim maneçilik törədə bilməz, eyni zamanda mülkiyyəçinin bu hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, notarius tərəfindən qeydiyyatda olan şəxslərin razılığı olmadan, Ərizəçi mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evini oğlu Maraqlı şəxs2 Şıxnəzər oğluna bağışlanması barədə əqd notariat qaydasında rəsmiləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusunun bağışlama müqaviləsinin bağlanmasından etdiyi imtina əsasız (qanunsuz) hesab edilsin. Ərizəçi mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evinin Maraqlı şəxs2 Şıxnəzər oğluna bağışlanmasına dair qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsi Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusuna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova.
Məhkəmə qərarları › İş №2(067)-1958/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1958/2023
13.10.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver