Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1960/2021 06.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ona yaşadığı Xaçmaz rayonunun Seyidlər kəndində cəmi 0,74 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair ona JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilimişdir. Lakin dövlət aktında ata adı Əlikram əvəzinə səhvən İkram kimi qeyd edilmişdir. Torpaq sahəsi ona təhkim olunandan bəri istifadəsində olmuş və yanlışlığa fikir verməmişdir. Hazırda torpaq sahəsinə mülkiyyət hüququna dair yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müraciətinin müsbət həll edilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq ötən müddət ərzində torpağa dair heç kimin ona qarşı iddiası olmadığını, məhkəməyə təqdim edəcəyi şahidlərin də ərizəsində göstərdiyi halları təsdiq edə biləcəklərini göstərmiş və və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, ərizəçinin bacısı və torpaq qonşusudur, münasibətləri yaxşıdır. Atalarının adı Əlikramdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən bacısına Xaçmaz rayonunun Seyidlər kəndində cəmi 0,74 ha pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan bacısnın istifadəsindədir. Lakin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair ona verilən JN-0061 seriyalı 30212028 kodlu dövlət aktında ata adı Əlikram əvəzinə səhvən İkram kimi qeyd edilmişdir. Təsdiq edir ki, JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı bacısı Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun baldızı və torpaq qonşusudur, münasibətləri yaxşıdır. Ərizəçinin atasının adı Əlikramdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən ərizəçiyə Xaçmaz rayonunun Seyidlər kəndində cəmi 0,74 ha pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsi AİK tərəfindən ayrılan vaxtdan ərizəçinin istifadəsindədir. Lakin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair ona verilən JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında ata adı Əlikram əvəzinə səhvən İkram kimi qeyd edilmişdir. Təsdiq edir ki, JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı baldızı olan Ərizəçi məxsusdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından müəyyən olunur ki, Ərizəçi mülkiyyətinə Xaçmaz rayonunun Seyidlər kəndində cəmi 0,74 ha pay torpaq sahəsi verilmişdir, lakin həmin dövlət aktında Ərizəçi ata adı Əlikram əvəzinə səhvən İkram kimi qeyd edilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 21.06.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıq olduğundan, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 25.06.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-0061 seriyalı 30212028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının doğruluğu müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1960/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1960/2021
06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver