Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1967/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva SəbinəCavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs X12 iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və mirasın qəbul edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən, mərhum anası X6 miras qalmış daşınmaz əmlaka Cavabdeh adına Xaçmaz rayon 1 saylı Notariat tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 27 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, habelə hüquqi nəticələrinin ləğv edilməsi, mərhum anası X6 miras qalmış Xaçmaz şəhəri, Nəsimi küçəsi, 15 ünvanında yerləşən daşınmaz əmlaka (torpaq sahəsi və ev) münasibətdə mirasın tərəflərindən qəbul edilməsi faktını müəyyən etməklə, mirasdan payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri X7 və X23 03 fevral 1947-ci ildə rəsmi nikah əsasında evlənmişlər. Birgə nikahlarından xx.xx.1962-ci ildə o, doğulmuşdur. X2 xx.xx.1975-ci ildə, anası X23 isə xx.xx.2007-ci ildə vəfat etmişlər. Onların birgə nikahlarından 6 övladları olmuşdur. Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 15 ünvanında yerləşən mülk xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum anası X13 adına qeydiyyata alınmışdır. Anasının ölümündən sonra həmin mülkdə ailəsi ilə bərabər yaşamış, habelə həmin mülkdə mərhum qardaşı xx.xx.2022-ci ildə vəfat etmiş X14 da öz ailəsi ilə birgə yaşamışdır. O, özü işi ilə əlaqədar Rusiya Federasiyasına gedərək bir müddət orada yaşamışdır. X1 xx.xx.2022-ci ildə vəfat etdikdən sonra ailəsi həmin evdə yaşamaqda davam etmiş, sonradan müvəqqəti olaraq Bakı şəhərinə gedərək kirayədə yaşamaqdadırlar. Bu yaxınlarda Xaçmaza qayıtdıqdan sonra məlum olmuşdur ki, iş üzrə Cavabdeh onun və qardaşının ailəsinin daimi pasport qeydiyyatında olduğu anasından miras qalmış yaşayış evini sökdürmüşdür. Bundan sonra vəkil sorğusu vasitəsi ilə DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş, məlum olmuşdur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə mərhum anaları adına ********** qeydiyyat nömrəli çıxarış almış, özünün yeganə vərəsə olması barədə notariat orqanına yalan məlumat verməklə xx.xx.2023-cü il tarixli, 2V-1430 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və qeyd olunan əmlaka öz adına 27 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Çıxarışı əldə etdikdən sonra anasından miras qalmış yaşayış evini sökməklə vərəsə olaraq ona və digərlərinə külli miqdarda maddi ziyan vurmaqla hüquqlarını kobudcasına pozmuşdur. Qeyd edir ki, valideynlərinin vəfatından sonra, o cümlədən anası X13 xx.xx.2007-ci il tarixdə vəfatından sonra Cavabdeh ümumiyyətlə bu evdə yaşamamış, mirası qəbul etməmişdir. O, hələ 1970-ci illərdə ailə quraraq Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. Anasının ölümündən sonra miras evdə o, öz ailəsi ilə və mərhum qardaşı Firudin öz ailəsi ilə birgə yaşamışdır. Birinci növbəli vərəsə olaraq miras əmlakda onun da payı vardır. Ona görə də cavabdehin adına alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli və onların hüquqi nəticələri ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Nəsimi küçəsi, 15 ünvanda yerləşən, mərhum anası X6 miras qalmış daşınmaz əmlaka Cavabdeh adına Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-1430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 27 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi, habelə hüquqi nəticələrinin ləğv edilməsi, mərhum anası X6 miras qalmış Xaçmaz şəhəri, Nəsimi küçəsi, 15 ünvanda yerləşən daşınmaz əmlaka (torpaq sahəsi və ev) münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh 29 avqust 2024-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət etmişdir. Həmin ərizənin məzmununda göstərilmişdir ki, iddiaçı ilə doğma bacı-qardaşdırlar. İddiaçının özü, o, digər bacı və qardaşları ilə yanaşı qanun üzrə bərabər hüquqlu vərəsə olduğu doğrudur. Lakin miras əmlakına vərəsəliyinin rəsmiləşdirilməsini bilmədiyi, miras qalmış evin sökülməsindən xəbəri olmadığı, analarının sağlığında həmin evdə yaşadığı ilə bağlı göstərdikləri, doğru deyildir və hazırkı iddia tələbində haqsızdır. Belə ki, valideyinlərinin 6 övladı olmuşdur. Atası 1975-ci ildə, anası isə 2007-ci ildə vəfat etmişdir. Valideyinlərindən sonra iki qardaşı da vəfat etmişdir. Sağ qalan o, bacısı və qardaşı iddiaçıdır. Qardaşı iddiaçı uzun illərdir ki, Rusiyada yaşayır və uzun müddətdir ki, vətənə gəlməmişdir. Bütün bu müddətlər ərzində onunla yalnız telefonla əlaqə saxlamışlar. Analarının vəfatında belə gəlməmişdir. Valideyinlərindən miras qalmış əmlakda son olaraq, qardaşı mərhum X14 yaşamışdır. O, da 2022-ci ildə vəfat etmişdir. Onun ailəsi isə hələ qardaşının sağlığında Türkiyə köçmüşdülər. Analarından miras qalmış adı çəkilən əmlak köhnə bir fərdi yaşayış evi olmuşdur. Həmin evi atası hələ sağlığında 1953-cü illərdə tikdirmişdir. Son olaraq həmin evdə yaşayan qardaşı xəstə olduğundan, evə baxa bilməmiş, baxımsızlıqdan yararsız hala gəlmişdir. Onun vəfatından sonra da tam şəkildə bərbad vəziyyətə düşmüşdür. Ata yurdu xarabaya çevrilməsin deyə, kənddə yaşayan bacısı hamısına - ona, həmçinin iddiaçı olan qardaşına, o biri qardaşının uşaqlarına, kimin imkanı varsa evi təmir etmələrini və ata mülkünə sahib durmasını təklif etdir. Özünün buna maddi imkanı olmadığından, kim sahib durarsa payını ona güzəşt edəcəyini bildirmişdir. Hər kəs, həmçinin iddiaçı da ata mülkünə (mirasa) sahib durmağı rədd etdilər və onlara lazım olmadığını bildirmişlər. O, buna razılığını vermiş və hər kəs bunu bilmişdir və etiraz edən olmamışdır. Yalnız bundan sonra bacısı ilə birlikdə vərəsəliklə bağlı müraciət etmişlər və bacısı da payını ona bağışlamışdır. Adına vərəsəlik şəhadətnaməsi və çıxarış alandan sonra, onsuzda yarı dağılmış şəkildə olan, evi sökdürüb, həyəti təmizlətdirmiş və yerində yeni ev tikməyəyə başlamışıdır. Bundan bir neçə ay əvvəl iddiaçı vətənə gəlmiş və köhnə yararsız evin yerində yeni ev tikilməyə başladığını görəndə, iştahası artmış, nəfsi ona iki il bundan əvvəl ona ev lazım deyil, sökülmüş evin bərpa etmək fikrində olmadığı deməsini unutmuşdur. İddianı məhkəməyə verəndən sonra da geri Rusiya Federasiyasına qayıtmışdır. Analarından qalmış miras kütləsi və onun vəziyyəti barədə hər bir qanun üzrə vərəsənin məlumatı olmuşdur. Nəinki faktiki qəbul etməyə, hər kəs uzaqdadır deyə rəsmiləşdirməyə gəlməyə belə həvəs göstərməmişlər. Əksinə yararsız vəziyyətdə olan köhnə daxmanın onlara lazım olmdığını söyləmişlər. Faktiki olaraq, etiraz etmədiklərindən, miras əmlakı qəbul etməyinə və rəsmiləşdirməyə razılıqlarını bildirmişlər. Göründüyü kimi, hazırda mübahisələndirilən vərəsəlik şəhadətnaməsini gizlin deyil, bütün vərəsələrin məlumatı olmaqla, aşkar şəkildə əldə edilmişdir və buna heç bir vərəsənin etirazı olmamışdır. Əgər belə bir etiraz və ya miras əmlakdan pay tələbi olmuş olsaydı, bu anasının vəfat etdiyi 2007-ci ildən sonra ötmüş 17 il müddətində edilərdi. Ona görə də iddia ərizəsinə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, 2007-ci ildə iddiaçının anası Macamal Cəbrayılova vəfat etmişdir. Cavabdeh Macamal Cəbrayılovanın qızıdır. İddiaçının anası vəfat etdikdən sonra iddiaçının qardaşları Firudin və Ərəstan ailələri ilə birlikdə həmin evdə yaşamış, digərləri isə ailə quraraq öz evlərində yaşamışlar. Firudin Cəbrayılov 2022-ci ildə vəfat etdikdən sonra ailəsi Bakı şəhərinə köçmüşdür. İddiaçı hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh isə Bakı şəhərində yaşayır və özünün yeganə vərəsə olması barədə arayış alaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxarmışdır. Nəticədə əsas vərəsələrin dairəsi gizlədilərək, vərəsələr müəyyən olunmadan vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə ilə cavabdeh özünə çıxarış almışdır. İddia tələbinin payların müəyyən edilməsi hissəsində təmin edilməsini istəmir, iddia tələbinin digər hissədə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsini, onların hüquqi nəticələrinin ləğv edilməsini və mirasın qəbul edilməsini təmin edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahatında göstərmişdir ki, əmisi və onlar həmin evdə yaşamışlar. 2022-ci ildə atası vəfat etmişdir. İşi ilə ələqədar olaraq anası ilə birlikdə Bakı şəhərinə köçmüşlər və hazırda Bakı şəhərində kirayədə yaşayırlar. Bibisi Emnarə onlara öz qızının orada yaşayacağını və buna görə də onlara aid əşyaları evin bir otağına yığıb qoyduğunu bildirmişdir. Hazırda onun atasının tikdiyi evi cavabdeh sökmüşdür, onların əşyalarının isə hara qoyduğu məlum deyildir. Düşünür ki, onların hüquqları pozulmuşdur. Bu səbəbdən də notarial qaydada vərəsəlik işinin ləğv edilməsi və mirasdan paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərmişdir ki, onları vərəsə kimi notariusa çağırmamışlar. 4 övladı vardır. Gəlinlərinin ikisi də həmin evdə yaşamışlar və hər ikisi də qaynanasına baxmışlar. Məhkəmə iddiaçı tərəfin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: AZ-İİ seriyalı, 344634 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 12 iyun 1975-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 322624 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 18 iyun 2007-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 274724 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 07 noyabr 2018-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 262254 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 19 mart 2022-ci ildə vəfat etmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 iyul 2023-cü il tarixli, 82 saylı arayışının surətindən müəyyən olunur ki, ünvan 4 ünvanda yaşamış və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X13 nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə üzvləri vardır: 1. X15, 2. X16, 3. İddiaçı. 25 oktyabr 2023-cü il qeydiyyat tarixli, **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 0.028130 ha torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.6 kv/m, 4 otaqlı olan fərdi yaşayış evinin hüquqi mülkiyyətçisi X20r. Cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisində təsdiq olunmuş 08 dekabr 2023cü il tarixli ərizəsindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 15 ünvanında yaşamış, 2007 ildə vəfat etmiş anası X6 miras qalan Xaçmaz şəhəri, Nəsimi küç, ev 15 ünvanında yerləşən fərdi yaşayış evini və 0.02813 hektar torpaq sahəsini qəbul etmiş və mirasın tərkibinə daxil olan Xaçmaz şəhəri, Nəsimi küç, ev 15 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.02813 hektar torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 08 dekabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X17 18 iyun 2007-ci il tarixdə ölmüş anası X3 ona miras qalmış payını bacısı Cavabdeh bağışlamışdır. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, 18 iyun 2007-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 57A, mən.25 ünvanında qeydiyyatda olan Cavabdehdır və o, miras əmlakdan 2/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.6 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.02813 ha olan torpaq sahəsindən ibarətdir. QEYD: İddiaçı çatan 1/3 hissə pay açıq saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 may 2024-cü il tarixli, 3-21-3-34/2- 5174/2024 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X18 adına olmuş Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi Xaçmaz rayon 1 saylı NO-nin xx.xx.2023-cü il tarixli, 2V-1430 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasən Cavabdeh adına vərəsəlik olunmuş, sonuncunun adına 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Xaçmaz rayon X35 rayon Məhkəməsinə ünvalanmış 11 oktyabr 2024-cü il tarixli, 3- 16-5/8-549/2024 saylı məktubundan müəyyən olunur ki, X23 ilə Cəbrayılov Bəyəhməd oğlunun birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların 6 (altı) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1. X19, 2. X15, 3. X22,
4. X16, 5. İddiaçı, 6. X14. X10 tərəfindən 25 noyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuş teleqramın məzmunundan müəyyən olunur ki, X10 anasından ona miras qalmış payından bacısı Cavabdeh xeyrinə imtina etmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, İddiaçı 12 yanvar 2022-ci il tarixdə ölkədən çıxmışdır.
MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. X6 miras qalmış əmlaklar, yəni miras kütləsi – ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X21 verilmiş **********17- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.60 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.02813 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə hesab edir ki, İddiaçı miras qoyan X13 birinci növbəli vərəsəsi olduğundan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tərtib olunarkən digər vərəsələr arasında bərabər şəkildə bölünməklə mirasdan pay almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1301.1-ci maddəsindən görünür ki, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsindən görünür ki, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsindən görünür ki, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyanın birinci dərəcəli vərəsəsi - İddiaçı anası X6 qalan mirasdan üç ay ərzində imtina etməmişdir. Habelə digər vərəsə - Cavabdeh mirası bölüşdürmək niyyəti barəsində ona bildiriş göndərməmişdir. Belə olan halda İddiaçı mirası qəbul etmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Məhkəmə müəyyən etmişdir ki, miras qoyanın - X13 digər birinci növbəli vərəsələri X19 (2018-ci ildə), X22 və X14 (2022-ci ildə) vəfat etmişlər. Sonuncuların ailə üzvləri (həyat yoldaşları, uşaqları, nəvələri) mübahisəli miras əmlakdan üç ay ərzində imtina etməmişlər və Cavabdeh mirası bölüşdürmək niyyəti barəsində onlara bildiriş göndərməmişdir. Belə olan halda onların valideynləri (birinci növbəli vərəsələr - X19, X22 və X14) mirasın qəbulundan imtina etmədiklərindən, Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras almalıdırlar.
AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ MƏCƏLLƏSİNİN: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddianın birinci tələbi ilə bağlı qeyd edir ki, Xaçmaz rayon Notariat Ofisi tərəfindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiyin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamışdır. Xaçmaz rayon 1 saylı Notariat Ofisindən məhkəməyə daxil olmuş 2V-1430 nömrəli vərəsəlik şəhadətnaməsinə dair notariat işinin materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 iyul 2023-cü il tarixli, 82 saylı arayışında miras qoyanın ailə üzvlərinin – vərəsələrinin sayı düzgün göstərilməmiş, 6 nəfər vərəsəsi olduğu halda, 3 nəfər qeyd edilmişdir. Notarius da düzgün olmayan arayışa əsaslanaraq, mirasda məcburi pay hüquqi olan şəxslərin dairəsini yoxlmayaraq mirası arayışda göstərilən 3 nəfər ailə üzvünə münasibətdə bölərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib etmiş və təsdiqləmişdir. Bununla da digər birinci dərəcəli vərəsələrin hüquqlarını pozmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməli və Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə ləğv edilməlidir. Məhkəmə iddianın mirasın qəbul edilməsi tələbi ilə bağlı onu qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, miras qoyanın birinci dərəcəli vərəsəsi - İddiaçı sözügedən mübahisəli evdə doğulmuş və 2022-ci ilə qədər həmin evdə yaşamışdır. Bu işə üçüncü şəxslərin izahatları və “Azemis” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış sərhədkeçmə məlumatları ilə öz təsdiqini tapır. Bununla da görünür ki, İddiaçı anası X23 vəfat etdikdən (2007-ci il) sonra da həmin evdə yaşamışdır. Habelə İddiaçı anası X6 qalan mirasdan üç ay ərzində imtina etməmişdir. Bu da onu göstərir ki, İddiaçı sözügeən mirası qəbul etmişdir. Habelə miras qoyanın - X13 vəfat etmiş digər birinci dərəcəli vərəsləri olan X5, X11 və X4 ailə üzvləri (həyat yoldaşları, uşaqları, nəvələri) mübahisəli miras əmlakdan imtina etməmişlər. Miras qoyanın - X13 digər birinci növnəli vərəsəsi X16 isə ona çatası mirasdan bacısı Cavabdeh xeyrinə imtina etmişdir (08 dekabr 2023-cü il tarixli miras payın bağışlanması müqavilə). Beləliklə, İddiaçı və vəfat etmiş digər birinci dərəcəli vərəslər X5, X11 və X4 ailə üzvlərinin mirasdan qanun üzrə pay almaq hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 26 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddianın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı onu qeyd edir ki, Cavabdeh 08 dekabr 2024-cü il tarixdə anası X6 qalan mirası qəbul etmiş və 14 dekabr 2023-cü il tarixdə öz adına Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə almışdır. Bundan sonra həmin şəhadətnamə əsasında adına 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 may 2024-cü il tarixli, 3-21-3-34/2-5174/2024 saylı məktubu). Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq Cavabdeh adına verilmiş Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamənin ləğv edilməlisini məqsədəmüvafiq hesab etmişdir. Bu isə o deməkdir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənəd (Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə) məhkəmə qaydasında mübahisələndirilmiş və sonuncunun ləğv olunması qənaətinə gəlinmişdir. Belə olan halda, Cavabdeh adına verilmiş 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh adına verilmiş Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə, həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli və İddiaçı tərəfindən miras qoyan – anası X6 qalan miras (ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.60 kv/m, 4 otaqlı olan fərdi yaşayış evi və ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.02813 ha olan torpaq sahəsi) qəbul olunmuş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişlər. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh adına verilmiş Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 14 dekabr 2023-cü il tarixli, reyestrdə 2V-1430 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş 27 dekabr 2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddiaçı tərəfindən miras qoyan – anası X6 qalan miras (ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv/m, yaşayış sahəsi 53.60 kv/m, 4 otaqlı olan fərdi yaşayış evi və ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə X21 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.02813 ha olan torpaq sahəsi) qəbul olunmuş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA