Məhkəmə qərarları › İş №2(067)-1972/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1972/2023

13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1972/2023 13.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı cavabdehlər Atabalayeva (Tapdıqova) Elmira Gülbala qızına və qeyrilərinə qarşı mirasın bölünməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı Tapdıqova X1 (Tapdıqova) Elmira Gülbala qızına, Nadirhüseynova (Tapdıqova) Əsli Gülbala qızına və Abudova (Tapdıqova) Reyhan Gülbala qızına qarşı mirasın bölünməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini araşdıraraq müəyyən etdim ki, cavabdehlər Atababayeva (Tapdıqova) Elmira Gülbala qızı, Abudova (Tapdıqova) Reyhan Gülbala qızı və Nadirhüseynova (Tapdıqova) X2 rayonunda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, cavabdehlər Abşeron rayonunda qeydiyyatda olduqlarından İddiaçı iddia ərizəsi Abşeron rayon məhkəməsinə verilməlidir. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı cavabdehlər Atabalayeva (Tapdıqova) Elmira Gülbala qızına və qeyrilərinə qarşı mirasın bölünməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar