Məhkəmə qərarları › İş №2(067)-1976/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1976/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1976/2022 13.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz bələdiyyəsinin protokolunun 26 aprel 2005-ci il tarixli, 05 saylı 2.2-ci bəndinin fərdi mənzil tikmək üçün torpaq sahəsi satılmış şəxslərlə birgə 13-cü şəxs olaraq ona, Həsənova (Vəlibəyova) Vəsilə Allahqulu qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Həsənova (Vəlibəyova) Vəsilə Allahqulu qızı ərizəsini onunla əsaslandırmışdır ki, onun qızlıq soyadı Vəlibəyova olmuş, xx.xx.2008-ci ildə X7 ilə ailə qurduqdan sonra ər soyadı olan Həsənova soyadını qəbul etmişdir. Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı protokolu əsasında ona Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv. m. torpaq sahəsi satılmışdır. Həmin bələdiyyə qərarı əsasında adına torpaqların alqı-satqısına dair akt, bələdiyyənin baş planından çıxarış, sxematik plan və digər hüquqi sənədlər işlənmişdir. Yaxın vaxtlarda DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə həmin sənədləri təqdim edərək, satın aldığı 500 kv. m. torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq üçün müraciət etmişdir. Lakin həmin Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı protokolunda soyadı “Vəlibəyova” olduğu halda səhvən “Vəliyeva”, ata adı Allahqulu olduğu halda səhvən “ Alahverdi” kimi qeyd edilmişdir. Həmin vaxt bunun texniki səhv olduğunu bilmiş, hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. bu səbəbdən də müraciətinin həlli mümkün olmamışdır. Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı protokolunda və qərarında göstərilən ad və soyadın uyğunsuzluğu olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X5 ərizəni müdafiə edərək bildirmişdir ki, Ərizəçi doğma qızıdır. Qızlıq soyadı onun soyadına uyğun olaraq Vəlibəyova olub. xx.xx.2008-ci ildə qızı X7 ilə evlənib və ər soyadını qəbul edib. Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclas protokolu əsasında qızına Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün 500 kv.metr torpaq sahəsinin satılması qərara alınıb. Həmin bələdiyyə qərarı əsasında qızının adına torpaqların alqı-satqısına dair akt, ona ayrılan torpaq sahəsini əks etdirən bələdiyyənin baş planından çıxarış, sxematik plan və digər hüquqi sənədlər işlənib hazırlanıb. Bu yaxınlarda qızım həmin sənədləri DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək qanuni əsaslarla satın aldığı 500 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq üçün müraciət edəndə müəyyən olundu ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı protokolunda qızının soyadı Vəlibəyova əvəzinə səhvən Vəliyeva, ata adı Allahqulu əvəzinə səhvən Allahverdi kimi yazılıb və buna uyğun olaraq da Xaçmaz rayon Dövlət Arxivi xx.xx.2021-ci il tarixli 658 saylı arayış verib. Bu tamamilə texniki səhvin nəticəsidir. Ona görə ki, torpaq sahəsi ilə bağlı qalan bütün hüquq müəyyənedici və digər sənədlərdə qızının soyadı və ata adı düzgün qeyd edilib, yalnız Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı protokolunda texniki səhvə yol verilib. Qeyd olunan uyğunsuzluqla bağlı qızı torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd ala bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olub. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı protokolundan və qərarından müəyyən olunur ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarı ilə X1 Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evi tikmək məqsədilə 500 kv. m. torpaq sahəsi satılıb. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, X4, xx.xx.2005-ci il tarixdə Xaçmaz bələdiyyəsin hesabına əvvəlcədən 900.000 manat haqq ödəmişdir. İş materiallarında olan Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 658 saylı arayışından müəyyən olunur ki, fərdi mənzil tikmək üçün hər birinə 500 kv.m. torpaq sahəsi siyahıda 13-cü şəxs olan X2 şəxsi mülkiyyətinə satılsın. İş materiallarında olan xx.xx.1978-ci il tarixli, Vİ-ЖГ251116 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.1978-ci ildə Quba rayonu, Qonaqkənd kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İ 463291 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 ilə X7 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır və arvada Həsənova soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı protokolunun 2.2-ci bəndinin fərdi mənzil tikmək üçün torpaq sahəsi satılmış şəxslərlə birgə 13-cü şəxs olaraq X1 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Xaçmaz bələdiyyəsinin 26 aprel 2005-ci il tarixli, 05 saylı protokolunun 2.2-ci bəndinin fərdi mənzil tikmək üçün torpaq sahəsi satılmış şəxslərlə birgə 13-cü şəxs olaraq Həsənova (Vəlibəyova) Vəsilə Allahqulu qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar