Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1983/2022 03.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon DT və XK-i tərəfindən xx.xx.1999-cu il tarixli, JN-343 saylı, 30211028 kodlu Torpağa Mülkiyyət hüquna dair Dövlət aktında və torpaq sahəsinin plan və ölçüsü sənədində ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən ona kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.68 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət qeydiyyatına alınması üçün öz adına Çıxarış almaq qərarına gəlmişdir. Bu məqsədlə o, DƏDRX-nm 5 saylı Ərazi idarəsinə müraciət edərək mülkiyyət sənədlərini almaq üçün sənədlərini təqdim etmişdir. Lakin Xaçmaz rayon DT və XK-i tərəfindən xx.xx.1999-cu il tarixli, JN-343 saylı, 30211028 kodlu Torpağa Mülkiyyət hüquna dair Dövlət Aktında onun adı Ayxanım olduğu halda səhvən Aynaxanım kimi yazılmışdır. Belə ki, yuxarıda göstərilən yalnışlıq olduğuna görə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu da verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinidə qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət hüquna dair JN-343 seriyalı, 30211028 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə X8, X2, X3, X4 və X7 Xaçmaz rayonunun Qaraqurtlu kəndindən 2.68 ha pay torpaq sahəsi ayrılıb. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Xaçmaz rayonunun Qaraçay-cek kəndində anadan olmuş, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, nikah haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 ilə X5 rəsmi nikah bağlamış, arvada Sultanova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İ 403709 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Qaraçı kənd İƏD Nümayəndəliyinin xx.xx.2022ci il tarixli 82-1 saylı arayışından müəyyən olunur ki, JN-343 seriyalı 30211028 kodlu Dövlət Aktında Ərizəçi adı səhvən X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair JN-343 seriyalı 30211028 kodlu Dövlət aktında hüquq sahibi, Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Xaçmaz rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş, JN-343 saylı, 30211028 kodlu Torpağa Mülkiyyət hüquna dair Dövlət aktında hüquq sahibi, Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1983/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1983/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver