Məhkəmə qərarları › İş №2(067)-2004/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2004/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2004/2021 16.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10.03.1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının ona -xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 4 ay Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində işləmişdir. Onun əmək kitabçası da həmin idarədə açılmışdır. Lakin 10.03.1975-ci il tarixdə açılan əmək kitabçasında atasının adı səhvən Allahverdi kimi qeyd edilmişdir. Həmin vaxt bu səhvin hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda sənədləşmə ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etdiyi zaman sənədlərdə olan uyğunsuzluğun aradan qaldırması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Əmək kitabçasını vermiş keçmiş Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsi, yəni işlədiyi idarə çoxdan ləğv edilmiş, o cümlədən idarənin tabe olduğu nazilik də ləğv edilmişdir. İşlədiyi idarə ləğv edildiyindən qeyd olunan hüquqi əhəmiyyətli faktı başqa qaydada təsdiqləmək mümkün olmamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq sonradan Xaçmaz Rayon Poçtamtında işlədiyini və məhkəməyə təqdim edəcəyi şahidlərin ərizəsində qeyd etdiyi halları təsdiq edə biləcəklərini göstərmişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1, ərizəçinin iş yoldaşı olduğunu, münasibətləri yaxşı olduğunu göstərmişdir. O, 1973-1977-ci illərdə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində fəhlə işləmişdir. Ərizəçi də 4 ay həmin idarədə onunla birlikdə işləmişdir. Həmin idarənin tabeçiliyi Bakı şəhərində idi. Artıq idarə ləğv olunmuşdur. Bildiyinə görə ərizəçinin əmək kitabçasında atasının adı səhvən Allahverdi kimi qeyd edilmişdir. Hazırda Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsi, həmin idarənin tabe olduğu nazirlik ləğv olunmuşdur. 10.03.1975-ci ildə Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi məxsus olduğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçinin iş yoldaşı olduğunu, münasibətləri yaxşı olduğunu göstərmişdir. O, 1973-1977-ci illərdə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsində fəhlə işləmişdir. Ərizəçi də 4 ay həmin idarədə onunla birlikdə işləmişdir. Həmin idarənin tabeçiliyi Bakı şəhərində idi. Artıq idarə ləğv olunmuşdur. Bildiyinə görə ərizəçinin əmək kitabçasında atasının adı səhvən Allahverdi kimi qeyd edilmişdir. Hazırda Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Xaçmaz Təmir-Tikinti Sahəsi, həmin idarənin tabe olduğu nazirlik ləğv olunmuşdur. 10.03.1975-ci ildə Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi məxsus olduğunu təsdiq edir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İş üzrə maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 08229608 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və 16.04.56-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən, həmçinin HZ saylı ******* saylı hərbi bletin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan 10.03.1975-ci il tarixli əmək kitabçasının surətindən müəyyən olunur ki, Ərizəçi ata adı Allahverdi kimi qeyd edilmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizənin verilməsi ilə əlaqədar 10(on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, 10.03.1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi Allahverdi oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 10.03.1975-ci il tarixdə 1956-cı il təvəllüdlü Ərizəçi Allahverdi oğlunun adına açılmış əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar