Məhkəmə qərarları › İş №2(067)-204/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-204/2022

05.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-204/2022 05.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 08.04.1996-cı təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 08 aprel 1996-cı il təvəllüdlü qızı X5 anadan gəlmə “Ağır dərəcəli əqli gerilik, pisixi davranış pozuntusu nitq qüsuru ilə xəstəlik keçirir və 04.05.2011-ci il tarixdən həmin diaqnoz ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası“ X7 psixiatrik kabinetində qeydiyyatdadır. Həmin xəstəliklə bağlı qızı Vəfa Hacımuradovaya təxminən 10 il bundan əvvəl həkim ekspert komissiyası tərəfindən 2-ci qrup əlilliyi təyin edilmiş, 17 sentyabr 2021-ci il tarixdə növbəti dəfə həkim müayinəsindən keçirilirək əlillik dərəcəsinin müəyyən edilməsi üçün sənədlər “Tibbi-Sosial Espert Komissiyasına göndərilmişdir. Əlilliyə görə qızı Vəfa Hacımuradova ayda 130 manat pensiya alır. Xəstə olduğuna görə qızı Vəfa öz hərəkətlərini dərk edə bilmir, mütəmadi olaraq ona həkimlərin təyin etdikləri qızı Vəfa dəfələrlə Quba Rayonlararası Rsıxonevroloji Dispanserində stasionar qaydada müalicə almışdır. Ölkəmizdə aparılmış torpaq islahatı vaxtı 4 nəfərdən ibarət ailələrinə yaşadığı Şərifoba kəndi ərazisində 2,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi evlərində uzaq məsafədə yerləşdiyindən evlərinə yaxın ərazidəki başqa şəxsə məxsus torpaq sahəsi ilə dəyişmişlər. Həmin şifahi müqaviləni notariat qaydada təsliq etdirilməsi üçün Dövlət Aktında adları göstərilmiş bütün şəxslərin notariat kontoruna gətirib müqaviləyə imza etdirmək qeyri-mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməy müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 08 aprel 1996-cı il təvəllüdlü X5 onun qızıdır. O, anadan gəlmə “Ağır dərəcəli əqli gerilik, psixi davranış pozuntusu nitq qüsuru ilə xəstəlik keçirir və 04.05.2011-ci il tarixdən həmin diaqnoz ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası“ X7 psixiatrik kabinetində qeydiyyatdadır. Həmin xəstəliklə bağlı qızı Vəfa Hacımuradovaya təxminən 10 il bundan əvvəl həkim ekspert komissiyası tərəfindən 2-ci qrup əlilliyi təyin edilib, 17 sentyabr 2021-ci il tarixdə növbəti dəfə həkim müayinəsindən keçirilərək əlillik dərəcəsinin müəyyən edilməsi üçün sənədlər “Tibbi-Sosial Espert Komissiyasına göndərilib. Əlilliyə görə qızı Vəfa Hacımuradova ayda 130 manat pensiya alır. Xəstə olduğuna görə qızı öz hərəkətlərini dərk edə bilmir, o, dəfələrlə Quba Rayonlararası Rsıxonevroloji Dispanserində stasionar qaydada müalicə alıb. Torpaq islahatı vaxtı 4 nəfərdən ibarət ailə üzvlərinə yaşadığı Xaçmaz rayonunun Şərifoba kəndi ərazisində 2,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Həmin torpaq sahəsi evlərindən uzaqda yerləşdiyinə görə evlərinə yaxın ərazidəki başqa şəxsə məxsus torpaq sahəsi ilə dəyişmişlər. Aramızadkı şifahi müqaviləni notariat qaydasinda təsdiq etdirmək üçün Dövlət Aktında adları göstərilmiş bütün şəxslərin notariat kontoruna gedib müqaviləyə imza etdirmək mümkün deyil. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qızı hazırda da onunla yaşayır. Ərizəçi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12.03.2022-ci il tarixli 831 saylı rəyinə etirazı olmadığını bildirdi. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XX-ЖГ seriyalı 348562 saylı doğum haqqında şəhadətnamədən və AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 08.04.1996-cı il tarixdə Xaçmaz rayonunda anadan olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası“ X7 14.10.2021-ci il tarixli 1616 saylı məktubundan müəyyən olunur ki, 1996-cı il təvəllüdlü X5 anadan gəlmə “Ağır dərəcəli əqli gerilik, pisixi davranış pozuntusu nitq qüsuru ilə xəstəlik keçirir və 04.05.2011ci il tarixdən həmin diaqnoz ilə “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası“ X7 psixiatrik kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12.03.2022-ci il tarixli 831 saylı rəyindən müəyyən olunur ki, 08.04.1996-cı il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik aşkar olunur. X5 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. 08.04.1996-cı il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 psixi vəziyyətinə görə səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vemir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, 08.04.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.04.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar