Məhkəmə qərarları › İş №2(067)-206/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-206/2024

12.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-206/2024 12.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il təvəllüdlü qardaşı X5 “hamiləlik toksikozu nəticəsində əmələ gələn qabarıq formalı imbəsillik, daimi kənar şəxsin qulluğuna ehtiyacı” diaqnozu ilə İ qrup müddətsiz əlildir. Qardaşı, anadangəlmə ağır xəstədir, xəstəliyi ilə bağlı məktəbə getməyib, hərbi xidmətdə olmayıb. Ona həmişə anası və atası qulluq ediblər. Anası - X3 xx.xx.2019-cu ildə, atası X6 isə xx.xx.2023-cü il tarixdə vəfat ediblər. Onlar rəhmətə gedəndən sonra isə qardaşına o baxır. Xəstəliyi ilə bağlı müxtəlif xəstəxanalarda müalicələr alsa da heç bir nəticəsi olmayıb, əksinə vəziyyəti getdikcə pisləşib. Xaçmaz MRX-da həkim qeydiyyatındadır. Qardaşının hal-hazırda 45 yaşı var, xəstə olduğuna görə öz hərəkətlərini dərk edə bilmir, bu günə kimi qardaşına o baxır, yedirir. Faktiki olaraq əməyə qadir deyil. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bu səbəbdən də o, xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. TSEK-nin müvafiq xx.xx.2001-ci il tarixli, 491 saylı sonuncu müayinə rəyindən görünür ki, qardaşı X5 hamiləlik toksikozu nəticəsində əmələ gələn qabarıq formalı imbəsillik.” diaqnozu ilə İ qrup, uşaqlıqdan müddətsiz əlildir, əmək qabiliyyətsizdir, daimi kənar şəxsin qulluğuna ehtiyacı var. Halhazırda, qardaşı 1-ci dərəcə ömürlük əlildir, təqaüd alır, pensiya kartı itdiyindən yeni kartın alınması ilə əlaqədar sənədləşmənin aparılmasında qardaşının imzası tələb olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxsə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X5 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Pirquluoba İƏD üzrə namayəndəsinin 279 nömrəli arayışından müəyyən olunur ki, X5 bacısı Ərizəçi himayəsindədir. İş materiallarında olan 3403 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X2 ağır dərəcəli əqli gerilik aşkar olunur. X5 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar